Nökər (mold. нөхөр; mənası – dost, yoldaş) — XI–XII əsrlərdə Monqolustanda feodal münasibəylərinin yarandığı dövrdə əyanların silahlı dəstəsinin üzvləri.
Tarixi
XIII əsrin əvvəllərindən monqol xanlarının (Çingiz xan və b.) şəxsi qvardiyasını təşkil etmişdir. Nökərlərdən müharibə vaxtı döyüşçü, dinc dövrdə isə keşikçi, "ev qulluqçusu" kimi istifadə olunmuşdur. Onlar igid və sadiq döyüşçülər idilər. Çingiz xanın ən görkəmli generallarının çoxu nökər idi. XIV əsrdən nökər ifadəsi Azərbaycanda, İranda və Mərkəzi Asiyada "xidmətçi", "qulluqçu" mənasında işlədilmişdir.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, nökər (monqolustan) sözünün mənası, nökər (monqolustan) haqqında məlumat. nökər (monqolustan) nədir? nökər (monqolustan) nə deməkdir?