Mosul qəzası (ərəbcə: قضاء الموصل) — İraq Respublikasının Ninəvə mühafazasında inzibati ərazi vahidi. Qəzanın və mühafazanın inzibati mərkəzi Mosul şəhəridir.
| Mosul qəzası | |
|---|---|
| |
| 36°21′28″ şm. e. 43°05′57″ ş. u.HGYO | |
| Ölkə | |
| Tarixi və coğrafiyası | |
| Sahəsi |
|
![]() Mosul qəzası | |
Ərazisi
2009-cu ilə olan rəsmi məlumata əsasən qəza 4.471 km² ərazini əhatə edir.
İnzibati-ərazi bölgüsü
İnzibati cəhətdən altı nahiyyəyə (ərəbcə: ناحية) bölünür: Mosul nahiyyəsi (ərəbcə: قضاء الموصل), Başixa nahiyyəsi (ərəbcə: ناحية بعشيقة), Şura nahiyyəsi (ərəbcə: ناحية الشورة), Hamam əl-Əlil nahiyyəsi (ərəbcə: ناحية حمام العليل), Kiyarra nahiyyəsi (ərəbcə: ناحية القيارة) və Məhəlləbiyə nahiyyəsi (ərəbcə: ناحية المحلبية).
Əhalisi
10 oktyabr-20 dekabr 2009-cu il siyahılarına əsaslanan rəsmi təxminlərə görə Mosul qəzasının əhalisi 1.588.428 nəfər olmuşdur. Eyni təxminlərə görə bütün Nineva mühafazasında 3.106.948 nəfər əhali yaşamışdır. Və bu rəqəmlər nəzərə alındıqda məlum olur ki, Mosul qəzasında yaşayan əhali bütün mühafazada yaşayan əhalinin 51.13%-ni təşkil edirdi.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Mosul qəzası haqqında məlumat. Mosul qəzası nədir? Mosul qəzası nə deməkdir?

