Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Nikolay İvanoviç Yejov (rus. Никола́й Иванович Ежо́в, 1 may 1895; 4 fevral 1940) — SSRİ NKVD-nin kommissarı.

Nikolay Yejov

  • Ana Səhifə
  • Vikipediya
  • Nikolay Yejov

Nikolay İvanoviç Yejov (rus. Никола́й Иванович Ежо́в, 1 may 1895; 4 fevral 1940) — SSRİ NKVD-nin kommissarı.

Nikolay Yejov
rus. Никола́й Иванович Ежо́в
SSRİ xalq su nəqliyyatı komissarı
8 aprel 1938 – 9 aprel 1939
ƏvvəlkiNikolay Paxomov[d]
Sonrakıvəzifə ləğv edilib
SSRİ xalq daxili işlər komissarı
26 sentyabr 1936 – 25 noyabr 1938
ƏvvəlkiHenrix Yaqoda
SonrakıLavrenti Beriya
Şəxsi məlumatlar
Doğum tarixi 1 may 1895
Doğum yeri Sankt-Peterburq, Rusiya imperiyası
Vəfat tarixi 4 fevral 1940 (44 yaşında)
Vəfat yeri Moskva, SSRİ
Vəfat səbəbi güllə yarası[d]
Dəfn yeri
  • Donskoye qəbiristanlığı[d]
Partiya
  • Sovet İttifaqı Kommunist Partiyası
Fəaliyyəti siyasətçi, hərbi qulluqçu
Dini ateizm
Hərbi xidmət
Qoşun növü piyada
Döyüşlər
  • Birinci Dünya müharibəsi

Təltifləri "Lenin" ordeni — 1937 "Fəhlə-Kəndli Qırmızı Ordusunun XX illiyi" yubiley medalı — 1938 "Qırmızı bayraq" ordeni
ÜFK-DSİ-nin fəxri işçisi (XV)
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

1895-ci ildə Peterburqda (indiki Sankt-Peterburqda) anadan olan Nikolay İvanoviç Yejov 14 yaşından başlayaraq, müxtəlif zavodlarda fəhləlik etməyə başladı. Eyni zamanda işləyə-işləyə də ibtidai təhsil aldı. 1917-ci ildə bolşeviklərə qoşulan Yejov özünü, necə deyərlər, gözə soxmaqla vəzifə kürsüsündə sürətlə irəliləməyə başladı. Vətəndaş müharibəsi illərində Yejov hərbi hissələrdə komissar vəzifəsində işləyirdi. Müharibədən sonra, 1920-ci ildə o, Türküstana gedir və burada bir sıra vəzifələrdə çalışır. Əvvəlcə, Semipalatinsk vilayətində, sonra isə Qazaxıstan ölkə partiya komitəsinin katibi vəzifəsində işləyir. O, ali təhsil almasa da, Stalinə sədaqəti ilə diqqəti cəlb edirdi. 1927-ci ildə Stalinə sədaqətinə görə, onu Ümumittifaq Kommunist (Bolşeviklər) Partiyasında (ÜKP) məsul vəzifəyə irəli çəkdilər. Kollektivləşmə dövründə Yejov Stalinə sədaqətini əsl cəlladlara xas olan tərzdə nümayiş etdirməyə başladı. 1929-1930-cu illərdə o, SSRİ Torpaq Komitəsi sədrinin müavini vəzifəsinə irəli çəkildi. O burada az-çox imkanı olan bütün kəndliləri qolçomaq elan etdi və onlara qarşı sərt tədbirlər görülməsi barədə müvafiq orqanlar qarşısında məsələ qaldırdı. Yejov 1930-34-cü illərdə ÜKP-nin kadrlar şöbəsində işlədi. Həmin dövrdə o, Stalinin kadr siyasətini həll edən əsas fiqurlardan biri sayılırdı. Bu vəzifədə də cəlladlığını ən sərt şəkildə həyata keçirməyə başladı. Yejov bu vəzifədə çalışarkən, Stalinə sədaqətinə şübhə etdiyi köhnə, sınanmış kadrları bir-bir aradan götürməyə başladı. O dövrdə məşhur çekistlər kimi tanınan Prokofyevi, Luryeni, Ostrovskini, Feldmanı, baron Stayqeri və digərlərini ya sürgünlərə göndərdi, ya da şəxsən özü onları güllələdi. Qısa müddətdə Yejov 325 çekisti "vətənə xəyanət" üstündə məhv etdi. Halbuki onların böyük əksəriyyətinin heç bir günahı yox idi. 26 sentyabr 1936-ci ildə Stalin Henrix Yaqodanı Xalq daxili işlər komissarı vəzifədən azad edərək, onun yerinə "partiya qarşısındakı müstəsna xidmətlərinə görə" Yejovu təyin etdi.. Oktyabr ayının 1-də artıq Yejov özünün bu vəzifədə ilk əmrini imzaladı.

Bu vəzifədə sələfi Henrix Yaqodanın tabeliyində olan bütün sahələr: həm Dövlət Təhlükəsizliyi orqanları (orijinal - ГУГБ НКВД СССР), həm milis, həm də yangından mühafizə və şose yolları idarələri kimi köməkçi xidmətlər Yejovun tabeliyinə keçdi. Yeni, kifayət qədər yüksək vəzifəyə təyin edilməsi Yejovu daha ağır cinayətlər törətməyə şirnikləndirdi. 28 yanvar 1937-ci ildə Yejova SSRİ dövlət təhlükəsizliyi generalı rütbəsi verildi (sonradan, 24 yanvar 1941-ci ildə isə həmin rütbədən məhrum edildi ). Həmin ildə o, 13-cü Alma-Ata motomexanikləşdirilmiş polkunun fəxri qızıl əsgəri seçildi. 1937-ci ildə isə Orconikidze vilayətinin Sulimovo şəhəri Yejov - Çerkassk adlandırıldı. O, Lenin ordeni ilə təltif edildi. Xüsusi tapşırıqları yerinə yetirdiyinə görə, sərhəd və daxili qoşunlar məktəbinə də Yejovun adı verildi. 1938-ci ildə Yejovun göstərişi ilə Tatarıstanda təmizləmə əməliyyatlarına başlanıldı. Nəticədə, qısa müddətdə minlərlə adam xalq düşməni elan edilərək, ya sürgünlərə göndərilir, ya da güllələnilirdi. Yejovun düşmən hesab etdiyi adamlar içərisində nəinki yüksək vəzifələrdə işləyən dövlət xadimləri, həm də siyasətdən başı çıxmayan sadə adamlar - çobanlar belə var idi. Heç nədən xəbəri olmayan keçilərə çox süd versin deyə mahı oxuyan qazax çobanı Yejov xalq düşməni, elan edərək güllələdir. Bundan xəbər tutan Stalin: "Çobanı antisovet adlandıran adam ölünü də xalq düşməni çıxara bilər", - deyir və susur. Və bundan sonra Yejovun bəxti tərsinə işləməyə başlayır. Amma o, Stalindən özünə qarşı hər hansı bir təhlükə gələ biləcəyinə inanmırdı və eyni tərzdə minlərlə adamı ölümə göndərməkdə davam edirdi. Belə ki, təkcə 1937-ci ildə Yejovun əmri ilə 3170 yüksək vəzifə tutan adam güllələnmişdi. Onların arasında SSRİ-yə sədaqəti ilə tanınan onlarla çekist, general var idi. Amma çobanın ahı Yejovu tutmuşdu. Çoban əhvalatını Yejova bağışlaya bilməyən Stalin 1938-ci ildə Yejovun başqa vəzifəyə keçirilməsi adı altında onu daxili işlər komissarlığından azad etdi. Onun yerinə isə Beriya təyin edildi. Yejovla "siçan-pişik" oyunu oynayan Stalin onu əvvəlcə su nəqlyyatı naziri təyin etdi. Yejov bununla barışa bilmirdi və hər gün içməklə dərdini unutmağa çalışırdı. 1939-cu ildə Stalinin şəxsi əmri ilə Yejov həbs edildi. Onu antisovet təxribatı aparmaqda və dövlət çevrilişi hazırlamaqda ittiham etdilər. Yejov məhkəmədə özünə qarşı irəli sürülən ittihamların hamısını rədd etdi. O, eyni zamanda bəzi günahlarının olduğunu da bildirdi və dedi ki, cəmisi 14 min çekist güllələyib. Amma görünür, bu, az olub. 1940-cı ilin fevral ayının 3-də Yejova ölüm hökmü kəsildi. Ertəsi gün o güllələndi. Yejovun güllələnməsi barədə Stalinə dərhal xəbər verdilər. Beləliklə, Yejov qaniçənliyinin qurbanı oldu. Amma Yejovun başına gələnlər ondan sonra bu vəzifəyə təyin edilənlər üçün dərs olmadı...

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Nikolay Yejov haqqında məlumat. Nikolay Yejov nədir? Nikolay Yejov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 25, 2026

    Zəngəzur dağları

  • Fevral 27, 2026

    Əbdülməcid

  • Fevral 28, 2026

    Riçard Hovanisyan

  • Fevral 27, 2026

    Ədədlər nəzəriyyəsi

  • Fevral 27, 2026

    Mərkəzi Finlandiya

Trend Mahnılar
  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst