Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Novruz Gəncəli (əsl adı: Novruz İsmayıl oğlu Sadıqov; 12 sentyabr 1921, Maştağa, Bakı qəzası – 19 oktyabr 1995, Bakı) — Azərbaycan şairi.

Novruz Gəncəli

  • Ana Səhifə
  • Vikipediya
  • Novruz Gəncəli

Novruz Gəncəli (əsl adı: Novruz İsmayıl oğlu Sadıqov; 12 sentyabr 1921, Maştağa, Bakı qəzası – 19 oktyabr 1995, Bakı) — Azərbaycan şairi.

Novruz Gəncəli
Novruz İsmayıl oğlu Sadıqov
Doğum tarixi 12 sentyabr 1921(1921-09-12)
Doğum yeri
  • Maştağa, Balaxanı-Sabunçu rayonu, Bakı qəzası, Azərbaycan SSR
Vəfat tarixi 19 oktyabr 1995(1995-10-19) (74 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Dəfn yeri
  • Maştağa
Təhsili
  • Bakı Dövlət Universiteti
Fəaliyyəti yazıçı, tərcüməçi

Mündəricat

Həyatı

Novruz Gəncəli 12 sentyabr 1921-ci ildə Bakının Maştağa kəndində dəmirçi İsmayıl Zəbihin ailəsində anadan olmuşdur. Səkkiz yaşında olarkən atasını itirən Novruz Gəncəli böyük qardaşı Qulamhüseyn Sadıqovun himayəsində yaşamışdır. Qardaşı Qulamhüseyn Sadıqov və anası H.Z. Tağıyev adına Toxuculuq fabrikində işə düzəlmiş, Novruz Gəncəli isə həmin fabrikin nəznində olan 63 saylı orta məktəbdə ibtidai təhsil almışdır.

Bir müddət sonra Qulamhüseyn Sadıqovun təcrübəsi nəzərə alınaraq Gəncədəki fabrikə gönədrilir. O, orada baş mühəndis vəzifəsini icra edir. Beləliklə, Sadıqovlar ailəsi 1929-cu ildə Gəncəyə köçür. Novruz Gəncəli Gəncə şəhər 3 saylı beynəlmiləl orta məktəbində təhsilini davam etdirir. Lakin 1938-ci ildə qardaşı Qulamhüseyn Sadıqov vəfat edir və ailənin bütün qayğıları Novruz Gəncəlinin üzərinə düşür. Buna baxmayaraq, Novruz Gəncəli məktəbi bitirdikdən sonra 1939-cu ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olur.

Əmək fəaliyyəti

Novruz Gəncəli təhsil aldığı dövrdə, 1939–1940-cı illərdə kitabxanada Azərbaycan şöbəsinin müdiri, 1940–1941-ci illərdə isə İncəsənət Muzeyində ekskursiya rəhbəri kimi fəaliyyət göstərir. Universitetin II kursunda oxuyarkən əyani şöbədən qiyabiyə keçirilərək 1941–1943-cü illərdə Lerik rayonunun bir neçə orta məktəbində müəllim kimi çalışmış və məktəb müdiri vəzifəsinə qədər yüksəlmişdir.

1943–1946-cı illərdə Bakıda Dövlət Təhlükəsizliyi orqanlarında məsul vəzifələrdə çalışan Novruz Gəncəli 1946–1949-cu illərdə Azərbaycan Yazıçılar İttifaqının "Natəvan" klubunda da çalışıb. 1950–1960-cı illərdəki zaman kəsiyində müxtəlif vaxtlarda "Ədəbiyyat qəzeti" redaksiyasında tənqid şöbəsinin müdiri, "Azərbaycan gəncləri" qəzeti redaksiyasında ədəbi işçi, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin təbliğat və təşviqat şöbəsində isə təlimatçı kimi də fəaliyyət göstərib. Novruz Gəncəli həmçinin 1960–1976-cı illərdə "Azərbaycan" jurnalı redaksiyasında baş redaktorun müavini olub. 1945-ci ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü olan şair bir müddət orada poeziya üzrə məsləhətçi kimi də fəaliyyət göstərib.

Yaradıcılığı

Novruz Gəncəlinin "Odlu ürəklər" adlanan ilk kitabı 22 yaşında işıq üzü görüb. Sonrakı illərdə "Unudulmaz günlər", "Şerlər", "Dalğalar", "Mənim mahnılarım", "Üç dost", "Könüllər açılanda", "Unuda bilmirəm", "Ədəbi dost" şeir kitabları ilə yanaşı, ümumilikdə 14 kitabı nəşr olunub. Ona "Gəncəli" təxəllüsünü şair Əhməd Cəmil verib. Şair-dramaturq, tənqidçi, müəllim və ictimai xadim olan Novruz Gəncəli eləcə də C. Bayronun "Kavur", A. Makayenokun "Tribunal", C. Patrikin "Qəribə Missis Sevinc", B. Brextin "Kuraj ana və onun uşaqları" pyeslərini Azərbaycan dilinə tərcümə edib.

Novruz Gəncəli həm də bir dramaturq olaraq Azərbaycan teatrına maraqlı və orijinal səpgili, dövrünün aktual problemlərini özündə əks etdirən pyeslər yazıb. Ədibin komediyalardan ibarət kitabı Moskvada "Sovetski pisatel" nəşriyyatınfa rus dilində nəşr olunub. Habelə, müəllifin pyesləri rus dramaturqları tərəfindən tərcümə edilib. Novruz Gəncəlinin pyesləri Gəncə Dövlət Dram Teatrı, Azərbaycan Musiqili Komediya Teatrı, Gənc Tamaşaçılar Teatrı, Naxçıvan Musiqili Dram Teatrı, Ağdam Dövlət Dram Teatrı tərəfindən səhnələşdirilib. Novruz Gəncəli Azərbaycan dramaturgiyasında "Şəlalə" adlı ilk elmi fantastik pyes sayılan əsərin müəllifidir. Həmçinin "Məhəbbət körpüsü", "Ev bizim, sirr bizim", "Səadət yağış deyil" pyeslərinin də müəllifidir.

Novruz Gəncəlinin həyat və yaradıcılığını özündə əks etdirən teatrşünas-tənqidçi Anar Burcəliyevin qələmə aldığı "Xalq şairi olmayan xalqın şairi" elmi monoqrafiyası 2021-ci ildə şairin 100 illik yubileyi ərəfəsində "STAR çap evi" tərəfindən nəşr edilmişdir.

Ölümü

Novruz Gəncəli 19 oktyabr 1995-ci ildə Bakı şəhərində vəfat etmiş və Maştağa qəsəbəsində Pirşəhid qəbirstanlığında dəfn edilmişdir.

Təltifləri

  • Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı — 11.09.1981

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, novruz gəncəli sözünün mənası, novruz gəncəli haqqında məlumat. novruz gəncəli nədir? novruz gəncəli nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Mutagenez

  • Fevral 27, 2026

    Çay (bitki)

  • Mart 06, 2026

    Akira Kurosava

  • Fevral 27, 2026

    Daşıyıcı raket

  • Fevral 27, 2026

    Ayaks AFK

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst