Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Volüntarizm və ya voliuntarizm (lat. voluntas — iradə) — təbiətin və cəmiyyətin inkişafında başlıca rolu insanın və ya ilahinin iradəsi ilə əlaqələndirən fəlsəf

Volüntarizm

  • Ana Səhifə
  • Vikipediya
  • Volüntarizm

Volüntarizm və ya voliuntarizm (lat. voluntas — iradə) — təbiətin və cəmiyyətin inkişafında başlıca rolu insanın və ya ilahinin iradəsi ilə əlaqələndirən fəlsəfənin idealist istiqamətidir. Assosiativ psixologiyada yeni istiqamətdir. Banisi V.Vundtdur.

Volüntarizm, ətraf aləmi mütləqləşdirən və şəxsiyyətin rolunu heçə endirən, iradəsiz və heç nəyə təsir etməyən kimi təsvir edən panteizmə qarşı qoyulur.Qədim ənənələrə əsasən, panteizm taleyin əvvəlcədən müəyyən edilməsi fikrini əsas götürür.

Mündəricat

Haqqında

Alleqorik mənada volüntarizm, bir növ şəxsiyyətin mühitlə mübarizəsidir.

Volüntarizm termini XIX əsrin sonunda sosioloq F.Tyonnis tərəfindən işlənilmişdir. Buna baxmayaraq etika və fəlsəfədə Volüntarist ideyalar daha əvvəllər A.Şopenhauer, F.Nitşe, A.Berqson tərəfindən irəli sürülmüşdür.

Digər mənaları

  • Volüntarizm — ehtimal edilə biləcək nəticələr və obyektiv şəraiti nəzərə almadan arzuolunan məqsədlərə çatmaq istəyi.
  • Eyni zamanda Qərbdə iqtisadi və siyasi sahədə Volüntarizm tamamilə başqa prinsip nəzərdə tutulur: sosial vı iqtisadi quruluşun bütün cəmiyyətin birbaşa iradəsi ilə və kənradan məcbur edilmədən (bu bir sıra anarxist məktəblərin fikirlərinə yaxındır) formalaşdırılması.
  • İradəni mövcudluğun ən ali prinsipi kimi dəyərləndirən fəlsəfi istiqamət. Volüntarizm Avqustinin, İoann Duns Skor və digərlərinin fəlsəfələri üçün xarakterikdir.

Metafizik volüntarizm

Metafizik volüntarizmin tərəfdarı XIX əsr alman filosofu Artur Şopenhauerdir. Onun fikrincə, iradə mülahizə deyil, irrasional, şüursuz impulsdur, ona münasibətdə intellekt ikinci dərəcəli hadisədir. İradə bütün reallığın altında yatan qüvvədir. Sürücünün, niyyətin və həyatın dinamikasının bu şəkildə aradan qaldırılması sonralar Fridrix Nitsşe (hakimiyyət istəyi), Filip Maynlender (ölüm istəyi), Eduard fon Hartman, Yulius Bahnsen və Ziqmund Freydə (zövq iradəsi) təsir etdi.

Siyasi volüntarizm

Siyasi volüntarizm siyasi hakimiyyətin iradənin ifadəsi üzərində qurulduğu fikridir. Tomas Hobbs, Jan Jak Russo kimi nəzəriyyəçilər və alman idealist ənənəsində bir çoxları tərəfindən irəli sürülən bu baxış siyasi gücü iradədən irəli gələn kimi anlayır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Volüntarizm haqqında məlumat. Volüntarizm nədir? Volüntarizm nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Martin Haydeqqer

  • Fevral 23, 2026

    Şimal boğazı

  • Fevral 27, 2026

    Oğul

  • Fevral 24, 2026

    Suahili dili

  • Fevral 23, 2026

    Estoniya Respublikası

Trend Mahnılar
  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst