Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Nəşə Təbrizi (XVII əsr, Təbriz, Cənubi Azərbaycan, Səfəvilər – 1775, Təbriz, Təbriz xanlığı) — XVIII əsrdə Təbrizdə doğulub yaşamış azərbaycanlı şair. O, həm də

Nəşə Təbrizi

  • Ana Səhifə
  • Vikipediya
  • Nəşə Təbrizi

Nəşə Təbrizi (XVII əsr, Təbriz, Cənubi Azərbaycan, Səfəvilər – 1775, Təbriz, Təbriz xanlığı) — XVIII əsrdə Təbrizdə doğulub yaşamış azərbaycanlı şair. O, həm də Nadir şahın saray şairi olub.

Nəşə Təbrizi
Doğum tarixi XVII əsr
Doğum yeri
  • Təbriz, Cənubi Azərbaycan, Səfəvilər
Vəfat tarixi 1775(1775)
Vəfat yeri
  • Təbriz, Təbriz xanlığı
Fəaliyyəti şair

Mündəricat

Haqqında

Əbdürrəzzaq Nəşə Təbrizi XVII əsrin sonunda Təbriz şəhərində anadan olub. Qaraqoyunlu Cahanşahın nəslindən olub. Nadir şahın yürüşlərində iştirak edib.

Yaradıcılığı

Nəşə Təbrizi Nadir şahın saray şairi olub. Azərbaycan və fars dillərində qəzəllər yazırdı. Saib Təbrizinin davamçısı, "hind üslubu"nun nümayəndəsi olub. Bir çox qəsidələri Nadir şahın göstərişi ilə müəyyən tarixi hadisələrə həsr edilib. 1743-cü ildə Nadir şah İmam Əlinin İraqın Nəcəf şəhərində olan türbəsinin günbəzini bərpa edərək minarəsi ilə birgə qızıllayanda şair Azərbaycan türkcəsində bu hadisəyə şeir həsr edir. Həmin şeiri türbənin əsas qapısının üstündə həkk ediblər.

Şairin divanı Topqapı Sarayı Muzeyində saxlanılır. 1763-cü ildə köçürülmüş bu divanda onun Azərbaycan türkcəsində 3 qəsidə, 6 qəzəl ümumilikdə isə 128 beyt var.

Ölüm tarixi ilə bağlı bəzi fikirlər olsa da Məhəmmədəli Hüseyni və Məhəmməd Əmin Riyahiyə görə Nəşə Təbrizi 1775-ci ildə Təbrizdə vəfat edib.

Ədəbiyyat

  • Paşa Kərimov. XVIII əsr azərbaycan şairi Nəş’ə Təbrizi və onun türkdilli ədəbi irsi. Bakı. 2020.
  • Paşa Kərimov. Nəş’ə Təbrizi (PDF). Bakı. 2023.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Nəşə Təbrizi haqqında məlumat. Nəşə Təbrizi nədir? Nəşə Təbrizi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Boz qarğa

  • Fevral 27, 2026

    Arqo

  • Fevral 27, 2026

    Bankomat

  • Fevral 27, 2026

    Manihot

  • Fevral 27, 2026

    Qasımlı (Ağdam)

Trend Mahnılar
  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst