Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Hacıqəhrəmanlı — Azərbaycan Respublikasının Şirvan şəhərinin Hacıqəhrəmanlı qəsəbə inzibati ərazi dairəsində qəsəbə.. Yaşayış məntəqəsini 1870-ci ildə burada ot

Hacı Qəhrəmanlı

  • Ana Səhifə
  • Vikipediya
  • Hacı Qəhrəmanlı

Hacıqəhrəmanlı — Azərbaycan Respublikasının Şirvan şəhərinin Hacıqəhrəmanlı qəsəbə inzibati ərazi dairəsində qəsəbə.. Yaşayış məntəqəsini 1870-ci ildə burada oturaqlaşmış hacıqəhrəmanlı nəsli saldığına görə belə adlandırılmışdır

Qəsəbə
Hacıqəhrəmanlı
39°52′45″ şm. e. 48°55′37″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Region Şirvan-Salyan iqtisadi rayonu
Şəhər Şirvan
Tarixi və coğrafiyası
Sahəsi
  • 895,12 ha
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi
  • 2.300 nəf. (2011)
Rəsmi dili
  • Azərbaycan dili
Xəritəni göstər/gizlə
Hacıqəhrəmanlı xəritədə
Hacıqəhrəmanlı
Hacıqəhrəmanlı

Mündəricat

Haqqında

Azərbaycan, Şirvan şəhəri

Hacıqəhrəmanlı qəsəbəsi Kür çayının Şirvan şəhəri sahilində düzən sahədə yerləşir. Qəsəbədə yaşlı sakinlərin dediyinə görə Qəhrəman kişi ötən əsrin əvvəllərində öz qohum-əqrəbaları ilə birlikdə Şamaxıdan köçmüş, burada məskən salmışlar. Qəhrəman kişi Məkkə ziyarətinə gedib qayıdıb. O vaxtdan qəsəbə onun şərəfinə "Hacı Qəhrəmanlı" adlandırılıb. 1950-ci illərə qədər qəsəbədə 30–40 ev olub. 1950–1970-ci illər arasında ərazi cəhətdən Salyan və Sabirabad rayonlarının tərkibinə daxil olub. 1970-ci ildən Əli Bayramlı şəhərinə verilib. 1975-ci ildə Əli Bayramlı şəhərinin tərkibində qəsəbə statusu verilib. Hacıqəhrəmanlı qəsəbəsi şimal tərəfdən Şirvan şəhəri, cənubdan Salyan rayonu, şərqdən təpəlik, qərbdən Kür çayı ilə əhatə olunmuşdur. Aran zonasıdır. Qəsəbənin coğrafi mövqeyi əlverişlidir. Qəsəbə Şirvan–Salyan yolunun kənarında yerləşir. Ərazisində respublika tabeliyində olan "Şirvan" İES və "Şirvan" OYL müəssisələri yerləşir. Hazırda qəsəbə ərazisində 507 təsərrüfat var. Qəsəbənin əhalisi 2123 nəfərdir. Onlardan 1327 nəfəri əmək qabiliyyətli yaşdadır. Qəsəbə əhalisinin 314 nəfəri işləyir. Əhalinin işləməyən hissəsi əsasən şəxsi təsərrüfatlarında çalışır. Qəsəbənin hüdudları daxilində torpaqlar 895,12 hektardır. Bundan: — dövlət mükiyyətində 638,31 ha — xüsusi mülkiyyətdə 42,53 ha — bələdiyyə mülkiyyətində 214,28 ha-dir Qəsəbənin hüdudları daxilində torpaqlar 895,12 hektardır.

Əhalinin məşğuliyyəti

Əhalinin məşğuliyyətini əsasən əkinçilik, heyvandarlıq, quşçuluq təşkil edir.

Məntəqələri

Qəsəbədə 1 Bələdiyyə, 630 şagird yeri olan 1 orta məktəb, 1 kitabxana, 1 klub, 1 maşınlar üçün yuyucu sexi, 1 həkim məntəqəsi, 1 EATS, 1 maye qaz doldurma məntəqəsi, 1 baytarlıq məntəqəsi fəaliyyət göstərir. Qəbristanlığı, məscidi var. Şəhərlə qəsəbə arasında 4 ədəd mikroavtobus işləyir.Əhaliyə 4 sayli poçt şöbəsi xidmət göstərir. Bu poçt xidmətindən qonşu kəndlərdə istifadə edir. Hazırda qəsəbədə 156№-li Elektron stansiya fəaliyyət göstərir. Qəsəbədə xidmət göstərən həkim məntəqəsi Bələdiyyənin otağında yerləşir. Bir otaqda da diş məntəqəsi yerləşir. 2013-cü ildə baytarlıq məntəqəsi də tikilib istifadəyə verilib. Qəsəbədə mədəni-maarif sahəsində işlər görülür. Əhaliyə 1 kulub, 1 kitabxana xidmət edir.

Rabitə

Şirvan şəhərinin Hacıqəhrəmanlı qəsəbəsində 2003-cü ildə 128 nömrəlik "Karel" tipli EATS quraşdırılmışdır. 2004-cü ildə Hacıqəhrəmanlı qəsəbəsində 128 nömrəlik "Karel" tipli EATS çıxarılaraq əvəzinə 256 nömrəlik DRX-4 tipli EATS quraşdırılmışdır. 2011-ci ildə Hacıqəhrəmanlı qəsəbəsi ilə mərkəzi ATS arasında köhnə analoq tipli kabel çıxarılmış 10 km uzunluğunda fiber-optik kabeli qoyulmuş və bununla da Hacıqəhrəmanlı qəsəbəsi yüksək keyfiyyətli rəqəmsal xidmətlə təmin olunmuşdur. Artıq Hacıqəhrəmanlı qəsəbəsi yüksək sürətli ADSL genişzolaqlı internet xidməti ilə təmin edilmişdir.

Həmçinin bax

  • Şirvan şəhəri

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Hacı Qəhrəmanlı haqqında məlumat. Hacı Qəhrəmanlı nədir? Hacı Qəhrəmanlı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Mordoviya

  • Fevral 23, 2026

    Materializm

  • Fevral 27, 2026

    Bustan

  • Fevral 27, 2026

    İltəriş xaqan

  • Fevral 27, 2026

    Hüseyn Ərəblinski

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst