Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Mədrəsə, Müsəlman ölkələrində orta və ali təhsil verilən müəssisələr. Mədrəsə sözü ərəbcə dərs (درس) mənasında işlənir. Mədrəsələrdə dərs deyənlərə müdərris (pr

Mədrəsə

  • Ana Səhifə
  • Vikipediya
  • Mədrəsə

Mədrəsə, Müsəlman ölkələrində orta və ali təhsil verilən müəssisələr. Mədrəsə sözü ərəbcə dərs (درس) mənasında işlənir. Mədrəsələrdə dərs deyənlərə müdərris (professor), onların köməkçilərinə "muid" (asistent) deyirlər. Mədrəsədə oxuyanlar "danışmənd", "sohta" və ya "tələbə" adlandırılır.

Mədrəsə

Tarix

VIII əsdə Azərbaycan ərəb qoşunları tərəfindən işğal olundu və ölkə Ispaniyadan Hindistana qədər uzanmış Ərəb xilafətinin tərkibinə qatıldı. Müxtəlif xalqların vahid bir dövlətə qoşulması və bir-biri ilə ünsiyyətdə olması elmlərin və mədəniyyətlərin görünməmiş inkişafına səbəb oldu. Bünövrəsi VIII–IX əsrlərdə qoyulmuş bu yüksəliş XIV əsrin sonlarına qədər davam etdi. Mübaliğəsiz demək olar ki, X–XIV əsrlərdə Islam dünyası bəşəriyyət sivilizasiyasının zirvəsini təşkil edirdi. Ən böyük universitetlər, rəsədxanalar, xəstəxanalar, əczaxanalar və kitabxanalar məhz müsəlman Şərqində yerləşirdi, ən güclü alimlər burada çalışırdılar.

Bu dövrdə Azərbaycan şəhərlərində böyük məscidlərin nəzdində mədrəsələr fəaliyyət göstərirdi. Bu mədrəsələrdə ərəb və fars dilləri, ərəb qrammatikası, məntiq, kəlam (dini doqmatika), fiqh (islam hüququ), riyaziyyat, kalliqrafiya (xəttatlıq), tarix və əbəbiyyat öyrədilirdi. Müasir ali məktəblərə (universitetlərə) bənzəyən böyük mədrəsələrdə həm də yunan fəlsəfəsi, astrologiya, məntiq, natiqlik elmi, həndəsə, tibb, əlkimya və bu kimi fənnlər tədris olunurdu. Burada əsasən mülkədarların və ruhanilərin uşaqları oxuyurdular. Şamaxının "Məlhəm" mədrəsəsi məşhur elm və tədris mərkəzlərindən biri idi. Bu mədrəsəyə görkəmli XII əsrdə yaşamış məşhur Şirvan həkimlərindən və alimlərindən biri Kafiyəddin Ömər ibn Osman rəhbərlik edirdi. Qardaşı oğlu məşhur şair Xaqani Şirvaniyə tibdən və başqa fənlərdən dərs deyirdi. Xaqani Şirvani özünün "Töhfətül-Iraqeyn" poemasında Kafiyəddin Ömər və onun fəaliyyəti haqqında ətraflı məlumat verir.

Gəncədə də mədrəsələr fəaliyyət göstərirdi. XIX əsrin yarısında Gəncənin mədəni həyatı inkişaf edirdi. Mədrəsə və məktəblərdə şagirdləri klassik şərq ədəbiyatı ilə tanış edirdilər. Lakin nə dini məktəblər nə mədrəsələrin aydın proqramları yox idi. Şah Abbas məscidindən bir qədər aralı olan mədrəsədə 100-dən çox şagird təhsil alırdı. Elmi fikirlərin inkişafında Gəncənin böyük rolu olmuşdur. Rusiyada şərqşünaslığın əsasını qoyanlardan biri M. D. Topçubaşev (1784–1869) bu şəhərdə anadan olmuş və ilk təhsilini bu şəhərdə yerləşən mədrəsədə almışdır.

Mədrəsədə verilən dərslər

  • Sarf (Morfologiya, cümlə bilgisi)
  • Məntiq
  • Hədis
  • Təfsir (Quranın izahı)
  • Ədəbi bəhs (Danışmaq ədəbi)
  • Vəz
  • Bəlağət (Gözəl danışma, ritorika)
  • Kəlam
  • Hikmət
  • Fiqh
  • Fəraiz (Miras hüququ)
  • Əqaid (İnancın əsasları)
  • Fiqh Üsulu
  • Elm-i həyat (Astronomiya və astrologiya)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Mədrəsə haqqında məlumat. Mədrəsə nədir? Mədrəsə nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 25, 2026

    Çaylı (Ağdərə)

  • Fevral 23, 2026

    Ərəbistan dənizi

  • Fevral 24, 2026

    Nijni Novqorod

  • Fevral 23, 2026

    Hənifə Terequlov

  • Fevral 23, 2026

    Dağıstan dilləri

Trend Mahnılar
  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst