Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Məmməd Musa oğlu Adilov (18 noyabr 1953, Nuxa – 16 oktyabr 2011, Şəki) — ədəbiyyatşünas alim, AMEA M. Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, filologiya

Məmməd Adilov

  • Ana Səhifə
  • Vikipediya
  • Məmməd Adilov

Məmməd Musa oğlu Adilov (18 noyabr 1953, Nuxa – 16 oktyabr 2011, Şəki) — ədəbiyyatşünas alim, AMEA M. Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, filologiya elmləri doktoru.

Məmməd Adilov
Məmməd Musa oğlu Adilov
Doğum tarixi 18 noyabr 1953
Doğum yeri Nuxa, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 16 oktyabr 2011 (57 yaşında)
Vəfat yeri Şəki, Azərbaycan
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Elmi dərəcəsi Filologiya elmləri doktoru
Elmi adı direktor
İş yeri Azərbaycan MEA M.Füzuli adına Əlyazmalar İnstitutu
Təhsili BDU Şərqşünaslıq fakültəsi
Mükafatları AMEA-nın Fəxri Fərmanı (2003)
"Tərəqqi" medalı — 20052005

Mündəricat

Həyatı

Məmməd Adilov 18 noyabr 1953-cü il tarixdə Nuxa şəhərində anadan olmuşdur. Bakı Dövlət Universitetinin məzunudur (1976).

1976–1977-ci illərdə Şəki şəhərindəki orta peşə məktəbində müəllim, 1977–1982-ci illərdə Azərbaycan Radiosunda və "Bakı" qəzetində müxbir, 1981–1989-cu illərdə Azərbaycan Xarici Dillər İnstitutunda ikiillik ərəb dili kurslarında müəllim vəzifəsində işləyib.

1982–1984-cü illərdə ordu sıralarında tərcüməçi zabit kimi xidmət etdikdən sonra 1984-cü ildə Azərbaycan EA Əsaslı Kitabxanasında baş direktor, elə həmin ildən Azərbaycan EA Əlyazmalar İnstitutunda baş laborant, daha sonralar kiçik elmi işçi, elmi işçi, elmi katib, direktor müavini vəzifələrində çalışıb. Həmçinin, 1993–1996-cı illərdə Lənkəran Dövlət Universitetində, 1995–1998-ci illərdə isə Bakı İslam Universiteti Sumqayıt filialında müəllimlik etmişdir. 2003-cü ildə Azərbaycan MEA Əlyazmalar İnstitutunun direktoru vəzifəsinə seçilmişdir.

1986-cı ildə "Azərbaycan dilində ixtisar sözlər" mövzusunda namizədlik, 2004-cü ildə "Azərbaycan paleoqrafiyası və tarixi orfoqrafiyası" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.

İkisi xarici ölkədə olmaqla 170-ə yaxın elmi əsəri nəşr olunub, 100-dən artıq kitabın nəşrə hazırlanmasında iştrak etmişdir.

İSESKO-nun Rabatda (1993) və Qahirədə (1996) keçirilmiş simpoziumlarında iştirak etmiş, həmçinin, Moskvada, İstanbulda, Tehranda, Vilnüsdə, Aşqabadda, Məkkədə, Konyada, Urmiyada, Qazanda, Türküstanda elmi ezamiyyətlərdə olmuşdur.

1999-cu ildə "Kitabi-Dədə Qorqud"un yazıya alınmasının 1300 illik yubileyini, 2003-cü ildə isə Xacə Nəsirəddin Tusinin 800 illik yubileyini keçirən dövlət komissiyalarının üzvü olub.

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının filologiya elmləri üzrə ekspert şurasının üzvü və "Əlyazmalar xəzinəsində" jurnalının baş redaktoru idi.

2003-cü ildə AMEA-nın Fəxri Fərmanı ilə, 2005-ci ildə "Tərəqqi" medalı ilə təltif olunmuşdur.

Məmməd Adilov 16 oktyabr 2011-ci il tarixdə toy ziyafətində iştirak etmək üçün Şəki şəhərinə gəlmiş, toyda iştrak etmiş, lakin toydan getdikdən sonra həmin gecə, Şəki şəhərində qəflətən vəfat etmişdir.

Əsas elmi nailiyyətləri

  • Azərbaycan paleoqrafiyasının elmi-nəzəri və təcrübi məsələlərinin tədqiqi;
  • Azərbaycan orfoqrafiyası tarixinin tədqiqi;
  • Orta əsr türk mətninin transfoneliterasiya prinsiplərinin müəyyənləşdirilməsi;
  • Orta əsr əlyazma kitabı anlayışının dəqiqləşdirilməsi;
  • Ədəbi və tarixi abidələrinin, arxiv materiallarının nəşri;
  • Müasir Azərbaycan dili problemləri ilə bağlı tədqiqatlar: İxtisar sözlər, onomastika, terminologiya, frazeologiya, leksikoqrafiya, nitq mədəniyyəti məsələləri.

Əsas elmi əsərləri

  • Azərbaycan paleoqrafiya və tarixi orfoqrafiyası. – Bakı, Nurlan, 2002, 200 s.
  • Türk mətninin transfoneliterasiyası problemləri. – Bakı, Nurlan, 2003, 120 s.
  • Azərbaycan əlyazmalarında filiqranlar (A. Məmmədbağıroğlu ilə). Bakı, Tural-Ə, 2001, 56 s.
  • Rəşid bəy Axundov. Məktublar, sənədlər, tərcümələr, məqalələr. – Bakı: Nurlan, 2003, 467 s. (H. Ə. Həsənovla)
  • İsmail bəy Qasprinski. Türküstan üləması. – Bakı: Örnək, 2001, 55 s.
  • Azərbaycan paleoqrafiyası. Bakı: Elm, 2009, 224 s.

Qeydlər

  1. Məmməd Adilovun ölümü ilə bağlı Əlyazmalar İnstitutun saytında dərc olunmuş nekroloqda belə yazılıb 2023-08-04 at the Wayback Machine, bu M. Adilovun vaxtilə, özünün yazdığı tərcümeyi-halından götürülmüşdür. İndiki Azərbaycan MEA-nın mərkəzi kitabxanasına Sovet dövründə "əsaslı kitabxana" deyilirdi, orada həqiqətən də Sovet zamanında redaktor vəzifəsi mövcud olub.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, məmməd adilov sözünün mənası, məmməd adilov haqqında məlumat. məmməd adilov nədir? məmməd adilov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Ceyms Menqold

  • Mart 06, 2026

    Loqotip

  • Fevral 27, 2026

    Amur cökəsi

  • Mart 01, 2026

    Adi zəyrək

  • Mart 06, 2026

    Zahidə Sultan

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Mart 04, 2026

    Röya x İsmail Zade — Nankor (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Mart 06, 2026

    Şöhret Memmedov - Yazıq Üreyim (Official Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst