Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Məhəmməd Necati Şaşmaz (türk. Muhammed Necati Şaşmaz; 15 dekabr 1971, Elazığ) — Türkiyə aktyoru, ssenaristi, prodüseri və iş adamı. "Qurdlar Vadisi" seriasında

Necati Şaşmaz

  • Ana Səhifə
  • Vikipediya
  • Necati Şaşmaz

Məhəmməd Necati Şaşmaz (türk. Muhammed Necati Şaşmaz; 15 dekabr 1971, Elazığ) — Türkiyə aktyoru, ssenaristi, prodüseri və iş adamı. "Qurdlar Vadisi" seriasında canlandırdığı Polad Ələmdar personajı ilə tanındı.

Necati Şaşmaz
türk. Necati Şaşmaz
Doğum tarixi 15 dekabr 1971(1971-12-15) (54 yaş)
Doğum yeri
  • Elazığ, Elazığ ili, Türkiyə
Həyat yoldaşı
Claire B.
(e. 2001; b. 2001)

Nagəhan Kaşıkçı
(e. 2012; b. 2021)
Uşağı 2
Partnyorları
  • Yasemin Öztürk (2004–2008)
  • Nur Fettahoğlu (2010–2012)
Fəaliyyəti aktyor, ssenarist, film prodüseri, iş adamı
Fəaliyyət illəri 2003-cü ildən
IMDb ID1699093

Mündəricat

Həyatı

Zaza əsillidir. Əbdülqədir — Sahil Şaşmaz cütlüyünün oğludur. Raci Şaşmaz və Zübeyr Şaşmaz adında 2 qardaşı var.

Əsl peşəsi turizmçilikdir, ibtidai və orta təhsilini tamamladı. Universitetə daxil ola bilməyincə, əvvəl Kanadaya, sonra ABŞ-yə getdi. Amerikada 6 il yaşadıqdan sonra, işləmə və daimi yaşama icazəsi verən qrin kart aldı. Hərbi xidmətini İzmit zəlzələsindən sonra ödənişli olaraq Kütahyada etdi. 2001-ci ildə bir müddətliyinə ailəsini ziyarət etmək üçün Türkiyəyə gəldi, geri dönüş biletini 11 sentyabr tarixinə aldı. ABŞ-də həmin gün baş verən terror hadisələrinə görə içində olduğu təyyarə ölkəyə eniş etmədən geri döndü. Bundan sonra o, ailəsinin israrlı təkidləri ilə ABŞ-yə dönməkdən vaz keçdi. Bir müddət sonra Ukraynaya getdi, daha sonra Türkiyəyə geri döndü.

Həyatına Türkiyədə davam etmə qərarı alan Necati Şaşmaz Ankarada sığorta agentliyi açdı. Çox keçmədən qardaşı Raci Şaşmaz vasitəsilə Osman Sınavla iş görüşməsinə getdi. Ona bir filmin ssenari qrupunda iştirak etməsi təklifi gələcəyi ümidi ilə görüşməyə getdi. Osman Sınavın "Bir serial düşünürük, səni də baş rolda görməyi düşünürəm" sözlərini düşünmək istədiyini deyən Şaşmaz bir aydan sonra bu təklifi qəbul etdi.

Qurdlar Vadisi proyektinin həyatını tamamilə dəyişdirdiyini deyən Necati Şaşmaz şəxsi həyatının qalmadığını, "Məni sadəcə Ankarada adımla çağırırlar, İstanbulda hər kəs Polad deyir" sözləri ilə dilə gətirdi.

2009-cu ildə "Yazete" adlı bir xəbər saytı qurmuşdur.

Gəzi parkı etirazları üçün həll yolu axtaran hökumət sənətçilərin də içərisində olduğu bir heyəti qəbul etmiş, oda bu heyətdə Həsən Qaçan, Hülya Avşar kimi adlarla birlikdə yer almışdır. İclasdan sonra mətbuata verdiyi açıqlama mənasız görülmüş, "Twitter"də bəzi kütlələrin reaksiyasına səbəb olmuşdur.

O, 2 noyabr 2014-cü ildə serial çəkilişləri sırasında idarə etdiyi avtomobilin idarəetmədən çıxması nəticəsində yol qəzası keçirdi. Çənəsində sınıq olduğu aşkarlandı və əməliyyat edildi.

Şəxsi həyatı

2001-ci ildə iş üçün getdiyi ABŞ-də Slaire B. ilə evləndi, eyni ildə boşandı. 2004–2008-ci illərdə Yasəmin Öztürk ilə, 2010–2012-ci illərdə Nur Fettahoğlu ilə münasibətdə oldu. Qısa bir müddət sonra, 12 dekabr 2012-ci ildə Nagəhan Kaşıkçı ilə evləndi. Bu evlilikdən Əli Nadir və Yusif Emir adında iki oğlu oldu. 2019-cu ildə tərəflər mübahisəli boşanma üçün məhkəməyə müraciət etdilər.

2020-ci ilin oktyabr ayında həyat yoldaşı Nagəhan Kaşıkçı Necati Şaşmazı qeyri-qanuni yollarla dəlil topladığını əsas gətirərək 12 il həbs cəzası istəyərək məhkəməyə verdi. Qayınatası Əhməd Kaşıkçı da eyni səbəbdən Şaşmazı məhkəməyə verdi, lakin Şaşmaz məhkəmədən bəraət aldı. 2021-ci ildə boşanma işi yekunlaşdı.

Filmoqrafiya

Seriallar
İl Layihə Rol Qeydlər
2003-2005Qurdlar VadisiPolad ƏləmdarBaş rol
2005Çörək qayığıÖzü106-cı seriyada qonaq aktyor
2007Qurdlar Vadisi: TerrorPolad ƏləmdarBaş rol
2007-2016Qurdlar Vadisi: PusquBaş rol, prodüser, ssenarist
2011Xəlil İbrahim süfrəsiÖzü1-cu və 39-cu seriyalarda qonaq aktyor
2012Qurd qanunuƏnvər Paşa5-ci seriyada qonaq aktyor
2015Qara qutu
—
Prodüser
2019Nöbət
—
Prodüser, ssenarist, rejissor
Filmlər
İl Layihə Rol Qeydlər
2006Qurdlar Vadisi: İraqPolad ƏləmdarBaş rol
2011Qurdlar Vadisi: Fələstin
2017Qurdlar Vadisi: VətənBaş rol, prodüser, ssenarist
Verilişlər
İl Layihə Rol Qeydlər
2005 İbo Show Özü 9-cu buraxılışda qonaq
CNN Türk - Tərəfsiz Bölgə Qonaq
2006 32-ci gün 670-ci buraxılışda qonaq
2009 Saba Tümerlə Bu Gecə Qonaq
32-ci gün 782-ci buraxılışda qonaq
Bəyaz Show Qonaq
Sən Türkülərini Söylə
2010 Şəffaf Otaq
atv - Serial TV 31-ci buraxılışda qonaq
2011 Burada Laf Çox Qonaq
Sərxan Çağrı ilə Səyyarə
NTV
2012 Sırma İlə Bu gün
Əşrəf Vaxtı
2013 Qədir Çöpdəmir İlə Qoptu Gəlir
2017 Ağılda Qalan
2022 Mazhar Alanson İlə 28-ci buraxılışda qonaq
İbo Show 31-ci buraxılışda qonaq
Reklamlar
İl Şirkət Rol Qeydlər
2005 Siemens Mobile Özü
—
2010 Ukra City
—
2011 Özü Nur Fettahoğlu ilə

Mükafatları

İl Mükafatlandırma mərasimi Kateqoriya Proyekt Nəticə
2006"Tüketici 2006 Kalite Ödülleri"Ən Yaxşı Film AktyoruQurdlar Vadisi İraqQazandı
2011Burç Təhsil Qurumları tərəfindən 8-ci dəfə təşkil olunan "Burç İletişim" MükafatlarıƏn bəyənilən kişi aktyorQurdlar Vadisi: Pusqu
Əsənlər Bələddiyəsi tərəfindən təşkil olunan "Əsənlər Türkiyənin Ən Yaxşılarını Seçir" səsverməsiƏn Yaxşı Aktyor MükafatıQurdlar Vadisi: Fələstin
201225-ci Beynəlxalq "Tüketici Zirvesi" Mükafatlarıİlin Ən Yaxşı Kişi AktyoruQurdlar Vadisi: Pusqu
2013İstanbul İnkişaf Universiteti"Onur" mükafatı

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Necati Şaşmaz haqqında məlumat. Necati Şaşmaz nədir? Necati Şaşmaz nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    Partizan müharibəsi

  • Fevral 27, 2026

    Kipr Kilsəsi

  • Fevral 27, 2026

    Araba

  • Fevral 27, 2026

    Makedoniyalı Aleksandr

  • Fevral 27, 2026

    Vaş (medye)

Trend Mahnılar
  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst