Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Məmmədmirzə (Məmmədxan) Məmmədrza oğlu Bakıxanov (1890, Bakı – 20 fevral 1957, Bakı) — Azərbaycan çalğı musiqisinin görkəmli nümayəndəsi, tarzən, Azərbaycan SSR

Məmmədxan Bakıxanov

  • Ana Səhifə
  • Vikipediya
  • Məmmədxan Bakıxanov

Məmmədmirzə (Məmmədxan) Məmmədrza oğlu Bakıxanov (1890, Bakı – 20 fevral 1957, Bakı) — Azərbaycan çalğı musiqisinin görkəmli nümayəndəsi, tarzən, Azərbaycan SSR əməkdar artisti (1943).

Məmmədxan Bakıxanov
Ümumi məlumatlar
Doğum tarixi 1890(1890)
Doğum yeri
  • Bakı, Bakı quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 20 fevral 1957(1957-02-20) (66–67 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Atası Məmmədrza bəy Bakıxanov
Musiqiçi məlumatları
Fəaliyyəti musiqiçi
Musiqi aləti tar
Mükafatları "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1943

Həyatı

Məmmədxan Bakıxanov 1890-cı ildə Bakıda anadan olmuşdur.

Məmmədxanın uşaqlıq və gənclik illəri İranda keçmişdir. O, hələ 7 yaşında ikən atası İranın Rəşt şəhərinə köçmüş və orada ticarətlə məşğul olmuşdur. Balaca Məmmədxan ilk təhsilini Rəştdə almışdır. O, gənc yaşlarından başlayaraq xalq musiqisinə böyük həvəs göstərmişdir. Məmmədxanın atası Məmmədrza kişi tacir olmasına baxmayaraq, musiqi həvəskarı idi. Deyilənə görə, Məmmədrza kişi tar, saz çalar, hərdən bir pəsdən zümzümə edərdi.

Məmmədxan ilk musiqi təhsilini İranda almışdır. O, bir tarzən kimi 1916-cı ildən başlayaraq xalq məclislərində çıxış etmişdir.

Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Məmmədxan Bakıya gəlmiş və burada musiqi təhsilini davam etdirmişdir. O, 1920-ci ildə Şərq Konservatoriyasına daxil olub, burada məşhur tarzən Şirin Axundov və MəŞədi Həsəndən dərs almışdır.

Məmmədxanın xalq musiqisinə yaxşı bələd olmasını və məharətlə çalmasını görən konservatoriyanın direktorluğu 1921-ci ilin martında onu konservatoriyanın inspektoru vəzifəsinə təyin etmişdi.

1923-cü ildə Bakıda istedadlı tarzən və bacarıqlı bir təşkilatçı kimi tanınan M. Bakıxanov Əli Bayramov adına əməkçi türk qadınlarının Mərkəzi Mədəniyyət sarayına işə dəvət edilir. O, qadınlar klubunda 13 il tar müəllimi vəzifəsində çalışmış və Azərbaycan qızlarına musiqidən dərs demişdir.

1934-cü ilin iyun ayında Tiflis şəhərində keçirilən Zaqafqaziya olimpiadasında. Bakıxanovun rəhbərlik etdiyi «Şərq orkestri» da iştirak etmişdi. Olimpiadada böyük müvəffəqiyyətlə çıxış edən orkestr birinci yer tutduğuna görə Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsinin Fəxri Fərmanı ilə təltif edilmiş və pul mükafatı almışdır.

Zaqafqaziya olimpiadasından böyük qələbə ilə qayıdan «Şərq orkestri» 1936-cı ilin may ayında Moskvaya bədii özfəaliyyət kollektivlərinin konsert-tamaşasında çıxış etmək üçün dəvət edilmişdi. Burada tikinti işçilərinin mərkəzi klubunda çıxış edən orkestr bu dəfə də qiymətli mükafatlarla Bakıya qayıtmışdır.

Məmmədxan Bakıxanov 1943-cü ildə Azərbaycan SSR əməkdar artisti fəxri adına layiq görülmüşdür. Məmmədxan Bakıxanov «Əmək igidliyinə görə», «Qafqazın müdafiəsinə görə» medalları və bir sıra fəxri fərmanlarla təltif olunmuşdur.

Görkəmli sənətkar Məmmədxan Bakıxanov 1957-ci il fevral ayının 20-də Bakıda vəfat etmişdir.

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Məmmədxan Bakıxanov haqqında məlumat. Məmmədxan Bakıxanov nədir? Məmmədxan Bakıxanov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Cənubi Osetiya

  • Fevral 27, 2026

    Məhinbanu Sultan

  • Fevral 27, 2026

    Milliyyətçilik

  • Fevral 25, 2026

    Qars

  • Fevral 27, 2026

    Karvansara

Trend Mahnılar
  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst