Dr. Nərgiz Akif qızı Qurbanova (1975) — azərbaycanlı diplomat; Azərbaycanın Bolqarıstanda (2016–2021) və Polşada Fövqəladə və Səlahiyyətli Səfiri (2021—h.h.).
| Nərgiz Qurbanova | |
|---|---|
| |
Vəzifədədir | |
| 8 yanvar 2021-ci ildən | |
| Prezident | İlham Əliyev |
| Əvvəlki | Həsən Həsənov |
| 12 yanvar 2016 – 8 yanvar 2021 | |
| Prezident | İlham Əliyev |
| Əvvəlki | Emil Kərimov |
| Sonrakı | Hüseyn Hüseynov |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 1975 (50–51 yaş) |
| Təhsili |
|
| Fəaliyyəti | siyasətçi, diplomat |
| | |
| Təltifləri | |
Həyatı
Nərgiz Qurbanova 1975-ci ildən anadan olub.
Nərgiz Qurbanova 1990–1994-cü illərdə Bakı Dövlət Universitetində (BDU) "Beynəlxalq münasibətlər" ixtisası üzrə ali təhsil alıb. 1995–1997-ci illərdə həmin universitetdə "Beynəlxalq münasibətlər" ixtisası üzrə magistr dərəcəsi alan Nərgiz Qurbanova, 1997–1999-cu illərdə Qərb Universitetində "Beynəlxalq menecment" ixtisası üzrə də magistr dərəcəsi alıb.
Nərgiz Qurbanova həm də Fransanın Nitsa Universitetində "Beynəlxalq hüquq" üzrə, İsveçin Yonçopinq Universitetində "Beynəlxalq biznes" üzrə təhsil alıb. 2014-cü ildə Avstriyanın Vyana Universitetində fəlsəfə üzrə doctor dərəcəsi alıb. İngilis, rus və fransız dillərində sərbəst danışır.
Nərgiz Qurbanova ailəlidir. Bir oğlu var.
Fəaliyyəti
Nərgiz Qurbanova 2001–2010-cu illərdə Xarici İşlər Nazirliyində İqtisadi Əməkdaşlıq və İnkişaf İdarəsində müxtəlif vəzifələrdə çalışıb. Həmçinin 2004–2007-ci illərdə Azərbaycanın Avstriya səfirliyində, 2010–2013-cü illərdə isə Azərbaycanın ABŞ səfirliyində çalışıb.
Nərgiz Qurbanova Azərbaycan Prezidenti İlham Əliyevin 12 yanvar 2016-cı il tarixli 1678 nömrəli Sərəncamına əsasən Azərbaycanın Bolqarıstanda Fövqəladə və Səlahiyyətli Səfiri vəzifəsinə təyin edildi. 5 il sonra isə o, İlham Əliyevin 8 yanvar 2021-ci il tarixli Sərəncamı ilə Azərbaycanın Bolqarıstanda Fövqəladə və Səlahiyyətli Səfiri vəzifəsindən azad edildi.
Azərbaycan Prezidenti İlham Əliyevin 8 yanvar 2021-ci il tarixli Sərəncamına əsasən Azərbaycanın Polşada Fövqəladə və Səlahiyyətli Səfiri vəzifəsinə təyin edildi.
Təltifləri
(2009) — "Azərbaycan diplomatik xidmət orqanlarının 90 illiyi (1919-2009)" yubiley medalı
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Nərgiz Qurbanova haqqında məlumat. Nərgiz Qurbanova nədir? Nərgiz Qurbanova nə deməkdir?