Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Novruzov Novruz Nəcəf oğlu (2 may 1954, Zövnə, Lerik rayonu) — Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı.

Novruz Novruzov

  • Ana Səhifə
  • Vikipediya
  • Novruz Novruzov

Novruzov Novruz Nəcəf oğlu (2 may 1954, Zövnə, Lerik rayonu) — Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı.

Novruz Novruzov
Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı
Vəzifədədir
5 aprel 2019-cu ildən
    ƏvvəlkiAsif Hüseynov
    Şabran Rayon İcra Hakimiyyətinin başçısı
    28 iyun 2007 – 5 aprel 2019
    ƏvvəlkiSündüz Babayeva
    SonrakıAsif Hüseynov
    Goranboy Rayon İcra Hakimiyyətinin başçısı
    22 iyun 2002 – 28 iyun 2007
    ƏvvəlkiFazil Yusifov
    SonrakıElşən Abbasov
    Lerik Rayon İcra Hakimiyyətinin başçısı
    19 sentyabr 1995 – 22 iyun 2002
    ƏvvəlkiAtaxan Şiriyev
    SonrakıFüzuli Hacıyev
    Şəxsi məlumatlar
    Doğum tarixi 2 may 1954(1954-05-02) (71 yaş)
    Doğum yeri
    • Zövnə, Lerik rayonu, Azərbaycan SSR, SSRİ
    Təhsili
    • Bakı Dövlət Universiteti,
    • Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası

    Təltifləri "Şöhrət" ordeni "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı

    Mündəricat

    Həyatı

    Novruz Novruzov 1954-cü il mayın 2-də Lerik rayonunun Zövnə kəndində anadan olmuşdur. 1971-ci ildə Yardımlı qəsəbə 1 saylı orta məktəbini, 1982-ci ildə Bakı Dövlət Universitetini, 1993-cü ildə isə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirmişdir.

    Əmək fəaliyyətinə 1971-ci ildə Lerik rayonundakı Səməd Vurğun adına Kolxozda kolxozçu kimi başlamışdır. 1971-ci ildən kolxozçu, fəhlə, Lerik rayonu Züvüc kənd orta məktəbində pioner baş dəstə rəhbəri, 1974–1976-cı illərdə isə hərbi xidmətdə olmuşdur.

    1976-cı ildən sovxozda fəhlə, Lerik rayon mədəniyyət şöbəsində kütləvi işçi, 1977-ci ildən LKGİ Lerik Rayon Komitəsinin ikinci katibi, 1982-ci ildən Lerik Rayon Partiya Komitəsində təlimatçı, 1983-cü ildən LKGİ Lerik Rayon Komitəsinin birinci katibi, 1985-ci ildən Lerik Rayon Xalq Nəzarəti Komitəsinin sədri, 1987–1995-ci illərdə Lerik Rayon Partiya Komitəsinin ikinci katibi, Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini, Azərbaycan Respublikası Mətbuat və İnformasiya Nazirliyində aparıcı mütəxəssis, Lerik Rayon İcra Hakimiyyəti Ərazi idarəetmə orqanları şöbəsinin müdiri işləmişdir. Bir neçə çağırış rayon XD Sovetinin deputatı seçilmişdir.

    1993–1995-ci illərdə Vətəndaş Həmrəyliyi Partiyasının üzvü, partiya təşkilat şöbəsinin müdir müavini olmuşdur. 1995-ci ildə VHP üzvlüyündən istefa vermişdir.

    1995–2002-ci illərdə Lerik Rayon İcra Hakimiyyətinin başçısı, 2002–2007-ci illərdə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı, 2007–2019-cu illərdə isə Şabran Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır.

    Azərbaycan Respublikası Prezidentinin 5 aprel 2019-cu il tarixli Sərəncamı ilə Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

    2014-cü ildə "Şöhrət" ordeni ilə təltif edilib. Ailəlidir, iki övladı var.

    Ədəbi Yaradıcılığı

    Novruz Nəcəfoğlu (Novruzov) – 1954-cü ilin may ayının 2-də Lerik rayonun Zövnə kəndində anadan olub. Hələ cavan yaşlarından dövlət qulluğunda çalışsa da, ədəbiyyata meyil göstərib. Şeir və publisistik yazıları ilə mətbuatda çıxış edib.

    N. Nəcəfoğlunun "Azərbaycan", "Ulduz", "Qobustan" dərgilərində, "525-ci" qəzetdə və digər mətbuat orqanlarında çap olunan hekayə və povestləri çap olunub.

    Yazıçının "Bir qış gününün xatirəsi", "Yollar uzanan gün", Keçən cavan çağım ola…" "Atüstü bir nağıl", "Bir mən oyaqdım", "Nağıl adam", "Yuxuya gedib gecə" kitabları maraqla qarşılanıb. Müəlifin "İçimdə bir ocaq var" kitabında şeirləri, "Unudulmazlıq haqqı" kitabında oçerkləri toplanıb. Yazıçının ədəbi yaradıcılığı ilə bağlı "Yurd yaddaşı" kitabı çap olunub.

    Novruz Nəcəfoğlunun (Novruzovun) xarici ölkələrə səfər təəssüratları ilə bağlı yazdığı "Dünya duracaq yer deyil", "Sinqapur – Böyük dünya şəhəri, iddialı ölkə" "Gördüyüm və eşitdiyim Yaponiya" kitabları publisistikamızın diqqət çəkən nümunələri kimi qiymətləndirilib.

    Novruz Nəcəfoğlunun uşaqlar üçün "Nəcəflə üz-üzə" "Ən böyük adam" "Tufan" və İngilis dilində "Tural, Humay and Nijat" kitabları çap olunmuşdur.

    Novruz Nəcəfoğlunun "Çarəsiz yolçu", "Bəmbəyaz keçiddə" əsərləri Türkiyə türkcəsində, "Oтнаянная пътница" kitabı Rus dilində çap edilib..

    Novruz Nəcəfoğlu Azərbaycan Yazıçılar Birliyinin və Jurnalistlər Birliyinin, Türkiyə Elm və Ədəbiyyat birliyi olan "İlesam" təşkilatının üzvüdür.

    Şeirlərinə musiqi bəstələnib.

    Bir neçə beynəlxalq mükafatların laureatıdır.

    Həmçinin bax

    vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Novruz Novruzov haqqında məlumat. Novruz Novruzov nədir? Novruz Novruzov nə deməkdir?

    ←Növbəti YazıƏvvəlki Yazı→
    Ən Oxunanlar - Vikipediya
    • Fevral 11, 2026

      Avro

    • Fevral 27, 2026

      Xaçınçay

    • Fevral 27, 2026

      Volüntarizm

    • Fevral 25, 2026

      Mütəxəssislər Məclisi

    • Fevral 27, 2026

      Dəməşq Universiteti

    Trend Mahnılar
    • Fevral 17, 2026

      Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

    • Fevral 17, 2026

      Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

    • Fevral 22, 2026

      Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

    • Fevral 21, 2026

      Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

    • Fevral 21, 2026

      Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

    Studia

    • Vikipediya
    • Musiqi

    Xəbər Bülleteni Abunəliyi

    Əlaqə Saxlayın
    Bizimlə Əlaqə
    © 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
    Müəllif hüquqları: Dadash Mammadov
    Üst