Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Neşərək Qadınəfəndi (1848, Soçi – 11 iyun 1876, İstanbul) — 32. Osmanlı sultanı Əbdüləzizin üçüncü xanımı.

Neşərək Qadınəfəndi

  • Ana Səhifə
  • Vikipediya
  • Neşərək Qadınəfəndi

Neşərək Qadınəfəndi (1848, Soçi – 11 iyun 1876, İstanbul) — 32. Osmanlı sultanı Əbdüləzizin üçüncü xanımı.

Neşərək Qadınəfəndi
تمريض المرأة
Şəxsi məlumatlar
Doğum tarixi 1848(1848)
Doğum yeri
  • Soçi
Vəfat tarixi 11 iyun 1876(1876-06-11) (27–28 yaşında)
Vəfat yeri
  • İstanbul, Osmanlı imperiyası
Atası İsmayıl bəy Bərəkə
Həyat yoldaşı Əbdüləziz
Uşaqları Mehmed Şövkət Əfəndi
Əminə Sultan

Həyatı

Neşərək xanım 1848-ci ildə Şimali Qafqazda — Qara dəniz sahilindəki Soçi şəhərində əslən ubix bir ailədə dünyaya gəldi. Əsl adı Nəsrin olan bu qızcığaz İsmayıl bəy Bərəkənin (d. 1812 — ö. 1876) qızı idi. Həsən bəy və Osman Paşa adlı 2 qardaşı Sultan Əbdülhəmidin ən yaxın adamları idi. Bibisi isə Osmanlı kaptanı-dəryalarından Atəş Mehmed Paşanın (ö. 1867) xanımı idi.

1859-cu ildə 4 çərkəz ailəsindən bir heyət toplandı və bölgədəki rus zülmünü Osmanlı sultanına şikayət etmək üçün İstanbula yollandı. Bu heyətə Nəsrinin atası İsmayıl bəy də var idi. İstanbula gələn bu 4 çərkəz bəyinə Osmanlı sultanı tərəfindən torpaq və mülklər hədiyyə edildi. Nəticədə İsmayıl bəy də ailəsiylə birlikdə Silivri yaxınlığında ona verilən mülkdə yaşamağa başladılar. 1868-ci ildə isə bu münasibətləri gücləndirmək üçün Nəsrin xanım Sultan Əbdüləzizlə evləndirildi və Osmanlı sarayına gəlin köçdü. İlk növbədə adı dəyişdirilərək Neşərək qoyuldu. 1872-ci ildə Yozğadda bir məscid inşa etdirdi. 1872–1874-cü illərdə 2 övladı dünyaya gəldi: Şahzadə Mehmed Şövkət Əfəndi və Əminə Sultan.

30 may 1876-cı ildə əri Sultan Əbdüləziz saray çevrilişi nəticəsində taxtdan endirilmiş, bir neçə gün sonra isə müəmmalı şəkildə Fəriyyə sarayında ölü tapılmışdı. Ərinin ölümündən bir həftə sonra da Neşərək xanım Fəriyyə sarayında vəfat etdi.

Ölümünün ardından həm Sultan Əbdüləzizin, həm də bacısının intiqamını almaq istəyən qardaşı Həsən bəy Bərəkə 15 iyun tarixində Mithat Paşanın köşkündə toplanan dövlət adamlarının məclisinə hücum edərək xarici işlər naziri Mehmed Rəşid Paşanı, keçmiş sədrəzəmlərdən Hüseyn Avni Paşanı və digər şəxsləri öldürdü. Çərkəz Həsən hadisəsində 5 nəfər ölmüş, 10 nəfər yaralanmışdı. Nəticədə ələ keçirilən Həsən bəy edama məhkum edildi.

Övladları

  • Mehmed Şövkət Əfəndi (d. 5 iyun 1872 — ö. 22 oktyabr 1899)
  • Əminə Sultan (d. 24 avqust 1874 — ö. 29 yanvar 1920)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Neşərək Qadınəfəndi haqqında məlumat. Neşərək Qadınəfəndi nədir? Neşərək Qadınəfəndi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Sampdoriya FK

  • Fevral 27, 2026

    Pribaltika

  • Fevral 27, 2026

    Şütür nahiyəsi

  • Fevral 27, 2026

    Yabanı albalı

  • Fevral 27, 2026

    Köçərlinskilər

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst