Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Məmməd Əfəndiyev (5 oktyabr 1887, Nuxa – 1 iyun 1977, Bakı) — professor, APİ Riyaziyyat və təbiət elmləri fakültəsinin dekanı (1934-1936), ADU Riyazi analiz kaf

Məmməd Əfəndiyev

  • Ana Səhifə
  • Vikipediya
  • Məmməd Əfəndiyev

Məmməd Əfəndiyev (5 oktyabr 1887, Nuxa – 1 iyun 1977, Bakı) — professor, APİ Riyaziyyat və təbiət elmləri fakültəsinin dekanı (1934-1936), ADU Riyazi analiz kafedrasının müdiri (1935-1965), Azərbaycanın görkəmli maarifçisi Rəşid bəy Əfəndiyevin oğludur.

Məmməd Əfəndiyev
Məmməd Rəşid oğlu Əfəndiyev
Doğum tarixi 5 oktyabr 1887
Doğum yeri Şəki, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 1 iyun 1977 (89 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan SSR, SSRİ
Milliyyəti azərbaycanlı
Atası Rəşid bəy Əfəndiyev
Elm sahəsi riyaziyyat
İş yerləri
  • Azərbaycan Dövlət Pedaqoji İnstitutu (1930–1941),
  • Azərbaycan Dövlət Universiteti (1941)
Təhsili
  • Sankt-Peterburq Universitetinin Fizika və Riyaziyyat fakültəsi[d]
Mükafatları "Lenin" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Qırmızı əmək bayrağı" ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Məmməd Rəşid oğlu Əfəndiyev 5 oktyabr 1887-ci ildə Şəkidə anadan olmuşdur. 1908-ci ildə Peterburq Universitetinin Fizika-riyaziyyat fakültəsinə daxil olmuş və oranı bitirdikdən sonra bir müddət Tbilisi şəhərində müəllim işləmiş, sonra Şəki şəhərindəki gimnaziyada müəllim və direktor vəzifəsində çalısınışdır.1920-ci ildə Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra o, Bakı şəhərində riyaziyyat üzrə ali pedaqoji kursların təşkilatçısı olub. 1930-cu ildə Lenin adına APİ-də riyaziyyat kafedrasının müdiri vəzifəsində çalışmışdı.

M.Əfəndiyev APİ-də Riyaziyyat və təbiyyat elmləri fakültəsinin dekanı (1934-1936), ADU-da Riyazi analiz kafedrasının müdiri (1935-1965), professor dərəcəsinə layiq görülmüşdür. Milli Azərbaycan Tarixi Muzeyin fondlarında şəxsi əşyaları, fotoşəkilləri, tarixi sənədləri mühafizə edilir. 1943-cü ildə Əməkdar elm xadimi fəxri adına layiq görülmüş, 1945-ci ildə professor elmi adı almışdır. Riyazi ifadələrin Yaxın Şərqdə yayılmış yazılış formaları əvəzinə latınca yazılışını ilk dəfə Əfəndiyev işlətmişdir. O, ilk dəfə riyazi analiz, analitik həndəsə və riyaziyyatın tədrisi metodikası fənlərindən Azərbaycan dilində mühazirələr oxumuşdur.

Riyazi ifadələrin Yaxın Şərqdə yayılmış yazılış formaları əvəzinə latınca yazılışını Azərbaycanda ilk dəfə Əfəndiyev işlətmişdir. Əfəndiyev “Cəbrə aid proqram və tapşırıq ”, “Adi deferensial tənliklər” (1950) və.s. əsərlərin müəllifidir. Sovet hakimiyyəti illərində Lenin ordeni və iki Qırmızı əmək Bayrağı ordeni ilə təltif olunmuşdur.

Əfəndiyev Məmməd Rəşid oğlu 1 iyun 1977-ci ildə Bakı şəhərində vəfat etmişdir.

Bakıda adına küçə vardır.

Mükafatları

  • SSRİ "Lenin" ordeni
  • SSRİ "Qırmızı əmək bayrağı" ordeni
  • SSRİ "Qırmızı əmək bayrağı" ordeni

Əsərləri

  • "Cəbrə aid proqram və tapşırıq",
  • "Matematik analizdən kontrol tapşırıqlar", 1935
  • "Adi diferensial tənliklər", 1950

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Məmməd Əfəndiyev haqqında məlumat. Məmməd Əfəndiyev nədir? Məmməd Əfəndiyev nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Narcomedusae

  • Fevral 27, 2026

    Vahab Əliyev

  • Fevral 27, 2026

    Heuchera

  • Fevral 27, 2026

    Mosul qəzası

  • Fevral 27, 2026

    Sebeos

Trend Mahnılar
  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst