Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

"Mədəniyyət" qəzetinin ilk sayı 1991-ci ilin 2 yanvar tarixində nəşr olunub. Qəzetin təsisçisi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyidir. Nazirliyin mətbu

Mədəniyyət (qəzet)

  • Ana Səhifə
  • Vikipediya
  • Mədəniyyət (qəzet)

Mədəniyyət — Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin rəsmi qəzeti.

Mədəniyyət
Format A3
Təsisçi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi
Baş redaktor Vüqar Əliyev
Yaranma tarixi 2 yanvar 1991
Dil Azərbaycan dili
Qiymət 30 qəpik
Səhifə 8
Ünvan AZ1073. Bakı ş. Moskva pros.1, Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. 2-ci mərtəbə.
Tiraj 2000
medeniyyet.info.az

"Mədəniyyət" qəzetinin ilk sayı 1991-ci ilin 2 yanvar tarixində nəşr olunub. Qəzetin təsisçisi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyidir. Nazirliyin mətbu orqanı kimi nəşrin başlıca vəzifəsi Azərbaycanda mədəniyyət sahəsində həyata keçirilən dövlət siyasətini işıqlandırmaq, bu sahədə görülən işləri ictimaiyyətə çatdırmaqdır.

Mündəricat

Tarixi

“Mədəniyyət” qəzetinin ilk sayı 2 yanvar 1991-ci ildə nəşr olunub. Nəşrin yaradıcısı və ilk baş redaktoru görkəmli şair, publisist Şahmar Əkbərzadə (1941–2000) olub.

Qəzetin elektron versiyası — "medeniyyet.az" saytı 2008-ci ilin oktyabrında yaradılıb.

“Mədəniyyət” qəzetinin çapı 2024-cü ilin sonunadək davam edib. Sonuncu – 2161-ci sayı 2024-cü il dekabrın 27-də işıq üzü görüb.

2025-ci ildən redaksiya fəaliyyətini elektron formatda – "medeniyyet.info.az" saytı üzərindən davam etdirir.

İstiqaməti və məzmunu

Azərbaycanın mədəni həyatının müxtəlif sahələri – teatr, musiqi, kino, rəssamlıq, heykəltəraşlıq, xalq yaradıcılığı və tətbiqi sənətlər, eləcə də mədəni irs, tarix və ədəbiyyatımız, folklor, aşıq yaradıcılığı, habelə muzey, kitabxana və digər mədəniyyət müəssisələrinin fəaliyyəti qəzetin səhifələrində əksini tapır. Bundan əlavə, dünya mədəniyyətinin diqqətçəkən olayları, Azərbaycanın beynəlxalq mədəni əlaqələri, milli adət–ənənələr və mənəvi dəyərlər, mədəniyyətlərarası dialoq, mədəni müxtəliflik kimi mövzular qəzetin gündəm mövzularını təşkil etməkdədir.

Qəzet həftədə iki dəfə (çərşənbə və cümə günləri) çıxır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Mədəniyyət (qəzet) haqqında məlumat. Mədəniyyət (qəzet) nədir? Mədəniyyət (qəzet) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Kristalloqrafiya

  • Fevral 27, 2026

    Rustaveli prospekti

  • Fevral 27, 2026

    Angilya

  • Mart 01, 2026

    Tezxarab (Salmas)

  • Fevral 27, 2026

    Ermənistan gerbi

Trend Mahnılar
  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst