Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Nazim Məmməd oğlu Hacıbəyov (8 fevral 1928, Bakı – 23 mart 2020, Bakı) — Azərbaycan memarı, Azərbaycan SSR əməkdar arxitektoru (1979), Azərbaycan SSR Dövlət mük

Nazim Hacıbəyov

  • Ana Səhifə
  • Vikipediya
  • Nazim Hacıbəyov

Nazim Məmməd oğlu Hacıbəyov (8 fevral 1928, Bakı – 23 mart 2020, Bakı) — Azərbaycan memarı, Azərbaycan SSR əməkdar arxitektoru (1979), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1982).

Nazim Hacıbəyov
Şəxsi məlumatlar
Doğum tarixi 8 fevral 1928
Doğum yeri Bakı, Bakı qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi 23 mart 2020 (92 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Anası Cahan Talışinskaya
İşləri və nailiyyətləri
Əsas tikililəri Gülüstan sarayı
Mükafatları
  • "Azərbaycan SSR əməkdar arxitektoru" fəxri adı — 1979 Azərbaycan SSR Dövlət mükafatı — 19821982
  • "Şöhrət" ordeni — 20002000

Mündəricat

Həyatı

Nazim Məmməd oğlu Hacıbəyov 1928-ci il fevral ayının 8-də Bakıda anadan olmuşdur. Onun atası Məmməd Hacıbəyov, anası isə Cahan Talışinskayadır.

1951-ci ildə Daşkənddə Orta Asiya Politexnik İnstitutunu (Daşkənd Politexnik İnstitutu) bitirmişdir. 1950–1960-cı illərdə Özbəkistan SSR-də işləmiş, onun layihəsi ilə Daşkənddə "Cağatay" istirahət evi, Fərqanədə "Fərqanə" mehmanxanası, Kislovodskda "Özbəkistan" sanatoriyası və s. binalar tikilmişdir.

XX əsrin 60-cı illərinin axırlarından Bakıda işləmişdir. 1970–1983-cü illərdə Bakı şəhərinin planlaşdırılması və Mülki-Mənzil Tikintilərinin Layihə İnstitutunun ("Bakıdövlətlayihə") direktoru, 1983-cü ildən Azərbaycan Memarlar İttifaqı İdarə Heyəti sədrinin birinci müavini olmuşdur. Əhmədli yaşayış massivinin tikintisi (müştərək layihə;1970–1972), Bakıda "Gülüstan" sarayı kompleksi (müştərək layihə; 1980) əsas işlərindəndir.

Nazim Hacıbəyov 1956-cı ildən Azərbaycan Memarlar İttifaqının üzvü olmuşdur.

2020-ci il martın 23-də vəfat edib.

Təltif və mükafatları

  • "Azərbaycan SSR əməkdar arxitektoru" fəxri adı — 5 dekabr 1979
  • Azərbaycan SSR Dövlət mükafatı — 1982 (Gülüstan sarayının layihəsinə görə)
  • "Şöhrət" ordeni — 19 aprel 2000
  • Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 5 iyul 2003-cü ildən

Xatirəsi

24 fevral 2023-cü il tarixində Azərbaycan Memarlar İttifaqında Azərbaycanın Əməkdar memarı, “Şöhrət” ordeni kavaleri, Prezident təqaüdçüsü Nazim Hacıbəyovun xatirə gecəsi keçirilib. Gecəni Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbay Qasımzadə açaraq Nazim müəllimlə şəxsi tanışlığı ilə bağlı səmimi xatirələrini bölüşüb. Çıxış edənlər arasında Azərbaycanın Əməkdar memarları Afis Əmirxanov, Feyzulla Quliyev, Zülfüqar Məmmədov və müxtəlif illərdə görkəmli memarla birgə çalışmış bir çox insanlar vardı. Afis Əmirxanov öz çıxışında Nazim Hacıbəyovla “Gülüstan” sarayının layihəsi üzərində birgə işləməsindən və bu layihəyə görə Dövlət mükafatına layiq görülməsindən danışdı. O qeyd etdi ki, binanın layihələndirilməsi zamanı onlar yerli inşaatın klassik üslubunu rəhbər tutmuşdular.

Həmçinin bax

  • Talışxanovlar

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, nazim hacıbəyov sözünün mənası, nazim hacıbəyov haqqında məlumat. nazim hacıbəyov nədir? nazim hacıbəyov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Saib Təbrizi

  • Mart 01, 2026

    Mantophasmatodea

  • Fevral 24, 2026

    Bebras müsabiqəsi

  • Fevral 27, 2026

    Xocalı şəhəri

  • Fevral 27, 2026

    Seyhan

Trend Mahnılar
  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Mart 06, 2026

    Lord Vertigo & Sevinc Urek - Umrumda Deyil 2026 ( Yeni Klip )

  • Mart 04, 2026

    Röya x İsmail Zade — Nankor (Rəsmi Audio)

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst