Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Niyazi Kürdəmir (əsl adı: Niyazi Nəsib bəy oğlu Yusifbəyli; 1908, Yelizavetpol – 25 dekabr 1964, Ankara) — Azərbaycanlı siyasi mühacir, publisist.

Niyazi Kürdəmir

  • Ana Səhifə
  • Vikipediya
  • Niyazi Kürdəmir

Niyazi Kürdəmir (əsl adı: Niyazi Nəsib bəy oğlu Yusifbəyli; 1908, Yelizavetpol – 25 dekabr 1964, Ankara) — Azərbaycanlı siyasi mühacir, publisist.

Niyazi Kürdəmir
Doğum tarixi 1908(1908)
Doğum yeri
  • Yelizavetpol, Yelizavetpol quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 25 dekabr 1964(1964-12-25) (55–56 yaşında)
Vəfat yeri
  • Ankara, Ankara ili, Türkiyə
Vəfat səbəbi ürək tutması
Dəfn yeri
  • Cəbəci Əsri qəbiristanlığı
Atası Nəsib bəy Yusifbəyli
Anası Şəfiqə Qaspıralı
Təhsili
  • Qalatasaray liseyi,
  • İstanbul Universiteti
Fəaliyyəti müəllim, publisist, müəllif

Həyatı

Niyazi bəy Yusifbəyli 1908-ci ildə Gəncədə doğulub. Atası AXC Hökumətinin başçısı Nəsib bəy Yusifbəyli, anası İsmayıl Qaspıralının qızı Şəfiqə Qaspıralıdır. Nəsib bəylə Şəfiqə xanım 1906-cı ildə ailə həyatı qurublar. Həmin ilin sentyabrında gənc ailə Gəncəyə gəlib, Şəfiqə xanım Nəsib bəyin ailəsi ilə tanış olub. Bu evlilikdən onların Zöhrə və Niyazi adlı iki övladı doğulub.

1920-ci il mayın əvvəllərində Nəsib bəyin Kürdəmir qəzasında müəmmalı şəkildə qətlə yetirilməsindən sonra Türkiyənin Azərbaycandakı səfiri Məmduh Şövkət Esendalın köməyi ilə Türkiyəyə gedə bilib. Bu zaman Niyazinin 12 yaşı vardı. Sonralar atasından xəbər aldığı son məkan olan Kürdəmirin adını soyad kimi götürüb.

Ailə İstanbula gəldikdən sonra Niyazi bəy Qalatasaray liseyində orta təhsil alıb, ardınca İstanbul Universitetinin Dil və Tarix Fakültəsinin tarix bölümündə oxuyub, buradan məzun olub. 1939-cu ildə "Hiung-nular" adlı elmi işi müdafiə edib. Onun həmçinin 16 səhifəlik "İkinci minillikdə Kiçik Asiyada Assur ticarət müstəmləkələri" adlı elmi yazısı da var. Bir müddət müəllimlik edib (1940-cı illərdə Ərzurum liseyində), daha sonra Bədən Tərbiyəsi Ümummüdirliyində çalışıb. Rus və fransız dillərində bildiyi üçün bu qurumun xarici əlaqələr şöbəsində fəaliyyət göstərib.

Niyazi bəy 1952-ci il fevralın 8-də Ankarada təsis edilən Azərbaycan Milliyyətçilər Dərnəyinin qurucu üzvlərindən olub. Nizamnamədə dərnəyin qurucuları kimi bu şəxslər göstərilib: Əhməd Ulusoy (mühasib), Əli Taşkənt (mühəndis), Çingiz Göygöl (inşaatçı), Hidayət Turanlı (mühəndis), İsa Göçər (mühəndis), İsgəndər xan Xoyski (hüquqşünas), Qadir Dilican (mühəndis), Məmməd Altunbay (pilot), Nağı Bayramgil (mühasib), Niyazi Kürdəmir (müəllim), Səfvət Zərdabi (mühəndis). Qurulan dərnəyin "Türk izi" adlı mətbu orqanı olub. Jurnalın ilk sayında (1952-ci il, may ayı) Niyazi Kürdəmirin "Azərbaycan və mühacirətlər" başlıqlı məqaləsi dərc olunub. Jurnalın növbəti saylarında N. Kürdəmirin "Erməni və gürcü ittihadı", "Aktual məsələ", "Dərsdən ibrət almayan qafillər", "Qovma və təkrar qəbul" adlı məqalələri dərc olunub.

Niyazi bəyin əməkdaşlıq etdiyi digər nəşr "Mücahid" dərgisidir. Bu jurnalın sahibi Çingiz Göygöl, müdiri isə Səfvət Zərdabi olub. Niyazi bəy qohumu olan Çingiz bəylə yaxın dost olub. Niyazi bəy bu jurnalda bir neçə yazı qələmə alıb, Jan Brüs adlı müəllifin "Miq təyyarəsini necə qaçırdım" adlı əsərini silsilə şəkildə tərcümə edib. "Mücahid"də onun "Yaxınlaşma ətrafında" (sayı 1, 1955), "Yaxın Şərqdə ortaya çıxan təhlükə" (sayı 4, 1955), "Rusiya üçüncü dünya savaşını 1917-də qazandı" (sayı 5, 1955), "Aprel 1920 və bir xatirə" (sayı 8, 1957) kimi yazıları çıxıb.

Niyazi Yusifbəyli 1964-cü il dekabr ayının 25-də gecə saatlarında Ankaradakı evində keçirdiyi infarkt nəticəsində vəfat edib. Niyazi Kürdəmir Ankarada Cəbəci Əsri məzarlığında dəfn edilib.

Ədəbiyyat

  • Niyazi Yusufbeyli, "Nisan 1920 ve Bir Hatıra", "Mücahit", sayı 8, 1957.
  • "Dergi" (Münxen), sayı 20, 1960.
  • "Cumhuriyet", 26 dekabr 1964.
  • "Türk Birliği", sayı 2, may 1966.
  • Cengiz Gökgöl, "Niyazi’yi de Kaybettik", "Türk Birliği", sayı 3, iyun 1966.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Niyazi Kürdəmir haqqında məlumat. Niyazi Kürdəmir nədir? Niyazi Kürdəmir nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Vitales

  • Mart 01, 2026

    Elat

  • Fevral 17, 2026

    Fiziki coğrafiya

  • Fevral 27, 2026

    Psixoloq

  • Fevral 27, 2026

    Monteneqrolular

Trend Mahnılar
  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst