Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Nizami İbrahim oğlu Həmzəyev (12 sentyabr 1943, Naxçıvan – 22 iyul 2021, Naxçıvan) — Azərbaycan teatr aktyoru və dövlət xadimi, Naxçıvan Muxtar Respublikasının

Nizami Həmzəyev

  • Ana Səhifə
  • Vikipediya
  • Nizami Həmzəyev

Nizami İbrahim oğlu Həmzəyev (12 sentyabr 1943, Naxçıvan – 22 iyul 2021, Naxçıvan) — Azərbaycan teatr aktyoru və dövlət xadimi, Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri (1996–2004), Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (1999).

Nizami Həmzəyev
Doğum tarixi 12 sentyabr 1943
Doğum yeri Naxçıvan, Naxçıvan MSSR, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 22 iyul 2021 (77 yaşında)
Vəfat yeri Naxçıvan, Naxçıvan MR, Azərbaycan
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Atası İbrahim Həmzəyev
Anası Zəroş Həmzəyeva
Fəaliyyəti aktyor, dövlət xadimi
Teatr Naxçıvan Dövlət Musiqili Dram Teatrı
Mükafatları "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adı — 19991999

Həyatı

Nizami Həmzəyev 12 sentyabr 1943-cü ildə Naxçıvanda anadan olub. Valideynləri Zəroş və İbrahim Həmzəyevlərdir. Səhnəyə ilk dəfə 3 yaşında çıxmışdır. 9 yaşından başlayaraq teatrın tamaşalarında sözlü rollar oynayıb. Naxçıvandakı 2 saylı orta məktəbi bitirmişdir. 1964–1968-ci illərdə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun aktyorluq fakültəsində təhsil alıb. Naxçıvan Dövlət Musiqili Dram Teatrının aktyor truppasında çalışıb. Şəhər pionerlər evində, Naxçıvan Mədəniyyət sarayında işləyib, Pedoqoji İnstitutda, Culfa Musiqi Məktəbində dərs deyib. Bir müddət Naxçıvan teatrında direktor işləyib. 1996-cı ilin fevralından 2004-cü ilin aprel ayına kimi Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri olub. 9 oktyabr 1999-cu ildə "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adı ilə təltif edilmişdir.

İfa etdiyi əsas rollar

* "Canlı heykəl", Süleyman Rəşidi — Mahir
  • "Durna", Süleyman Rüstəm, Səid Rüstəmov — Surxay
  • "1905-ci ildə", Cəfər Cabbarlı — Eyvaz
  • "Solğun çiçəklər", Cəfər Cabbarlı — Bəhram
  • "Od gəlini", Cəfər Cabbarlı — Elxan
  • "Sevil", Cəfər Cabbarlı — Gündüz
  • "İldırım", Cabbar Məcnunbəyov — Polad
  • "Vaqif", Səməd Vurğun — Əli bəy
  • "Mehmanxana sahibəsi", Karlo Qoldoni — Fabritsio
  • "Anacan", Yusif Əzimzadə — Kamal
  • "Məşədi İbad", Üzeyir Hacıbəyov — Həsən bəy
  • "Qaynana", Məcid Şamxalov, Zakir Bağırov — Əli
  • "Özümüz bilərik", Şıxəli Qurbanov, Süleyman Ələsgərov — Bəbirli
  • "Məhv olmuş gündəliklər", İlyas Əfəndiyev — Ədalət
  • "Kor padşah", Nazim Hikmət, Vera Tulyakova — kiçik oğul
  • "Adamın adamı", Anar — Əyrizadə
  • "Məhsəti", Kəmalə Ağayeva — Nizami və Sərbaz
  • "Bahar qız", Ramiz Heydər — kor

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Nizami Həmzəyev haqqında məlumat. Nizami Həmzəyev nədir? Nizami Həmzəyev nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Qolfstrim cərəyanı

  • Mart 01, 2026

    Oqtay Ağayev

  • Fevral 27, 2026

    Even dili

  • Fevral 27, 2026

    Qara çay

  • Mart 01, 2026

    Əl Kafi

Trend Mahnılar
  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst