Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Nağı Kərim oğlu Nağıyev 13 iyul 1910-cu ildə Culfa rayonunun Yaycı kəndində anadan olmuşdur. O, 1930-cu ildə Naxçıvan Pedaqoji Texnikomunu bitirmiş,1930–1941 il

Nağı Nağıyev

  • Ana Səhifə
  • Vikipediya
  • Nağı Nağıyev

Nağı Nağıyev (13 iyul 1910, Naxçıvan – 13 may 1981) — yazıçı, dramaturq.

Nağı Nağıyev
Nağı Kərim oğlu Nağıyev
Doğum tarixi 13 İyul 1910
Doğum yeri Naxçıvan, Naxçıvan qəzası, İrəvan quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 13 may 1981
Vəfat yeri Bakı, Azərbaycan
Həyat yoldaşı Güllü Nağıyeva
Uşağı 8 övladı
Fəaliyyəti yazıçı

Mündəricat

Həyatı

Nağı Kərim oğlu Nağıyev 13 iyul 1910-cu ildə Culfa rayonunun Yaycı kəndində anadan olmuşdur. O, 1930-cu ildə Naxçıvan Pedaqoji Texnikomunu bitirmiş,1930–1941 illərdə Ordubad və Babək rayonlarının kənd məktəblərində müəllimlik etmişdir.

Nağı Nağıyev 1935–1938 illərdə Azərbaycan Qiyabi Pedaqoji İnstitutunun Dil və ədəbiyyat fakültəsində təhsil almışdır.

Nağı Nağıyev 1942–1945 illərdə Azərbaycan KP Naxçıvan Vilayət Komitəsində mətbuat bölməsinin müdiri, 1946–1949 illərdə Naxçıvan Mətbuat İdarəsinin rəisi, 1949–1951 illərdə Naxçıvan Dövlət Radio Verilişləri Komitəsinin müdiri vəzifələrində çalışmışdır. O, 1945–1951 illərdə Azərbaycan Yazıçılar İttifaqı Naxçıvan filialının məsul katibi olmuşdur,

Nağı Nağıyev 1951-ci ildən ömrünün sonuna kimi Bakıda yaşamış, "Azərnəşr"də bədii ədəbiyyat şöbəsinin müdiri işləmişdir.

Nağı Nağıyev İkinci Dünya müharibəsi iştirakçısıdır.

Nağı Nağıyev 13 may 1981-ci ildə Bakıda vəfat etmişdir.

Yaradıcılığı

Nağı Nağıyev qırx ilə yaxın bədii yaradıcılıqla məşğul olmuşdur. O, üç səhnə əsərinin bir çox hekayə, oçerklərin və ilk irihəcmli əsəri olan "Həsrət" romanının müəllifidir.

"Həsrət" romanı Nağı Nağıyevin ilk irihəcmli əsəri olub, mövzusu kənd həyatından götürülmüşdür. "Yer altında" povesti Nağı Nağıyevin uzun illər ərzində Naxçıvan duz mədəni kollektivinin işi ilə tanışlığının məhsuludur. Konfiliktin həyatiliyi, bədii cəhətdən əsaslandırılması, surətlərin reallığı və inandırıcılığı povesti Nağı Nağıyevin ən yaxşı əsərlərindən biri etmişdir.

Onun "Qaynar bulaqlar", "Sumqayıtda", "Milyoner briqada", "Geoloqlar", "Püskürən dərə" adlı oçerklərində həyatın müxtəlif sahələri ilə maraqlanmış, müxtəlif peşə adamlarının həyatını qələmə almışdır.

Nağı Nağıyev tərcüməçilik fəaliyyəti ilə də məşğul olmuşdur. O, Andre Stilin, Aybəkin, A. T. Stuçenkonun, Cəlal İkraminin, M. Kolosnikovun, Bojena Nemtsovanın və başqa xarici yazıçıların əsərlərini Azərbaycan dilinə tərcümə etmişdir.

Əsərləri

  • Yer altında. Bakı, 1953.
  • Nişanə. Bakı, 1956.
  • Sumqayıtda. Bakı, 1959.
  • İki tale. Bakı, 1961.
  • Həsrət. Bakı, 1965.
  • Yaralı qız. Bakı, 1966.
  • Seçilmiş əsərləri. Bakı, 1967.
  • Seçilmiş əsərləri. Bakı, 1974.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Nağı Nağıyev haqqında məlumat. Nağı Nağıyev nədir? Nağı Nağıyev nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Altay Yusifoğlu

  • Fevral 27, 2026

    Oman imamlığı

  • Fevral 15, 2026

    Karib dənizi

  • Fevral 27, 2026

    İnşirah surəsi

  • Fevral 26, 2026

    Mərkəzi Frankoniya

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst