Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Birinci Çaylı — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-

Birinci Çaylı

  • Ana Səhifə
  • Vikipediya
  • Birinci Çaylı

Birinci Çaylı — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Şamaxı rayonunun Çaylı kəndi Göylər kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Çaylı kənd Soveti yaradılmışdır.

Birinci Çaylı
40°28′02″ şm. e. 48°42′39″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 721 m
Saat qurşağı
  • UTC+04:00
Xəritəni göstər/gizlə
Birinci Çaylı xəritədə
Birinci Çaylı
Birinci Çaylı

Mündəricat

Toponimikası

Yaşayış məntəqəsi Pirsaat çayı sahilində salındığına görə belə adlanmışdır. Şamaxı rayonunda Birinci və İkinci Çaylı adında iki Çaylı kəndi var. Bu kəndlər 1846-cı ildə ağakişibəyli (Çaylıda dəymədağıldı da deyilən bəy nəslinin bəyinin adı ilə adlandırılmışdır) (Birinci Çaylı) və baxşıbəyli (İkinci Çaylı) adlı elatlara mənsub ailələrin məskunlaşması nəticəsində yaranmışlar. Çaylı adlı bütün yaşayış məntəqələri çay kənarında yerləşdikləri üçün belə adlandırılmışdır.

Tarixi

Kənd Şirvanşahlar dövlətinin vaxtından mövcuddur. Ərazisi Şirvan xanlığının Xançoban mahalının tərkibində olub. Xançoban mahalında 1821-ci ildə 46 obada (Axtaçı, Garıs, Qaraqoyunlu, Padar, Xəlilli, Kolanı, Məlikçobanlı, Şahsünlü, Ərəbxanədan, Müsküri, Ovculu, Mollalar, Göydəlləkli, Muradlı, Sığırlı, Qurd, Pirhəsənli, İlxıçı, Sarvan, Mustafalı, Binaslı, Çaylı, Qaraməmmədli, Ərəbuşağı, Dəlilər, Çovurqanlı, Adnalı, Bağırlı, Alpout, Əlicanlı, Nəmirli, Sorsor, Eldəlləkli, Xanazad, Şahsultanlı, Müskürlü Molla Qədim, Şıxlı, Axundlu, Çıraqlı, Axtaçı Salyan, Elli-Gözlü, Veysəlli, Mərzili Lələ Əhmədli, Qaraxanlı, Qaravəlli Ağaməmməd) 1492 ailə yaşayırdı. Mahalın naibi Məlik Umud idi.

Coğrafiyası və iqlimi

Kənd Pirsaatçayın sağ sahilində, dağətəyi ərazidə yerləşir.

Kəndin küçələri

Mirzə Ələkbər Sabir; Cəfər Cabbarlı; Seyid Əzim Şirvani; Xaqani Şirvani; Məhəmməd Hadi; İmaməddin Nəsimi; Abbas Səhhət; Hacı Zeynəlabdin Şirvani; Səməd Vurğun; Sultan Məcid Qənizadə

Əhalisi

Kənd əhalisi 1603 nəfərdir ki, onunda 841 nəfəri kişi, 762 nəfəri isə qadınlar təşkil edir (2000). 1886-cı il əhalinin siyahıyaalma sənədlərində Bakı quberniyası Şamaxı qəzasının Qəbiristan sahəsində Çaylı Ağakişibəyli kəndi (81 ailə, 559 nəfər əhali) qeydə alınmışdır.

Son 20 il ərzində kənddə işsizlikdən Bakı şəhərinə köc edən Çaylı çamaatı 200-dən yuxarı ev tikib, 250-dən yuxarı ailə Bakıya yerləşib. Hazırda Bakı və Abşeron yarımadası ərazisində rəsmi və qeyri rəsmi 1000-dən yuxarı Çaylı əhalisi yerləşmişdir.

Tayfaları

Hacıməmmədlilər; Qasımlılar; Anacıqlılar; Niyazlılar; Qaraismayıllılar; Qəhirlilər; Qululular; Dəymədağıldılar (Ağakişibəylilər).

Tanınmış şəxsləri

  • Həsənxan Manaflı — şair
  • Fuad Əhmədov — aktyor
  • İlkin Fuad — müğənni
  • Məstəli Məmmədov — müəllim, İkinci Dünya müharibəsi veteranı
  • Əli Vahid Çaylı — şair

İqtisadiyyatı

Kənddə 368 təsərrüfatı var. Əhalisi əsasən kənd təsərrüfatı — əkinçilik və maldarlıqla məşğuldur. Vaxtı ilə çay sahilində yaşamış Ağakişibəyə məxsus elatın məskunlaşdığı kənd Çaylı adlandırılmışdır. Son dövrlərdə cavanların əksəriyyəti tikinti sahəsində çalışdığından sənətkarlıq əsas məşğuliyyətə çevrilib.

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, birinci çaylı sözünün mənası, birinci çaylı haqqında məlumat. birinci çaylı nədir? birinci çaylı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Zənbil

  • Fevral 27, 2026

    Hacılar oymağı

  • Mart 05, 2026

    Smoq

  • Fevral 27, 2026

    Antirevizionizm (marksizm)

  • Fevral 28, 2026

    Mataram sultanlığı

Trend Mahnılar
  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst