Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Nazir Mürsəl oğlu Rüstəmov (12 aprel 1956, Ağcabədi) — Azərbaycan teatr və kino aktyoru, Azərbaycan Respublikasının əməkdar artisti (2017).

Nazir Rüstəmov

  • Ana Səhifə
  • Vikipediya
  • Nazir Rüstəmov

Nazir Mürsəl oğlu Rüstəmov (12 aprel 1956, Ağcabədi) — Azərbaycan teatr və kino aktyoru, Azərbaycan Respublikasının əməkdar artisti (2017).

Nazir Rüstəmov
Nazir Mürsəl oğlu Rüstəmov
Doğum tarixi 12 aprel 1956 (69 yaş)
Doğum yeri Ağcabədi, Azərbaycan SSR, SSRİ
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Fəaliyyəti aktyor
Mükafatları "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı

Mündəricat

Həyatı

Nazir Mürsəl oğlu Rüstəmov 12 aprel 1956-cı ildə Ağcabədidə anadan olub. İncəsənət İnstitutunun dram-kino rejissorluğu fakültəsində (1976-1980), Moskvada rejissorluq kurslarında təhsil alıb (1990-1991). 1982-1994-cü illərdə Ağdam Dövlət Dram Teatrında aktyor, rejissor, daha sonra isə bədii rəhbər vəzifəsində işləmişdir. Müxtəlif illərdə Sumqayıt Dövlət Musiqili Dram Teatrında, Füzuli Dövlət Dram Teatrında, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında, Azərbaycan Dövlət Dərbənd Dram Teatrında və Ukraynanın Donetsk Dövlət Dram Teatrında aktyor və rejissor olaraq fəaliyyət göstərmişdir.

2003-cü ildən Şuşa Dövlət Musiqili Dram Teatrında ikinci dərəcəli quruluşçu rejissor vəzifəsində çalışır. İşlədiyi müddətdə Sarı Zakir («Şuşa dağlarını duman bürüyüb», Elçin), Həmzə bəy («Dağılan tifaq», Əbdürrəhim bəy Haqverdiyev), Fətəli şah («Güllələnmiş heykəllərin fəryadı», Hüseynbala Mirələmov), Həsənzadə («Sən həmişə mənimləsən», İlyas Əfəndiyev), Yan («Anlaşılmazlıq», A.Kamyu). kimi xarakterik və yaddaqalan rollar da ifa etmişdir. Quruluş verdiyi tamaşalar: «Kamança» Cəlil Məmmədquluzadə, «Güllələnmiş heykəllərin fəryadı» Hüseynbala Mirələmov, «Sən həmişə mənimləsən», İlyas Əfəndiyev, «Təklif» Anton Çexov, «Durna» Səid Rüstəmov və Süleyman Rüstəm, «Meymunun dəfni» Nurəddin Qənbər, «Anlaşılmazlıq», A.Kamyu.

2005-ci ildə hazırladığı və Vasili Vasilyeviç Svetlovidov rolununda çıxış etdiyi Anton Pavloviç Çexovun «Qu quşunun nəğməsi» tamaşası Azərbaycan Teatr Xadimləri İttifaqının keçirdiyi «Boş məkanın dolğunluğu» teatr festivalında «Bədii əsərin ən yaxşı səhnə təcəssümü» nominasiyasında diplomla təltif edilmişdir.

120-dən çox tamaşada rol almış Nazir Rüstəmov həmçinin şair kimi fəaliyyət göstərir və şeirlər yazır.

9 mart 2017-ci ildə Azərbaycanın Əməkdar artisti fəxri adına layiq görülmüşdür. 2017-ci ildə Cəfər Cabbarlı mükafatına layiq görülmüşdür.

Filmoqrafiya

  1. Həm ziyarət, həm ticarət... (film, 1995)
  2. Ah, ədalət!
  3. Bəsdir, ağlama! (film, 1999)
  4. Çinarlı şəhərin generalları. Birinci film (film, 1999)
  5. Günaydın, mələyim! (film, 2008)
  6. Seçilən (film, 2008)
  7. Cavad xan (film, 2009)
  8. Qaydasız döyüş (film, 2009)
  9. Qardaşımdan yaxşısı yox idi (film, 2010)
  10. Heydər Əliyev (film)
  11. Sarıköynəklə Valehin nağılı (film, 1980)
  12. Ondan yaxşı qardaş yox idi (film, 2011)
  13. Döngələr (teleserial, 2012)
  14. Toy gecəsi (serial, 2013)
  15. Həyat sən nə qəribəsən (teleserial, 2013)
  16. Zamanla yaşayan sənətkar. Cahangir Zeynalov (film, 2016)
  17. Səni ürəyim sevdi (teleserial)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Nazir Rüstəmov haqqında məlumat. Nazir Rüstəmov nədir? Nazir Rüstəmov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Oliqopoliya

  • Fevral 26, 2026

    Filosof

  • Fevral 27, 2026

    Lesoto bayrağı

  • Fevral 26, 2026

    Kobe

  • Fevral 24, 2026

    Qara İsgəndər

Trend Mahnılar
  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst