Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Dürrünəv Qadınəfəndi (15 mart 1835, Batomi – 4 dekabr 1895, Fəriyyə sarayı, İstanbul) — 32-ci Osmanlı sultanı Əbdüləzizin ilk xanımı.

Dürrünəv Qadınəfəndi

  • Ana Səhifə
  • Vikipediya
  • Dürrünəv Qadınəfəndi

Dürrünəv Qadınəfəndi (15 mart 1835, Batomi – 4 dekabr 1895, Fəriyyə sarayı, İstanbul) — 32-ci Osmanlı sultanı Əbdüləzizin ilk xanımı.

Dürrünəv Qadınəfəndi
Şəxsi məlumatlar
Doğum adı Melek Dziapş-İpa
Doğum tarixi 15 mart 1835(1835-03-15)
Doğum yeri
  • Batomi, Gürcüstan
Vəfat tarixi 4 dekabr 1895(1895-12-04) (60 yaşında)
Vəfat yeri
  • Fəriyyə sarayı, İstanbul
Dəfn yeri
  • Sultan Mahmud türbəsi
Atası Mahmud bəy
Anası Həlimə xanım
Həyat yoldaşı
  • Əbdüləziz
Uşaqları
  • Yusif İzzəddin Əfəndi,
  • Saliha Sultan

Mündəricat

Həyatı

Dürrünəv xanım 1835-ci ildə Batumidə əslən abxaz olan Mahmud bəy və Həlimə xanımın ailəsində dünyaya gəldi. Əsl adı Mələk olub, özündən başqa Ayşə və Aliyə adlı 2 bacısı da var idi. Gələcəkdə oğlu Yusif İzzəddin Əfəndini bacısı Ayşə xanımın qızı Cavidanla evləndirəcək, digər bacısı Aliyənin qızı Əminəni isə illər sonra saraya alaraq Şahzadə Mehmedlə (V Muradla) evləndirəcəkdi.

3 yaşlı Mələk və kiçik bacısı Ayşə İstanbula gətirildi və ailəsi tərəfindən Osmanlı sarayına təslim edildilər. Uzun sarı saçları və iri gözləri ilə sarayda çox tez sevilən Mələk bacısıyla birlikdə, Sultan Əbdülməcidin övladı olmayan xanımı Sərvətsəza xanım tərəfindən övladlığa götürüldü. Mələyin adı Dürrünəv, bacısı Ayşənin adı isə Kəmalifər olaraq dəyişdirildi. Sarayda türk-İslam tərbiyəsi alan bacılar eyni zamanda fransız dilini də öyrəndilər. Mükəmməl təhsil alan Dürrünəv xanım gənc yaşlarından rəsm çəkməyə başladı.

Çox keçmədən dövrün vəliəhdi Şahzadə Əbdüləzizin diqqətini cəlb etdi. Ancaq qızın analığı Sərvətsəza xanım bu nigaha qarşı çıxırdı. Nəhayət həm Sərvətsəza xanımın, həm də qızın ailəsinin razılığı alındıqdan sonra cütlük 20 may 1856 tarixində Dolmabağça sarayında evləndi. Dürrünəv xanımın bu nigahdan 2 övladı dünyaya gəldi: 1857-ci ildə oğlu Yusif İzzəddin Əfəndi və 1862-ci ildə Saliha Sultan.

Ərinin taxta çıxmasının ardından baş qadınəfəndi olaraq sarayda nüfuz qazandı. Bu illər ərzində rahat həyat yaşasa da, 1876-cı ildə baş verən çevriliş nəticəsində əri və bütün ailəsiylə birlikdə Fəriyə sarayında gözaltına alındılar. Sultan Əbdüləzizin devrildikdən 3 gün sonra 4 iyun tarixində müəmmalı şəkildə ölməsinin ardından Fəriyyə sarayında yaşamalarına icazə verildi. Uzun illər bu sarayda nəzarət altında yaşayan Dürrünəv xanım 4 dekabr 1892-ci ildə burada vəfat etdi. Cənazəsi Sultan Mahmud türbəsinə dəfn edildi.

Övladları

  • Yusif İzzəddin Əfəndi (d. 10 oktyabr 1857 — ö. 1 fevral 1916)
  • Fatma Saliha Sultan (d. 9 avqust 1862 — ö. 1941)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Dürrünəv Qadınəfəndi haqqında məlumat. Dürrünəv Qadınəfəndi nədir? Dürrünəv Qadınəfəndi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Yapon nərəsi

  • Fevral 27, 2026

    Fərqlənmə kursu

  • Fevral 27, 2026

    Aramid

  • Fevral 27, 2026

    Procyonidae

  • Fevral 27, 2026

    Fələq surəsi

Trend Mahnılar
  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst