Məhəmmədbağır Niknam (1921, Təbriz – 1946, Təbriz) — şair, yazıçı, 21 Azər hərəkatının iştirakçısı və repressiya qurbanı.
| Məhəmmədbağır Niknam | |
|---|---|
| |
| Doğum tarixi | 1921 |
| Doğum yeri |
|
| Vəfat tarixi | 1946 (24–25 yaşında) |
| Vəfat yeri |
|
| Vəfat səbəbi | qətlə yetirilib |
| Fəaliyyəti | şair |
| Əsərlərinin dili | Azərbaycan türkcəsi |
Tudə Partiyasının və Azərbaycan Demokrat Firqəsinin üzvü olub. "Şairlər məclisi"nin yaradılmasında iştirak edib. Azərbaycan Milli Hökuməti dağıldıqdan sonra şah qoşunları tərəfindən güllələnib.
Haqqında
Məhəmmədbağır Niknam 1921-ci ildə Təbrizdə anadan olub. Beş yaşında ikən atası dünyasını dəyişdiyi üçün dayısının himayəsində böyüyüb. Nizami mədrəsəsini bitirib. 1939-cu ildə hərbi xidmətə çağırılıb. Yaradıcılığa hərbi xidmətdə ikən başlayıb. Hərbi xidmətini başa vurduqdan sonra Təbriz kibrit karxanasındakı işinə geri qayıdıb. Tudə Partiyasına daxil olub. Təbrizdə çap olunan "Azərbaycan", "Vətən yolunda", "Yeni Şərq" qəzetlərində yazıları və şeirləri dərc olunub. 1945-ci il yanvarın 3-də "Vətən yolunda" qəzetinin nəzdində yaradılmış "Şairlər məclisi"nin yaradılmasında iştirak edib. 1945-ci ildə Tudə Partiyasından çıxaraq Azərbaycan Demokrat Firqəsinə üzv olub. 1945-ci il noyabrın 20-də Təbrizdə Ərk teatrında Azərbaycan Xalq Konqresi fəaliyyətə başladı. Məhəmmədbağır Niknam da Azərbaycan Xalq Konqresində nümayəndə kimi iştirak edib. 1945-ci il dekabrın 12-də Azərbaycan Milli Hökuməti qurulduqdan sonra, Həmkarlar Təşkilatında işləməyə başlayıb.
1946-cı il dekabrın 11-dən etibarən İran ordusu iri şəhərlərə girməzdən əvvəl bu şəhərlərdə ərbabların quldur dəstələri eləcə də mülki geyimli jandarmalar qırğınlar törətməyə başladılar. Bu dəstələr Tehran radiosu tərəfindən "İran vətənpərvərləri" adlandırılırdılar. Dəstələrin əsas məqsədi demokratların məhv edilməsi və şah qoşununun şəhərlərə girişini təmin etmək idi. Təbriz və Azərbaycanın digər şəhərləri talana və qırğınlara məruz qaldılar. Azərbaycan Milli Hökuməti süqut etdi. Minlərlə insan həbs olundu. Baş verən qırğınlarda ADF üzvləri, fədailər eləcə də tanınan şairlərdən Əli Fitrət, Sədi Yüzbəndi və Cəfər Kaşif qətlə yetirildilər. 1946-cı il dekabrın 14-də ABŞ və Böyük Britaniya tərəfindən dəstəklənən İran ordusu Təbrizə daxil oldu. Bundan sonra da qırğınlar və talan davam etdi. Hökuməti ələ keçirən şah qoşunları bölgədə qırğınlar törətdilər. Bu hadisələrdə Məhəmmədbağır Niknam da Təbrizdə öz evinin qarşısında şah qoşunları tərəfindən güllələnib.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Məhəmmədbağır Niknam haqqında məlumat. Məhəmmədbağır Niknam nədir? Məhəmmədbağır Niknam nə deməkdir?
