Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Məryəm Vaxtanqovna Cambakur-Orbeliani (gürc. მარიამ ჯამბაკურ-ორბელიანი; 22 avqust 1852 – 23 avqust 1941) — Gürcü knyaginyası, mesenat, ictimai xadim, müəllim, f

Məryəm Cambakur-Orbeliani

  • Ana Səhifə
  • Vikipediya
  • Məryəm Cambakur-Orbeliani

Məryəm Vaxtanqovna Cambakur-Orbeliani (gürc. მარიამ ჯამბაკურ-ორბელიანი; 22 avqust 1852 – 23 avqust 1941) — Gürcü knyaginyası, mesenat, ictimai xadim, müəllim, femenist. Gürcü knyazı general-mayor Vaxtanq Orbelianinin qızı. Məryəm Orbeliani Qeyri qəsmi olaraq elmi və bədii ədəbiyyatda Gürcüstanın sonuncu çariçası adlandırılır.

Məryəm Vaxtanqovna Cambakur-Orbeliani
gürc. მარიამ ჯამბაკურ-ორბელიანი
Doğum tarixi 22 avqust 1852(1852-08-22)
Vəfat tarixi 23 avqust 1941(1941-08-23) (89 yaşında)
Atası Vaxtanq Orbeliani
Milliyyəti gürcü
Dini xristian
Fəaliyyəti xeyriyyəçi, pedaqoq, qadın hüquqları fəalı[d], maarifçi

Mündəricat

Həyatı

Knyaginya Məryam Orbeliani 1852-ci il avqustun 22-də gürcü şairi general-mayor knyaz Vaxtanq Orbeliani və Yekaterina İlyinskayanın ailəsində anadan olub. Ailədə Məryəmindın başqa bir oğul da var idi. Bu gələcək vəkil knyaz Nikolay Orbeliani idi.

Məryəm Orbeliani 1870-ci ildə Tiflis qadın kurslarında təhsilini başa vurduqdan, sonra Zadəgan Maarif Cəmiyyətinin Məktəbinə daxil oldu.

İctimai fəaliyyəti

1879-cu ildə Məryəm Orbeliani gürcülər arasında Savadlılığın Təşviqi Cəmiyyətinin yaradıcılarından biri oldu. O, 33 il ərzində qadın müəllimlərin hüquqlarının müdafiəsi və qadınların təhsil müəssisələrinə işə qəbulu ilə məşğul olan Qadın Müəllimlər Cəmiyyətinə də rəhbərlik edib. Bundan əlavə, Orbeliani ölkədə ilk gürcü qızlar məktəbinin açılması üçün maliyyə toplamaq kampaniyasını başlatmışdır. Onun rəhbərlik etdiyi Tiflis Uşaq Baxımı Cəmiyyəti qızlar məktəbini bir bölümü idi.

1894-cü ildə Məryəm Cambakur-Orbeliani dörd il əvvəl vəfat etmiş atası Vaxtanq Orbelianinin tərcümeyi-halıyla birlikdə tam şeirlər toplusunu (gürcü dilində) nəşr etdirmişdir. Bu toplunun nəşr etdirilməsində ona məşhur gürcü müttəfəkiri İlya Çavçavadze kömək etmişdir. Çavçavadze toplunun redaktoru olmuşdur.

Məryəm Cambakur-Orbeliani 1918-ci ildə Tiflis Dövlət Universitetinin yaradılması hərəkatının fəal iştirakçısı olub. Gürcüstan Milli Əlyazmalar Mərkəzində Məryəm Orberlianinin tərcümeyi-halı və ictimai fəaliyyəti ilə bağlı 1123 materialdan ibarət arxiv saxlanılır. Buraya həm də yaradıcılıq işləri və yazışmalar daxildir.

İllər sonra

1921-ci ildə Gürcüstan Rusiya Sovet Federativ Sosialist Respublikasına zorla ilhaq edildikdən sonra Məryəm Orbeliani müəllimlik və tərcümə işlərini davam etdirirdi. Lakin Sovet hökuməti onu tədricən ictimai fəaliyyətdən uzaqlaşdırdı. Yeni hakimiyyət onun pedaqoji fəaliyyətinə də son verdi. Digər gürcü zadəganlarından fərqli olaraq, Məryəm Cambakur-Orbeliani represiyaya məruz qalmadı. O, 1941-ci ildə 89 yaşında Tbilisi şəhərində vəfat etmişdir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Məryəm Cambakur-Orbeliani haqqında məlumat. Məryəm Cambakur-Orbeliani nədir? Məryəm Cambakur-Orbeliani nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Hanau

  • Fevral 23, 2026

    Tomas Edison

  • Fevral 27, 2026

    Beotiya

  • Fevral 27, 2026

    Mehr

  • Fevral 26, 2026

    Overlord əməliyyatı

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst