Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Nemonun axtarışında (ing. Finding Nemo) — "Pixar" animasiya studiyası tərəfindən hazırlanan və rejissoru Endryu Stenton olan 2003-cü ildə çəkilmiş ABŞ filmi. An

Nemonun axtarışında

  • Ana Səhifə
  • Vikipediya
  • Nemonun axtarışında

Nemonun axtarışında (ing. Finding Nemo) — "Pixar" animasiya studiyası tərəfindən hazırlanan və rejissoru Endryu Stenton olan 2003-cü ildə çəkilmiş ABŞ filmi. Animasiya filminin kompüter qrafikası Andrey Staton və Li Ankriçə məxsusdur. Animasiya filmi elə ekrana çıxdığı ilk günlərdən çoxlu tamaşaçı topladı və ümumilikdə $936 milyon qazanaraq həmin vaxtın ən çox satılan DVD-si oldu. Bu animasiya filmi 2003-cü ilin "Ən yaxşı animasiya filmi" üçün oskar aldı.

Nemonun axtarışında
ing. Finding Nemo
Janr anime elementləri ilə animasiya
Növü Macəra
Komediya
Rejissor Endryu Stenton
Prodüser Qrehem Uelters
Ssenari müəllifləri Endryu Stenton
Bob Piterson
David Reynolds
Rolları səsləndirənlər Aleksandr Qould
Albert Bruks
Ellen Deceneres
Bəstəkar Tomas Nyuman
Montaj Devid Yan Salter
Ölkə ABŞ ABŞ
Studiya Walt Disney Pictures
Pixar Animation Studios
Distribüsiya Walt Disney Studios Motion Pictures
Davametmə müddəti 100 dəqiqə
İl 2003
Dil ingilis dili
Büdcə $94 milyon
Gəlir $936,743,261
IMDb ID0266543
Rəsmi saytı
Rəsmi saytı
Rəsmi saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Məzmun

Xəbərdarlıq Xəbərdarlıq: Yazının davamı əsərin məzmunu haqqında məlumat ehtiva edir.

Merlin klon balığı idi və oğlu Nemo il birlikdə Böyük Sədd Rifində yaşayırdı. Nemonun anasını 400 yumurtaya görə Akula yemişdi. Bu vaxt Nemonun yumurtasıda zədələndiyinə görə onun bir üzgəci normadan kiçik idi. Nemonun məktəbə getdiyi birinci gündə Nemo və bir neçə balıq müəllimdən uzaqlaşdılar və bu vaxt bir qayıq gördülər. Heç bir balıq qayığa toxunmağa cürət etmədi. Nemonun atası bunu gördü. Nemo atasına qorxaq olmadığını göstərmək üçün qayığa toxunanda dalğıclar onu tutur. Marlin Nemonu xilas etməyə çalışır, lakin başqa dalğıc fotoparatının parıltısı ilə onu gözünü qamaşdırır. Marlin ayılanda görür ki, qayıq buranı tərk edib. Marlin Nemonu axtaran vaxt qayığın hara getdiyini görən Dori adlı qısamüddətli yaddaşı olan Kral balığı ilə rastlaşır və onlar Nemonu birlikdə axtarırlar. Bu vaxt onlar üç vegetarian köpək bakığı ilə rastlaşır. Onlar bu vaxt üzərində yazı olan dalğıcın maskasını tapırlar. Onlar dənizin dərinliyində vəhşi balıqla dalaşan vaxt Dori maskanın üzərindəki yazını oxuyur. Onlar bilirlər ki, Nemo "Sidney, Peşerman küçəsi, Valamir şosesi 42" ünvanındadır. Dori və Merlin digər balıqların köməyi ilə Sidneyə gedən yolu tapırlar. Onlar sualtı dağın üstündə meduzalarla, sonra isə 150 yaşlı və hələ də sağlam və güclü olan Kraş adlı və digər tısbağalarla rastlaşırlar. Tısbağalar onlara Şərqi Avstraliya Cəryanı ilə getməkdə gömək edir. Marlin başına gələnləri tısbağalara danışır. Eyni zamanda diş həkimi Sidney limanında Nemonu akvariuma salır. O akvariumdakı digər balıqlarla tanış olur. Balıqlar ona deyir ki, diş həkimi Nemonu Bacısı qızı Darlaya hədiyyə verəcək. Darla ona verilən balıqları öldürdüyü üçün Nemo onun yanına getmək istəmir. Digər balıqlar onu xilas etmək üçün filtiri sıxmağı ikinci cəhdində bacarır. Akvariumdakı balıqların dostu olan Nayceli adlı quş Merlinin etdiklərini onlara dedi. Balıqlar səhər duranda yeni texnologiya olan filtiri və akvariumun təmiz olduğunu gördülər. Marlin və Dori cəryandan çıxdıqdan sonar səfliklə balinanın ağzına düşdülər. Marlin kədərlənir.

Dori balina dilində balinaya deyir ki, onlari Sidneyə aparsın və azad etsin. Marlinsə buna hirslənir və deyir sən balina dilində danışa bilmirsən. Balina onları Sidneyə aparır və onları suya buraxır. Onlar sahilə çatana yaxın Neycel onları görüb tanıyır və diş həkiminin yanına aparır. Bu vaxt diş həkimi Nemonu kloka qoyur və Darlaya verməyə hazırlaşır. Nemo diş həkiminin onu ayaqyoluna atması üçün özünü ölülüyə vurur. Elə bu vaxt Neycel gəlir və Marlin Nemonu görəndə elə bilir ki, Nemo həqiqətən ölüb Neycel onları suya qoyub gedir. Marlin evə qaydır və Dori yaddaşını itirir. Nemo başqa yolnan kanalizasiyaya düşür. O Dorini görür və onunla birlikdə atasını axtarır. Dori əvvəlcə heç nə başa düşmür sonar Sidney sözünü oxuyanda hər şeyi xatırlayır Merlininyanına gedirlər. Nemo atasının yanına gedir və tor onların yanındakı balıqları tutur. Nemo bütün balıqlara deyir ki, aşa üzsünlər bunu akvariumda öyrənmişdi. Balıqlar və onlar xilas olurlar və Dori ilə birlikdə evə gedirlər. Animasiya filminin sonunda qısa səhnədə akvariumdakı balıqlar yeni filtiridə xarab edir və diş həkiminin qoyduğu klokda çöləoradanda okeana gedirlər, amma onlar başa düşürlər ki, onlar hələ də diş həkiminin onlar üçün qoyduğu su ilə dolu klokun məhdudiyyətindədirlər.

Xəbərdarlıq Xəbərdarlığın sonu.

Səsləndirənlər

AdRolQeydlər
Albert BruksMarlinklonbalığı
Elizabet PerkinsCoralklonbalığı
Aleksandr QouldNemoklonbalığı
Ellen DeceneresDorikral balıq
Uillem DefoCill
Bred QarretBloat
Ellison CenniPeach
Ostin PendletonGurgule
Stiven RotBubbles
Vicki LüisDeb
Co RanftCeki
Ceffri RaşNaycel
Barri HemfirBrüs
Erik BanaAnkor
Brüs SpenceChum
Endryu StentonKraş
Bob PitersonCənab Rey
Cordi RanftTed
Erika BekPörl
Sallivan Per ErikŞeldon
Con RatzenbergerMun balıqməktəbin müəllimi
Bill HenterHəkim Filip ŞermanDiş həkimi
Lulu EbelinqDarla Şermanləqəbi: Balıq qatili
Rove MakManusKrab

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Nemonun axtarışında haqqında məlumat. Nemonun axtarışında nədir? Nemonun axtarışında nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Robert Li

  • Fevral 27, 2026

    Ögeday qaan

  • Fevral 27, 2026

    Mustafa Mərdanov

  • Fevral 27, 2026

    Feta

  • Fevral 27, 2026

    II Maksimilyan

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst