Nikolaus Otto (alm. Nicolaus August Otto; 10 iyun 1832[…], Holtshauzen-an-der-Hayde[d], Nassau[d], Almaniya ittifaqı – 26 yanvar 1891[…], Köln, Prussiya, Almaniya imperiyası) — alman mühəndisi və ixtiraçısı olmuşdur. Öz məşhur ixtirası Otto mühərriki ilə dünyada tanınmışdır. Heç bir ali təhsili olmasına baxmayaraq ona fəxri doktor adı verilmişdir.
| Nikolaus Otto | |
|---|---|
| alm. Nicolaus August Otto | |
| |
| Doğum tarixi | 10 iyun 1832[…] |
| Doğum yeri |
|
| Vəfat tarixi | 26 yanvar 1891[…] (58 yaşında) |
| Vəfat yeri | |
| Dəfn yeri |
|
| Uşağı | 7 (Gustav Otto daxil olmaqla) |
| Elm sahələri | texnologiya, maşınqayırma, tikinti[d] |
Ailəsi
İxtiraları
1862-ci ildə Otto ilk dəfə olaraq dördtaktlı mühərrik üzərində sınaqlar aparmağa başlayır. 1876-cı ildə onun bu mühərriki tətbiq olunur. 1863-cü ildə Otto ilk dəfə olaraq qaz mühərrikini yaradır.
1864-cü ildə o mühəndis Eyqen Lanqen ilə birlikdə dünyada ilk mühərrik fabrikini"N. A. Otto Cie" və sonra qaz mühərrikləri fabrikini ("Gasmotorenfabrik Deutz" hal-hazırda Deutz AG)təşkil edirlər. 1876-cı ildə Otto və Eyqenə dördtaktlı mühərriki düzəltmək nəsib olur. Bu mühərrik bu gün geniş tətbiq tapmış benzinlə işləyən daxili yanma mühərrikinin əsasını təşkil edir. Ona görə də, ona çox vaxt Otto -mühərriki də deyilir.
1867-ci ildə Parisdə keçirilən Dünya sərgisində Otto özünün qaz mühərrikini nümayiş etdirir. Bu mühərrik porşenlə təchiz olunmuş, öz hərəkətini qol ilə ötürə bilirdi. Yeni mühərrik o dövrə qədər məlum olan mühərriklərin işlədikləri yanacağın yalnız 30%-ni işlədirdi. Bu mühərrik sərgidə qızıl medala layiq görülür.
Otto mühərrikinin tətbiqinə başlayandan sonra 1876-cı ilə qədər artıq 5000 ədəd satılmış idi. 1884-cü ildə Otto qaz mühərriki üçün elektrik alışqanı ixtira edir. Bundan sonra mühərriklərdə maye yanacaqlardan da istifadə olunmasına şərait yaranır.

Həmçinin bax
- Huqo Yunkers
- Rudolf Dizel
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Nikolaus Otto haqqında məlumat. Nikolaus Otto nədir? Nikolaus Otto nə deməkdir?
