Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Nana Gigiyevna Corcadze (gürc. ნანა ჯორჯაძე;; 24 avqust 1948 və ya 24 avqust 1950, Tbilisi, Gürcüstan SSR, SSRİ) — Gürcü aktrisası, kinorejissoru, ssenaristi, r

Nana Corcadze

  • Ana Səhifə
  • Vikipediya
  • Nana Corcadze

Nana Gigiyevna Corcadze (gürc. ნანა ჯორჯაძე;; 24 avqust 1948 və ya 24 avqust 1950, Tbilisi, Gürcüstan SSR, SSRİ) — Gürcü aktrisası, kinorejissoru, ssenaristi, rəssamı, müəllimi, Kann Film Festivalının mükafatçısı, Oskar mükafatına namizəd.

Nana Gigiyevna Corcadze
gürc. ნანა ჯორჯაძე
Doğum adı ნანა ჯორჯაძე
Doğum tarixi 24 avqust 1948(1948-08-24) (77 yaş) və ya 24 avqust 1950(1950-08-24) (75 yaş)
Doğum yeri
  • Tbilisi, Gürcüstan SSR, SSRİ
Həyat yoldaşı
  • İrakli Kvirikadze
Fəaliyyəti rejissor, kinorejissor, ssenarist, film ssenaristi[d], aktrisa, kino aktrisası, kinematoqraf[d], pedaqoq
Fəaliyyət illəri 1978-ci ildən
Təhsili
  • Tbilisi Dövlət Rəssamlıq Akademiyası,
  • Tbilisi Dövlət Universiteti
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Nana Corcadze 2021-ci ildə Sürixdə

Nana Corcadze 1948-ci ildə Tbilisidə anadan olub. Öz sözləri ilə desək, o, təyyarədə doğulub, damda böyüyüb. O, yaxşı gürcü ailəsindən idi, gəncliyində hippi hərəkatını sevirdi, tez-tez evdən qaçır və qatarlarda avtostop və "dovşan" ilə Sovet İttifaqını gəzirdi.

Nana Corcadze 1966-cı ildə musiqi texnikumunu, 1972-ci ildə Tbilisi Rəssamlıq Akademiyasının memarlıq fakültəsini şəhərsalma ixtisası üzrə bitirmişdir. Nana Corcadze 1968–1974-cü illərdə memar kimi çalışmışdır.

1974-cü ildə o, Tbilisi Dövlət Teatr İnstitutunun kino rejissorluğu fakültəsinə daxil olur. Fakültədə Nana təzə qurulan Tengiz Abuladze və İrakli Kvirikadzenin sənət emalatxanasının ilk tələbələrindən olur. O elə burda tanış olduu İrakli Kvirikadze ilə ailə qurur.

N.Corcadze 1977-ci ildən kinoda çəkilməyə başlayır. Corcadze bəzi filmlərində rəssam və geyim rəssamı kimi də iştirak edir. O, aktrisa kimi bir sıra filmlərdə rol alıb. Bu filmlərdən olan "Robinsonada, ya da mənim ingilis babam" (1987) filminə görə o, 40-cı Kann Film Festivalında "Qızıl kamera" mükafatına layiq görülüb.

1991–1995-ci illərdə əri İrakli Kvirikadze ilə birlikdə Sergey Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunda rejissor emalatxanasına rəhbərlik etmişdir. Nana Corcadze 1994-cü ildən Avropa Kino Akademiyasının üzvüdür.

Nana Corcadze 1995-ci ildən Almaniya və Rusiyada yaşayır. O, Rusiya, Fransa və Almaniyada aktiv yaradıcılıqla məşğul olur.

Pyer Rişarla birlikdə baş rolda oynadığı "Sevgidə olan kulinariya üçün min bir resept" (1996) komediyası "Ən yaxşı xarici dildə film" nominasiyasında Oskar mükafatına namizəd olmuşdur.

Corcadze 2002-ci ildə XII "İnsanlara Mesaj" Beynəlxalq Kino Festivalının münsiflər heyətinin sədri olub.

2017-ci ildə Nana Corcadze Amerika Kino Sənəti Akademiyasına qoşulmaq üçün dəvət alıb..

Nana Corcadze kino karyerası ərzində ümumilikdə aktrisa kimi beş filmə çəkilmiş, on üç filmin rejissoru olmuş, dörd bədii filmə ssenari yazmışdır.

Ailəsi

  • Keçmiş əri (1974-cü ildən 2010-cu ilə qədər) — rejissor İrakli Kvirikadze (1939-cu il təvəllüdlü). Tbilisi Dövlət Teatr İnstitutunun kinorejissorluq fakültəsində Corcadzenin müəllimi olub. Öz etirafına görə — "Müəllimlə ailə həyatı qurdum. Oktyabrın 2-də dərslər başladı, 27-də isə artıq evlənmişdik. Qasırğalı romantikamız 25 gün davam etdi və artıq 35 ildir davam edir ".
  • Oğulları — Mixail və Buba.

Mükafatları

  • Gürcüstan Lenin Komsomolu mükafatı (1982).
  • Kann kinofestivalında ən yaxşı debüt nominasiyasında "Qızıl Kamera" mükafatı (1987).

Əbəbiyyat

  • Mikaberidze, Alexander (ed., 2007). Jorjadze, Nana. Dictionary of Georgian National Dictionary. Retrieved on December 9, 2007.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Nana Corcadze haqqında məlumat. Nana Corcadze nədir? Nana Corcadze nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Quyu

  • Fevral 27, 2026

    Liolemidlər

  • Fevral 27, 2026

    Orson Uells

  • Fevral 27, 2026

    Repo

  • Fevral 27, 2026

    Pinus ponderosa

Trend Mahnılar
  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst