Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Məsməxanım Aslan qızı Ağaverdiyeva (Məsmə Aslanqızı; 11 fevral 1978, Bakı) — Azərbaycan teatr və kino aktrisası, 1996-cı ildən Azərbaycan Dövlət Akademik Milli

Məsmə Ağaverdiyeva

  • Ana Səhifə
  • Vikipediya
  • Məsmə Ağaverdiyeva

Məsməxanım Aslan qızı Ağaverdiyeva (Məsmə Aslanqızı; 11 fevral 1978, Bakı) — Azərbaycan teatr və kino aktrisası, 1996-cı ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktrisası, Azərbaycan Respublikasının əməkdar artisti, prezident mükafatçısı.

Məsmə Aslanqızı
Məsmə Aslan qızı Ağaverdiyeva
Doğum tarixi 11 fevral 1978 (48 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Atası Aslan Ağaverdiyev
Fəaliyyəti aktrisa
Teatr Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı
Mükafatları "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı — 20082008 "Tərəqqi" medalı — 20192019

Mündəricat

Həyatı

Məsmə Aslanqızı 1978-ci ildə Bakıda dünyaya gəlib. Atası 20 yanvar şəhidi Aslan Ağaverdiyevdir. 1995-ci ildə M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyoru" fakültəsinə daxil olub. Kurs rəhbəri, rejissor Azər Paşa Nemət Akademik Milli Dram Teatrında Elçinin "Ah, Paris!…Paris!.." satirik komediyasını tamaşaya hazırlayarkən onu Nurbəniz roluna dəvət edib.

1996-cı ildən Akademik Milli Dram Teatrının truppasında aktrisa vəzifəsində çalışır.

Bir sıra telekanallarda əyləncəli və musiqili-şou verilişlərin aparıcısı olub. 2008-ci ilin mayında "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adına, 26 aprel 2012-ci ildə Teatr nominasiyasında "Boy çiçəyi" tamaşasında uğurlu roluna görə "Humay" mükafatına, 9 may 2012-ci ildə, 30 aprel 2014-cü ildə 6 may 2015-ci ildə, 6 may 2016-cı ildə, 1 may 2017-ci ildə, 9 may 2018-ci ildə, 7 may 2020-ci ildə, 7 may 2021-ci ildə, 10 may 2022-ci ildə və 8 may 2025-ci ildə Prezident Mükafatına, 2017-ci ildə Cəfər Cabbarlı mükafatına layiq görülmüşdür.

Ailəlidir. İki qızı var.

Teatr səhnəsindəki rolları

  • Ofeliya ("Hamlet", Uilyam Şekspir)
  • Şahzadə ("Şıltaq şahzadənin nağılı", nağıl-tamaşa)
  • Vera Tretyakova ("Şadlıq sorağında", V.Rozov)
  • Katibə ("Mənim sevimli dəlim", Elçin)
  • Falçı Ağabacı ("Mənim ərim dəlidir", Elçin)
  • Şəhəriyyə ("Burla Xatun", Nəbi Xəzri)
  • Böcək ("Köhnə ev", Əli Əmirli)
  • Pioner qız ("Hərənin öz payı", Xeyrəddin Qoca)
  • Nazlı ("Ölülər", Cəlil Məmmədquluzadə)
  • Telli ("Eloğlu", Abdulla Şaiq)
  • Anka ("Nazirin xanımı", Branislav Nuşiç)
  • Almaz ("Almaz", Cəfər Cabbarlı)
  • Türkan ("Yaşar", Cəfər Cabbarlı)

Filmoqrafiya

  1. Ünvansız qız (film, 1999)
  2. Bağdada putyovka var... (film, 2000)
  3. Dəvətnamə (film, 2003)
  4. Mənim ömür nəğmələrim (film, 2003)
  5. Tənha durna uçuşu (film, 2003)
  6. Sonuncu şahid (film, 2004)
  7. Yeni həyat (2005)
  8. Bizim sinif (film, 2007)
  9. Qrinviç meridianından... kənarda (film, 2007)
  10. Çoxbilmişlərdənsinizmi? (tv veriliş)(2009)

Mükafatları

  • Gənclər və İdman Nazirliyi tərəfindən 1999-cu il fevralın 2-də "İlin ən yaxşı gənc aktrisası" nominasiyasına layiq görülüb
  • Teatr Xadimləri İttifaqı tərəfindən 2003-cü ildə "Hamlet" tamaşasında Ofeliya roluna görə ilin ən yaxşı aktrisası kimi "Qızıl dərviş" mükafatına layiq görülüb.
  • 2007-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb.
  • 26 aprel 2012-ci ildə Teatr nominasiyasında "Boy çiçəyi" (Sən həmişə mənimləsən" tamaşasında Nargilə obrazına görə "Humay" mükafatına layiq görülmüşdür.
  • 2007-ci ildən bu yana Prezident mükafatçısıdır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, məsmə ağaverdiyeva sözünün mənası, məsmə ağaverdiyeva haqqında məlumat. məsmə ağaverdiyeva nədir? məsmə ağaverdiyeva nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 06, 2026

    Birinci Çaylı

  • Mart 06, 2026

    Qarabörklülər

  • Fevral 27, 2026

    Axar-Baxar

  • Fevral 27, 2026

    Albin Kurti

  • Mart 01, 2026

    MHP

Trend Mahnılar
  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst