Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

"Məzəli" juranlı (az.-əski. مه‌زه‌لی‎) — 1914–1915-cu illərdə Bakıda çıxan həftəlik ictimai, siyasi, satirik jurnal. Naşiri və redaktoru Haşım bəy Vəzirov idi.

Məzəli (jurnal)

  • Ana Səhifə
  • Vikipediya
  • Məzəli (jurnal)

"Məzəli" juranlı (az.-əski. مه‌زه‌لی‎) — 1914–1915-cu illərdə Bakıda çıxan həftəlik ictimai, siyasi, satirik jurnal. Naşiri və redaktoru Haşım bəy Vəzirov idi.

Məzəli
az.-əski. مه‌زه‌لی‎
Baş redaktor
  • Haşım bəy Vəzirov
Təsis tarixi 27 dekabr 1914 (9 yanvar 1915)
Nəşrini dayandırıb 17 (30) oktyabr 1915
Qərargah
  • Bakı
Dil Azərbaycan dili
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Tarixi

"Məzəli" jurnalı 1914-cü ilin dekabrın 27-də nəşrə başlamış, 1915-ci il oktyabrın 17-də nəşrini dayandırmışdır. Jurnal Bakıda Azərbaycan türkcəsində nəşr edilirdi. Jurnalın əsas materiallarını redaktor özü yazırdı. 25-ci sayına kimi naşiri və redaktor Haşım bəy Vəzirov, 25–37 saylarında müvəqqəti müdiri Hacı İbrahim Qasımov, sonra isə yenidən müdir və naşiri Haşım bəy Vəzirov olmuşdur. H.Vəzirov "Kefim gələndə" sərlövhəli "Birisi" imzalı felyetonlar ilə məşhur olmuşdur. "Məzəli"nin 42 nömrəsi çapdan çıxmışdır.

Mövzusu

"İndi də Sabunçu hacıları öz xoruzların döyüşdürürlər" (№ 15, 11 aprel 1915-ci il). Rəssam: Əzim Əzimzadə

"Keyfim gələndə" ümumi başlığı altında yazdığı felyetonlar oxucular arasında geniş yayılmışdı. Jurnalda yalançı mollalar, fırıldaqçı hacılar, məşədilər, pulpərəst, özgə malında gözü olan adamlar kəskin tənqid olunurdu. "Məzəli" jurnalı da əsas tənqid üsulunu "Molla Nəsrəddin"ə bənzədirdi. Zarafat, sözü eyhamla demək əsas tənqid üsulu idi. Müharibə dövrünün ziddiyyətli məsələləri də jurnalda öz əksini tapırdı.

"Məzəli"nin ideya-ictimai məsləki və qabaqcıl mövqeyi ilk sayındakı proqram səciyyəli "Yolumuz" məqaləsində öz əksini tapmışdır. "Məzəli"də Ə.Nəzmi, Ə.Qəmküsar, C.Əsgərzadə, Ə.Müznib, Ə.Razi, B.Seyidzadə və b. iştirak etmişlər. Ə.Əzimzadənin jurnal üçün çəkdiyi 100-dən artıq karikaturada "Molla Nəsrəddin" jurnalının ənənələri təbliğ edilmişdir. "Məzəli" imperialist müharibəsinin törətdiyi dəhşətləri, ictimai ədalətsizliyi, qadın hüquqsuzluğunu ifşa etmiş, mətbuat, ədəbiyyat, teatr məsələlərini işıqlandırmış, savadsızlığın ləğvi və ana dilinin saflığı uğrunda mübarizə aparmışdır. "Molla Nəsrəddin" ədəbi üslubu ilə yazılmış "Seyahətnameyi-Çaqqulu bəy" və "Qarabağ səyahətnaməsi"ndə ictimai haqsızlıq tənqid olunmuşdur.

Həmçinin bax

  • Azərbaycan mətbuatı
  • Arı (jurnal)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Məzəli (jurnal) haqqında məlumat. Məzəli (jurnal) nədir? Məzəli (jurnal) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Bakı yeparxiyası

  • Fevral 28, 2026

    Hacı Qəhrəmanlı

  • Fevral 27, 2026

    Savromatlar

  • Mart 01, 2026

    Chenopodioideae

  • Fevral 28, 2026

    Caya dağı

Trend Mahnılar
  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst