Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Noragami (ノラガミ?, azərb. Evsiz tanrı‎) — Adaçitoka tərəfindən yazılmış və çəkilmiş manqa seriyası. Kodansha nəşriyyatının "Monthly Shōnen Magazine" jurnalının 20

Noragami

  • Ana Səhifə
  • Vikipediya
  • Noragami

Noragami (ノラガミ?, azərb. Evsiz tanrı‎) — Adaçitoka tərəfindən yazılmış və çəkilmiş manqa seriyası. Kodansha nəşriyyatının "Monthly Shōnen Magazine" jurnalının 2011-ci il yanvar buraxılışında nəşr olunmağa başlamışdır. İndiyə kimi manqa seriyasının 27 tankobon cildi buraxılmışdır. Manqa əsasında Bones studiyası tərəfindən istehsal olunmuş 12 seriyalıq anime serialı 5 yanvar 2014-cü ildən 23 mart 2014-cü ilə kimi yayımlanmışdır. Noragami Aragoto adlı 13 seriyadan ibarət ikinci mövsüm isə 2 oktyabr 2015-ci ildən 25 dekabr 2015-ci ilə kimi nümayiş etdirilmişdir.

Noragami
Birinci cildin üzlüyü. Personajlar: Yato (solda), Hiyori İki (sağda) və Yukine (ortada, qılınc formasında).
ノラガミ
azərb. Evsiz tanrı‎
Janr fövqəltəbii, döyüş, komediya, romantika
Manqa
ManqakaAdaçitoka
NəşriyyatKodansha
Tərcüməçi nəşriyyat
ŞA
Kodansha USA
JurnalMonthly Shōnen Magazine
DemoqrafiyaŞonen
Nəşr tarixi6 dekabr 2010 – 6 yanvar 2024
Cildlər27 + 2 xüsusi (cild siyahısı)
Manqa
Noragami: Stray Stories
ManqakaAdaçitoka
NəşriyyatKodansha
Tərcüməçi nəşriyyat
ŞA
Kodansha USA
JurnalMonthly Shōnen Magazine +
DemoqrafiyaŞonen
Nəşr tarixi19 noyabr 2011 – 19 febral 2016
Cildlər2 (cild siyahısı)
Anime
RejissorKotaro Tamura
SsenaristHitomi Mieno
BəstəkarTaku İvasaki
StudiyaBones
Digər lisenziyalar
AVA
Madman Entertainment
ŞA
Funimation
BB
Manga Entertainment
KanalTokyo MX, MBS, BS11, TVA
Digər kanallar5 yanvar 2014 – 23 mart 2014
Seriyalar12 + 2 OVA (seriya siyahısı)
Anime
Noragami Aragoto
RejissorKotaro Tamura
SsenaristHitomi Mieno
BəstəkarTaku İvasaki
Kayo Konişi, Yukio Kondoo
(MOKA☆)
ELECTROCUTICA
StudiyaBones
Digər lisenziyalar
AVA
Madman Entertainment
ŞA
Funimation
BB
Anime Limited
KanalTokyo MX, MBS, BS Fuji, RKK, AT-X
Digər kanallar2 oktyabr 2015 – 25 dekabr 2015
Seriyalar13 + 2 OVA (seriya siyahısı)
Video oyun
Noragami ~Kami to Enishi~
HazırlayanSakura Soft
Buraxılış tarixiAndroid
  • YP: oktyabr 2015
iOS
  • YP: 16 noyabr 2015
  Anime və manqa portalı

Mündəricat

Məzmun

Heç kim tərəfindən tanınmayan müharibə və fəlakət tanrısı Yatonun heç bir izləyicisi, hətta məbədi belə yoxdur. Hər kəs tərəfindən tanınıb məşhur olmaq və özünə məbəd tikdirmək üçün Yato 5 yen qarşılığında Yaxın sahil sakinlərinin (həyatda olan insanlara verilən ad) arzularını yerinə yetirir. Belə missiyalarının birində Yato tez-tez ruhu bədənini tərk edən Hiyori İki adlı Yaxın sahil sakini qızla və silah kimi qəbul etdiyi Yukine ilə tanış olur. Üçü birlikdə güclərini birləşdirərək yolundan çıxmış ruhları – Ayakaşiləri öldürürlər, Yato isə məşhur tanrı olmaq üçün çalışmağa davam edir.

Bundan əlavə, hekayə müharibə tanrılarından biri olan Bişamon ilə Yato arasındakı ədavətdən və Yatonun Nora adlı müəmmalı ruhla olan qaranlıq keçmişindən də bəhs edir.

Media

Manqa

"Noragami" Adaçitoka tərəfindən yazılmış və Kodansha tərəfindən nəşr olunmuş manqa seriyasıdır. Manqa seriyası "Monthly Shōnen Magazine" jurnalında 6 dekabr 2010-cu ildə nəşr olunmağa başlamışdır və indiyə qədər 27 cildi buraxılmışdır. Doqquzuncu cild məhdud nəşrlə və drama CD ilə birlikdə buraxılmışdır. 10-cu və 11-ci cildlər isə məhdud nəşrlə və anime seriyaları ilə buraxılmışdır. Manqa seriyasının əlavə fəsilləri "Monthly Shōnen Magazine +" jurnalında 2011-ci ildən nəşr olunur və 15 noyabr 2013-cü ildə "Noragami: Stray Stories" (ノラガミ拾遺集, Noragami Shūishū?) adı altında bir cildi buraxılmışdır. Hər iki manqa Şimali Amerikada Kodansha Comics USA tərəfindən lisenziyalaşdırılmışdır.

Anime

Bones studiyası tərəfindən Kotaro Tamuranın rejissorluğu, Deko Akaonun ssenaristliyi və Toşihiro Kavamotonun personaj dizaynerliyi ilə anime serialı adaptasiyası istehsal olunmuşdur. Anime serialının premyerasından əvvəl birinci seriya 10 noyabr 2013-cü ildə Anime Festival Asia tədbirində nümayiş etdirilmişdir. Anime Yaponiyada 5 yanvar 2014-cü ildə Tokyo MX kanalında göstərilməyə başlamış, daha sonra MBS, BS11 və TVA kanalları vasitəsilə yayımlanmışdır. Sonuncu seriyası 23 mart 2014-cü ildə nümayiş etdirilmişdir. 2 oktyabr 2015-ci ildən 25 dekabr 2015-ci ilə kimi ikinci mövsüm – "Noragami Aragato" yayımlamışdır və 13 seriya davam etmişdir. Bundan əlavə, hər mövsüm üçün iki OVA seriyası buraxılmışdır. Birinci mövsümün OVA-ları 17 fevral və 17 iyul 2014-cü ildə manqanın 10-cu və 11-ci cildləri ilə, ikinci mövsümün OVA-ları isə 17 noyabr 2015-ci ildə və 17 mart 2016-cı ildə manqanın 15-ci və 16-cı cildləri ilə buraxılmışdır. Funimation animeni Şimali Amerikada, Madman Entertainment Avstraliya və Yeni Zelandiyada lisenziyalaşdırmışdır.

Birinci mövsümün açılış mahnısı Hello Sleepwalkers tərəfindən ifa olunan "Goya no Machiawase" (午夜の待ち合わせ?) mahnısı, bağlanış mahnısı Tia tərəfindən ifa olunmuş "Heart Realize" (ハートリアライズ, Hāto Riaraizu?) mahnısıdır. İkinci mövsümdə açılış mahnısı kimi The Oral Cigarettes tərəfindən ifa olunmuş "Kyōran Hey Kids!!" (狂乱 Hey Kids!!?) mahnısında, bağlanış mahnısı kimi Tia tərəfindən ifa olunmuş "Nirvana" (ニルバナ, Nirubana?) mahnısından istifadə olunmuşdur.

Videooyun

Sakura Soft tərəfindən 2015-ci ilin oktyabrında "Noragami ~Kami to Enishi~" (azərb. "Evsiz tanrı ~Tanrılar və qismət~"‎) adlı mobil oyun buraxılmışdır. Oyunun iOS versiyası 16 noyabr 2015-ci ildə buraxılmışdır.

Qəbul

Anime! Anime! saytı tərəfindən 2016-cı ilin sentyabrında keçirilmiş "Ən yaxşı anime açılış səhnələri" sorğusunda birinci mövsümün açılış səhnəsi 8-ci, ikinci mövsümün açılış səhnəsi isə 5-ci yeri tutmuşdur.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, noragami sözünün mənası, noragami haqqında məlumat. noragami nədir? noragami nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 26, 2026

    Voloqda

  • Mart 06, 2026

    Valter Skott

  • Mart 01, 2026

    Empirik

  • Mart 05, 2026

    Madrid prinsipləri

  • Mart 02, 2026

    Sadıq Zərbəliyev

Trend Mahnılar
  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Mart 06, 2026

    Lord Vertigo & Sevinc Urek - Umrumda Deyil 2026 ( Yeni Klip )

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Mart 04, 2026

    Röya x İsmail Zade — Nankor (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst