Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Nihat Hatipoğlu (11 may 1955, Diyarbəkir) — Türk alim, ilahiyyatçı) — Qaziantep İslam Elm və Texnologiya Universitetinin Rektoru. Hazırda ATV telekanalında həft

Nihat Hatipoğlu

  • Ana Səhifə
  • Vikipediya
  • Nihat Hatipoğlu

Nihat Hatipoğlu (11 may 1955, Diyarbəkir) — Türk alim, ilahiyyatçı) — Qaziantep İslam Elm və Texnologiya Universitetinin Rektoru. Hazırda ATV telekanalında həftəlik proqramları davam etməkdədir.

Nihat Hatipoğlu
türk. Nihat Hatipoğlu
Doğum tarixi 11 may 1955(1955-05-11) (70 yaş)
Doğum yeri Diyarbəkir, Türkiyə
Vətəndaşlığı Türkiyə Türkiyə
Həyat yoldaşı Emel Hatipoğlu
Uşaqları Məhəmməd Səid Hatipoğlu
Osman Hatipoğlu
İxtisası Akademik, İlahiyyatçı
Təhsili Ankara Universiteti
Fəaliyyəti akademik
Fəaliyyət illəri 2009 — h.h
nihathatipoglu.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Diyarbəkirdə, 11 may, 1955-ci ildə dünyaya gələn Nihat Hatipoğlu, Siirt və Malatyada ibtidai məktəb oxumuşdur. 1975-ci ildə Uşak İmam Xətib Liseyini və Uşak Liseyini bitirib. 1981-ci ildə Ankara Universitetinin İlahiyyat Fakültəsini bitirdi. Eyni fakültədə Hədis Baş Elm sahəsində Qurani Kərimin Anlaşılmasında Hədislərin Rolu adlı çalışması doktor, 2000-ci ildə dosent, 2012-ci ildə isə professor olmuşdur. Hazırda Diclə Universiteti ilahiyyat Fakültəsinin Hədis Baş Elm sahəsində müəllim vəzifəsində işləyir. 1985-1987-ci illər arasında Misirdə Ərəbcə təhsil alıb. Sonradan isə Türkiyədə Quran Kurslarından birində müdir kimi çalışmışdır. Hazırda Diyanət İşləri Nazirliyində Din İşləri Ali Qurum mütəxəssisi vəzifəsində işləyir. Bundan başqa, 11 mart 2017-ci il tarixi etibarilə YÖK üzvlüyünə dəvət olunmuşdur.

Nihat Hatipoğlu, milli televiziya kanallarında dini proqramları hazırlayıb təqdim etməyə "Kanal A" telekanalından başladı. Həmçinin Ankarada yayım göstərən iki yerli radioda (Arifan Radio, Hədəf Radio) 10 ildən bəri fasiləsiz olaraq həftəlik yayımlarına hələ də davam edir. 2004-cü ildə Ramazan ayında Flash TV-də, 2005-ci ildə Ramazan ayında Star TV-də Sahur proqramlarını təqdim etmişdir. 2005-ci ildə Star TV-də Dosta Doğru proqramını təqdim etdi. 2005–2010 illəri arasında Ramazan ayı müddətində Star TV-də İftar və Sahur proqramlarınının aparıcılığını edib. Proqramları hal-hazırda Türkiyədə bir çox radioda yayımlanır. Hazırda ATV-də həftəlik proqramları davam edir. Qırxdan çox nəşr olunmuş DVD, CD-si mövcuddur. Türkiyə daxilində və xaricində seriya konfransları davam edir.

18 yanvar 2019-cu ildə Prezident Rəcəb Tayyib Ərdoğanın qərarı ilə Qaziantep İslam Elm və Texnologiya Universitetinə rektor təyin edilmişdir.

Rəylər

2014-cü ildə Nihat Hatipoğlu Ramazan ayına özəl ATV-də yayımlanan proqram üçün aylıq 600 min TL aldığı və hovuzlu bir villada yaşadığı iddia edildi. Hatipoğlu isə "20 ildir Keçiörəndəki eyni evimdə yaşayıram. Villam, hovuzum, evimin qarşısında yağış yağanda içinə su dolan bir çuxurum belə yoxdur. ATV-dən ayda 600 min lirə aldığım iddiası da yalandır" deyərək bu iddiaları yalanladı.

Avqust 2014-cü ildə Türkiyənin ilk rəsmi ateist dərnəyi olan Ateizm Dərnəyi, ATV-də yayımlanan proqramda tamaşaçılardan gələn bir sualı cavablandırarkən işlətdiyi "Ateistlərin ən böyük atası Şeytan, yəni elə sayılsa, Şeytan onlardan daha təmizdir" cümləsini göstərərək kin və düşmənçiliyə təhrik, İslama yönəlikləşdirmə iddiaları cinayət olaraq bildirildi. Xatırladaq ki, sonradan "ateistlərə qarşı həmişə xoş mövqe nümayiş etdirmişəm" sözləri ilə özünü müdafiə etdi. Prokurorluq ifadələrin şəxslərə deyil, fikirlərə qarşı olduğu səbəbilə cinayət işini rədd etdi.

Əsərləri

  • İnsanlığın Geleceği ve İslam, 1988
  • İslami Davetin İlkeleri, 1988
  • Fitneler, 1997
  • Ashapdan Bir Demet, 1997
  • Bazı Hadislerin Günümüze Yansıması, 1997
  • Ayetlere Farklı Bir Bakış, 1997
  • Asr-ı Saadette Müşrik ve Münafık Liderler, 1999
  • Kur'an-ı Kerim'in Anlaşılmasında Hadislerin Rolü, 1999
  • Ebu Zür'a er-Razi ve Hadis İlmindeki Yeri, 2000
  • Hz. Peygamberle İslam'ı Doğru Anlamak, 2006
  • Saadet Asrından Damlalar, 2008
  • Sevgi Dininden Yansımalar, 2009
  • Dört Halife, 2010
  • Gökteki Yıldızlar, 2010
  • O'nu Nasıl Sevdiler, 2010
  • Nihat Hatipoğlu'nun Kaleminden Günlük Dualar, 2010
  • Barış Elçisinden Rahmet Dokunuşları, 2010
  • Allah'ı Bildiğimi Sanırdım, 2011
  • Rahmete Firar Etmek, 2011
  • Büyüklerin Duaları, 2011
  • Kur'an ve Sünnet Işığında Felaketler ve Deprem, 2011
  • Hz. Peygamber ile Kur’an’ı Doğru Anlamak, 2015

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, nihat hatipoğlu sözünün mənası, nihat hatipoğlu haqqında məlumat. nihat hatipoğlu nədir? nihat hatipoğlu nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Hafsa Sultan

  • Mart 01, 2026

    Kələm

  • Fevral 27, 2026

    Ayrım

  • Fevral 27, 2026

    Göy ekvatoru

  • Fevral 27, 2026

    Nervus vagus

Trend Mahnılar
  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Mart 06, 2026

    Lord Vertigo & Sevinc Urek - Umrumda Deyil 2026 ( Yeni Klip )

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst