Məmməd Rza oğlu Xəlilov (9 sentyabr 1917, Yelizavetpol – 9 oktyabr 1976, Bakı) — Azərbaycan partiya və dövlət xadimi, Azərbaycan SSR kənd təsərrüfatı naziri (1965–1976), Azərbaycan SSR Ali Sovetinin 6–9-cu çağırış deputatı, Azərbaycan SSR əməkdar kənd təsərrüfatı mexanizatoru.
| Məmməd Xəlilov | |
|---|---|
| |
| 17 mart 1965 – 9 oktyabr 1976 | |
| Əvvəlki | Əsgər Orucov (kənd təsərrüfatı məhsulları istehsalı və tədarükü naziri kimi) |
| Sonrakı | Məmməd Əsgərov |
| 30 mart 1963 – 30 sentyabr 1963 | |
| 16 mart 1961 – 17 mart 1965 | |
| Əvvəlki | birlik yaradılıb |
| Sonrakı | Yevgeni Çeqodayev |
| 1960 – 1961 | |
| Nazir | Möhsün Poladov |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 9 sentyabr 1917 |
| Doğum yeri | |
| Vəfat tarixi | 9 oktyabr 1976 (59 yaşında) |
| Vəfat yeri | |
| Dəfn yeri | |
| Partiya |
|
| Fəaliyyəti | siyasətçi |
| | |
| Təltifləri | |
![]() | |
Həyatı
Məmməd Rza oğlu Xəlilov 1917-ci ildə hazırkı Gəncə şəhərində anadan olmuşdur. 1940-cı ildə Melitopol Kənd Təsərrüfatı Mühəndis-Mexanizatorları İnstitutunu bitirdikdən sonra o, Azərbaycan SSR Xalq Əkinçilik Komissarlığına işləməyə göndərilmişdir.
1941-ci ildən Sovet Ordusu sıralarında xidmət etmiş, Böyük Vətən müharibəsində iştirak etmişdir. 1945-ci ildən 1958-ci ilədək Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyində, Pambıqçılıq Nazirliyində mühəndis, şöbə rəisi, sonralar isə Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinin MTS və TTS baş idarəsinin rəisi vəzifələrində işləmişdir.
1959-cu ildən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin kənd təsərrüfatı şöbəsi müdirinin müavini, 1960-cı ildən Azərbaycan SSR kənd təsərrüfatı nazirinin birinci müavini vəzifələrində çalışmışdır. 1961–1965-ci illərdə Azərbaycan SSR Kənd Təsərrüfatı Texnikası Birliyinin sədri, 1965-ci ildən Azərbaycan SSR kənd təsərrüfatı naziri olmuşdur.
Məmməd Xəlilov 1958-ci ildən Sov.İKP üzvü olmuş, Azərbaycan SSR Ali Sovetinin 6–9-cu çağırış deputatı seçilmişdir. O, 1963–1964-cü illərdə Azərbaycan KP MK kənd təsərrüfatı bürosunun, 1965-ci ildən isə Azərbaycan KP MK üzvü olmuşdur.
Məmməd Xəlilov 9 oktyabr 1976-cı ildə Bakıda vəfat etmişdir. I Fəxri Xiyabanda dəfn edilmişdir.
Təltifləri
- "Azərbaycan SSR əməkdar kənd təsərrüfatı mexanizatoru" fəxri adı — 24 may 1960
- 3 dəfə "Qırmızı əmək bayrağı" ordeni — 30 aprel 1966, 27 avqust 1971, 12 dekabr 1973
- "Döyüş xidmətlərinə görə" medalı — 5 noyabr 1944
- "İgidliyə görə" medalı — 2 mart 1945
- "Köniqsberqin alınmasına görə" medalı (təqdimat: 7 oktyabr 1946)
- "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı — 9 may 1945 (təqdimat: 7 oktyabr 1946)
- "1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 20 illiyi" yubiley medalı — 7 may 1965
- "1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 30 illiyi" yubiley medalı — 25 aprel 1975
- "SSRİ Silahlı Qüvvələrinin 50 illiyi" yubiley medalı — 26 dekabr 1967
- "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı — 1970
- Ümumttifaq Kənd Təsərrüfatı Sərgisinin qızıl medalı — 30 dekabr 1956
- Ümumttifaq Kənd Təsərrüfatı Sərgisinin gümüş medalı — 22 oktyabr 1955
- 2 dəfə Ümumttifaq Kənd Təsərrüfatı Sərgisinin medalı — 24 may 1956, 20 avqust 1957
- 2 dəfə Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin qızıl medalı — 3 dekabr 1967, 18 noyabr 1975
- 2 dəfə Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin gümüş medalı — 18 noyabr 1971, 24 noyabr 1971
- Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin medalı — 12 may 1965
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Məmməd Xəlilov haqqında məlumat. Məmməd Xəlilov nədir? Məmməd Xəlilov nə deməkdir?
