Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Nizaməddin Şami — Teymuri tarixçisi, Əmir Teymurun yürüşlərini tərənnüm edən "Zəfərnamə"nin müəllifi.

Nizaməddin Şami

  • Ana Səhifə
  • Vikipediya
  • Nizaməddin Şami

Nizaməddin Şami — Teymuri tarixçisi, Əmir Teymurun yürüşlərini tərənnüm edən "Zəfərnamə"nin müəllifi.

Nizaməddin Şami
Nizaməddin Şami
Doğum tarixi XIV əsr
Doğum yeri Təbriz
Vəfat tarixi 1431(1431)
Fəaliyyəti tarixçi

Mündəricat

Həyatı

Müəllifin təvəllüd və vəfat etdiyi il qeyri-müəyyəndir. 1393-cü ildə Bağdad teymurilər tərəfindən tutularkən orada yaşayırdı. Həmin vaxt əsir düşmüş, sonra isə Əmir Teymur Nizaməddin Şaminin əla yazı-pozu qabiliyyətini nəzərə alaraq onu öz yanına xidmətə götürmüşdür. Beləliklə, N.Şami, Əmir Teymurun sonrakı yürüşlərinin iştirakçısına çevrilir.

1401/02 (–h. 804)-cü ildə isə Əmir Teymur, N. Şami’yə öz zəfərlərini tərənnüm edən sadədilli bir tarix əsəri yazmaq barədə göstəriş verir. Bu sifariş əsasında işə başlayan N.Şami, "Zəfərnamə"ni qələmə alır və onu 1404-cü il aprelin 12-də şəxsən Əmir Teymura təqdim edir.

Tarixi mənbələrdə, daha sonra N. Şaminin adına 1405-ci il, yayın ikinci yarısında Kür çayı sahilində vaqe olmuş hadisələrin şərhində təsadüf edilir. Belə ki həmin vaxt Ömər mirzanın yanında olan şəxslərdən biri də N.Şami idi. Deməli, N. Şami, Əmir Teymurun ölümündən sonra Təbrizdə yaşamış və onun nəvəsi Ömər mirzanın xidmətində olmuşdu.

Zamanəmizədək "Zəfərnamə"nin, üzü müxtəlif illərdə köçürülmüş bir xeyli əlyazma nüsxəsi gəlib çatıb. Əsərin Fleks Taur tərəfindən hazırlanmış 2 cilddən ibarət farsca elmi-tənqidi mətni (qeyd və şərhlər çex dilində) 1937 (1-ci cild) və 1956-cı illərdə (2-ci cild) Praqada çap oluunmuşdur. Necati Lüğonun etdiyi türkcəyə tərcüməsi isə 1949 və 1987-ci illərdə Ankarada nəşr olunub. Sonuncudan istifadə etməklə, Akademik Ziya Bünyadov "Zəfərnamə" nin Azərbaycana aid hissələrini azərbaycancaya çevirmiş və bunlar 1992-ci il-də Bakıda kitabça şəklində nəşr edilmişdir. Lakin "Zəfərnamə"nin 1956-cı il Praqa çapının mətni ilə müqayisədə Şəkinin adı çəkilən hissələrdən biri ora daxil deyil. F.Taurun hazırladığı mətndə olmayan Şəkiyə aid bir hekayət isə Z.Bünyadovun qeyd edilən iqtibaslar kitabçasında mövcuddur.

Yuxarıda göstərildiyi kimi, N.Şami 1393-cü ildən Əmir Teymurun yanında xidmət etməyə başlamış və həmin vaxtdan da onun yürüşlərinin iştirakçısı olmuşdur. Deməli, mümkündür ki, əsərində təsvir edilən 1393-cü ildən sonraya aid hadisələr, məhz, müəllifin şəxsi müşahidəsinə əsaslanmış olsun.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Nizaməddin Şami haqqında məlumat. Nizaməddin Şami nədir? Nizaməddin Şami nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Puatu-Şaranta

  • Mart 01, 2026

    Hilal Münşizadə

  • Fevral 24, 2026

    Təbii çiçək

  • Mart 01, 2026

    Nove Zamki

  • Fevral 27, 2026

    Terror (vulkan)

Trend Mahnılar
  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst