Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Nüşabə Rəşid qızı Babayeva-Vəkilova — Azərbaycan alimi, Filologiya üzrə fəlsəfə doktoru, dosent. Azərbaycanın xalq şairi Vaqif Səmədoğlunun həyat yoldaşı, Səməd

Nüşabə Babayeva-Vəkilova

  • Ana Səhifə
  • Vikipediya
  • Nüşabə Babayeva-Vəkilova

Nüşabə Rəşid qızı Babayeva-Vəkilova — Azərbaycan alimi, Filologiya üzrə fəlsəfə doktoru, dosent. Azərbaycanın xalq şairi Vaqif Səmədoğlunun həyat yoldaşı, Səməd Vurğun Muzeyinin sabiq rəhbəri (2015–2022), Vaqif Səmədoğlu Mərkəzinin təsisçisi və rəhbəri (2019-cu ildən).

Nüşabə Babayeva-Vəkilova
Vaqif Səmədoğlu Mərkəzinin sədri
Vəzifədədir
2019-cu ildən
    Səməd Vurğun Muzeyinin rəhbəri
    2015 – 2022
    Şəxsi məlumatlar
    Doğum yeri Bakı, Azərbaycan
    Həyat yoldaşı Vaqif Səmədoğlu
    Elmi fəaliyyəti
    Elmi dərəcələri Alim, Filologiya üzrə fəlsəfə doktoru
    Elmi adı Dosent

    Təltifləri
    Nizami Gəncəvi adına Qızıl medal

    Həyatı və fəaliyyəti

    Nüşabə Babayeva-Vəkilova Bakıda anadan olmuşdur. O, 190 nömrəli məktəbdə təhsil almış, daha sonra ADU-nun (indiki Bakı Dövlət Universiteti) şərqşünaslıq fakültəsinin fars bölməsini bitirmişdir. Təhsilini başa vurduqdan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunda fəaliyyətə başlamışdır. 1978–1981-ci illərdə AMEA Şərqşünaslıq İnstitutunun əyani aspiranturasında təhsil almış, "Cənubi Azərbaycan maarifçilərinin ictimai-siyasi baxışları" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək fəlsəfə elmləri namizədi (fəlsəfə doktoru) elmi dərəcəsini qazanmışdır. O, "Cənubi Azərbaycan maarifçiləri" adlı monoqrafiyanın müəllifidir. 1985–1987-ci illərdə Nüşabə Babayeva-Vəkilova Əfqanıstanda tərcüməçi kimi çalışmış, 1981–2000-ci illərdə isə əmək fəaliyyətini AMEA Şərqşünaslıq İnstitutunda davam etdirmişdir. 2000–2015-ci illər ərzində Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti olmuşdur. Nüşabə Babayeva-Vəkilova şair, dramaturq və ictimai xadim Vaqif Səmədoğlunun həyat yoldaşıdır. O, Vaqif Səmədoğlunun "Mən burdayam, İlahi…" (1996; 2005), "Uzaq yaşıl ada" (1999; 2006), "Sandığ şeirləri" (2016), "Poemalar" (2022) şeirlər toplusunun, iki cildlik "Dramaturgiya" (2014), aforizmlər kitabının (2013) və "[Gürzəçöl yazıları]" (pritçalar) (2016) nəşrlərinin tərtibatçısı və redaktorudur. Onun tərtib etdiyi şeirlər kitabları fransız (2017), polyak (2018) və serb (2022) dillərində də çap olunmuşdur. Həmçinin o, Vaqif Səmədoğlu haqqında materiallardan ibarət "Şair və Zaman" (2010) kitabını hazırlayıb nəşr etdirmişdir. 2022-ci ildə müəllifi olduğu "Mən sənin yuxunam" adlı xatirə kitabı işıq üzü görmüşdür. 2015–2022-ci illərdə Nüşabə Babayeva-Vəkilova Səməd Vurğunun Ev Muzeyinin direktoru olmuşdur. Bu müddətdə muzeydə Xalq yazıçısı Yusif Səmədoğlunun, Xalq şairi Vaqif Səmədoğlunun ekspozisiyalarını, həmçinin Xavər Vəkilova və Aybəniz Vəkilovanın guşələrini yaratmış, muzey fondunu yeni eksponatlarla zənginləşdirmişdir. O, Qazax şəhərindəki "Poeziya evi"nin təkmilləşdirilməsi işində də iştirak etmişdir. Nüşabə Babayeva-Vəkilova Vaqif Səmədoğlu medalı və Nizami Gəncəvi medalı ilə təltif olunmuşdur.

    vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Nüşabə Babayeva-Vəkilova haqqında məlumat. Nüşabə Babayeva-Vəkilova nədir? Nüşabə Babayeva-Vəkilova nə deməkdir?

    ←Növbəti YazıƏvvəlki Yazı→
    Ən Oxunanlar - Vikipediya
    • Fevral 23, 2026

      21 yanvar

    • Fevral 27, 2026

      Slayer

    • Fevral 27, 2026

      Hind çayı

    • Fevral 27, 2026

      Kolçak hökuməti

    • Fevral 27, 2026

      Himn

    Trend Mahnılar
    • Fevral 17, 2026

      Xumar Qedimova - Dünya

    • Fevral 17, 2026

      Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

    • Fevral 21, 2026

      Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

    • Fevral 17, 2026

      Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

    • Fevral 24, 2026

      Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

    Studia

    • Vikipediya
    • Musiqi

    Xəbər Bülleteni Abunəliyi

    Əlaqə Saxlayın
    Bizimlə Əlaqə
    © 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
    Müəllif hüquqları: Dadash Mammadov
    Üst