Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Məhkəmə — Cinayət işlərinə və mülki mübahisələrə baxan ədliyyə orqanı. Ədalət mühakiməsini həyata keçirən, haqqın, ədalətin təntənə çalmasına xidmət edən, dövlə

Məhkəmə

  • Ana Səhifə
  • Vikipediya
  • Məhkəmə

Məhkəmə — Cinayət işlərinə və mülki mübahisələrə baxan ədliyyə orqanı. Ədalət mühakiməsini həyata keçirən, haqqın, ədalətin təntənə çalmasına xidmət edən, dövlətin ali hakimiyyət orqanı.

Məhkəmə

Azərbaycan Respublikasının Məhkəmə Sistemi Azərbaycan Respublikası ali məhkəməsində, apelyasiya məhkəmələrindən, ümumi məhkəmələrdən və digər ixtisaslaşmış məhkəmələrdən ibarətdir. Azərbaycanda üçpilləli məhkəmə sistemi fəaliyyət göstərir:

  1. Birinci instansiya məhkəmələri
  2. Apelyasiya instansiyası məhkəmələri
  3. Kassasiya instansiyası məhkəmələri

Mündəricat

Birinci instansiya məhkəmələri

Birinci İnstansiya məhkəmələri ilkin məhkəmə orqanlarıdır. Birinci İnstansiya məhkəmələrinə Rayon (Şəhər) məhkəmələri, hərbi məhkəmələr, kommersiya məhkəmələri, inzibati məhkəmələr və ağır cinayətlərə dair işlər üzrə məhkəmələr daxildirlər.

Rayon (şəhər) məhkəmələri Azərbaycan Respublikası qanunvericiliyi ilə onlara həvalə edilmiş mülki və cinayət işlərinə, o cümlədən inzibati xətalara dair işlərə baxır.

Mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi, inzibati və digər mübahisələrdən irəli gələn işlərə baxılır.

Apelyasiya instansiya məhkəməsi

Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qanuni qüvvəyə minməmiş hökmündən və ya digər qərarından verilmiş şikayət və ya protestlərə baxmaq səlahiyyətinə malik olan məhkəmədir.

Maraqlı şəxslərin şikayətinə və prokurorun protestinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qanuni qüvvəyə minməmiş qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq onu dəyişdirmədən saxlayır, yaxud ləğv edərək yeni qərar çıxarır, yaxud iş üzrə icraata xitam verir, yaxud ərizəni baxılmamış saxlayır, yaxud da dəyişdirilməsi barədə qərar qəbul edir.

Kassasiya instansiya məhkəməsi

Kassasiya instansiya məhkəməsi qanunvericiliklə müəyyən edilmiş qaydada və hallarda apelyasiya instansiyası məhkəməsinin qanuni qüvvəyə minmiş hökmündən və ya digər qərarından verilmiş şikayət, protest, yaxud təqdimatlara baxmaq səlahiyyətinə malik olan məhkəmədir.

Kassasiya instansiya məhkəməsi işlərə baxarkən əvvəllər qəbul edilmiş qərarları ya baxılmamış saxlayır (yəni qərarı dəyişdirmir), yaxud qərarı dəyişdirərək yeni hökm və ya qərar çıxarır, yaxud da hökmü və ya digər qərarı ləğv edərək yenidən baxılması üçün geriyə göndərir (yəni əgər əvvəllər cinayət işinə apellyasiya məhkəməsində baxılıbsa, yenidən apelyasiya instansiya məhkəməsinə qaytarır).

Həmçinin bax

  • Məhkəmə hakimiyyəti

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Məhkəmə haqqında məlumat. Məhkəmə nədir? Məhkəmə nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    Qazıdərə

  • Fevral 24, 2026

    Qraflıq (ABŞ)

  • Fevral 21, 2026

    Muxtar

  • Fevral 23, 2026

    Dnestryanı

  • Fevral 23, 2026

    Fars körfəzi

Trend Mahnılar
  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst