Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Biogen çöküntülər canlı orqanizmlərin həyat fəaliyyəti ilə əlaqədar olaraq əmələ gələn, biogen mənşəli üzvi maddədən, yaxud mineral skelet qalıqlarından təşkil

Biogen

  • Ana Səhifə
  • Vikipediya
  • Biogen

Biogen — ölü canlıların çürüməsindən əmələ gəlmiş maddə.

Mündəricat

Biogen çöküntülər

Biogen çöküntülər canlı orqanizmlərin həyat fəaliyyəti ilə əlaqədar olaraq əmələ gələn, biogen mənşəli üzvi maddədən, yaxud mineral skelet qalıqlarından təşkil olunmuş çöküntülər. Dəniz və okeanların biogen çöküntülər silisium və karbonat tərkibli olur; üstünlük təşkil edən çöküntü əmələ gətirən orqanizm qruplarına görə onlara ad verilir. Müasir Biogen çöküntülər okean dibinin yarıdan çox hissəsini örtür. Kontinental (göl, çay, bataqlıq) biogen çöküntülər sapropel və torflardan, həmçinin diatomalı göl lillərindən və qabıq əhəngdaşlarından ibarətdir.

Biogen proseslər

1. Mineralogiya və geologiyada orqanizmlərin bilavasitə iştirakı ilə mineral və süxur əmələgəlmə prosesləri. Məsələn: onların həyat fəaliyyəti nəticəsində (kalsit və ya opaldan ibarət skelet və ya qabıqların, riflərin) yaxud üzvi qalıqların dəyişməsi nəticəsində (kömür və b.) əmələ gəlməsi.

2. Geomorfologiyada morfogenetik əhəmiyyətli orqanizmlərin fəaliyyəti. Nəticədə, həm Yer səthində süxurların yumşalması və kimyəvi tərkibinin dəyişməsi (torpaqəmələgəlmə), həm də mikrorelyef formalarının yaranması (tundra təpəcikləri, torf relyefi və b.).

Biogen tekstur

Biogen tekstur qumlu, alevritli, gilli, karbonatlı süxurlarda müşahidə edilən və mənşəyinə görə çöküntütoplanma prosesində müxtəlif orqanizmlərin həyat fəaliyyəti ilə bağlı olan tekstur. Orqanizmlərin həyat fəaliyyətinin izləri qazıntı halında lilə gömülən və ya lilyeyənlərin (xərçəngəbənzərlər, qurdlar, molyusklar, çiyinayaqlılar və b.) ilkin təbəqəliliyi pozması və laylanma müstəvisinə normal və ya çəp yerləşmiş müxtəlif yuva, borucuq və fukoidlər şəklində mühafizə olunur. Yuvacıq və borucuqlar bu heyvanların ifrazat məhsulları və sonradan çökmüş çöküntü ilə dolur.

Həmçinin bax

  • Canlı orqanizmlər
  • Üzvi maddələr
  • Çöküntülər

Ədəbiyyat

  • Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Biogen haqqında məlumat. Biogen nədir? Biogen nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Linzalar

  • Fevral 23, 2026

    Xətkeş

  • Fevral 27, 2026

    Qida

  • Fevral 27, 2026

    Mukalla

  • Fevral 23, 2026

    15 noyabr

Trend Mahnılar
  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst