Mədinə — İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, indiki Qaranlıq (Martuni) rayonunda kənd.
| Kənd | |
| Mədinə | |
|---|---|
| Mədinə | |
| |
| 40°04′49″ şm. e. 45°15′04″ ş. u.HGYO | |
| Ölkə | |
| Region | Göyçə mahalı |
| Rayon | Aşağı Qaranlıq rayonu |
| Tarixi və coğrafiyası | |
| Mərkəzin hündürlüyü | 2.200 m |
| Saat qurşağı | UTC+4 |
| Əhalisi | |
| Əhalisi | 208 nəfər (1873) |
| Rəsmi dili | |
| Rəqəmsal identifikatorlar | |
| Poçt indeksi | 1413 |
![]() Mədinə | |
Tarixi
Rayon mərkəzindən 10 km cənub-şərqdə, Əyriçayın yanında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir.
Toponim ərəb dilində "şəhər" mənasında işlənən mədinə sözü əsasında əmələ gəlmişdir. Relyef əsasında yaranıb. Quruluşca sadə toponimdir.
Əhalisi
Kənddə 1873-cü ildə 208 nəfər, 1886-cı ildə 296 nəfər, 1897-ci ildə 346 nəfər, 1908-ci ildə 429 nəfər, 1914-cü ildə 752 nəfər, 1916-cı ildə 736 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar ermənilərin təcavüzünə məruz qalaraq qırğınlarla qovulmuşlar. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalan kənd sakinləri geri dönə bilmişdir. Burada 1922-ci ildə burada 85 nəfər azərbaycanlı yaşamış, 1923–1924-cü illərdə kəndə ermənilər köçürülmüşdür. 1926-cı ildə ermənilərdən başqa, 61 nəfər azərbaycanlı yaşamışdır.
Kəndin yerli sakinləri olan azərbaycanlılar 1930-cu illərdə sıxışdırılaraq tarixi-etnik torpaqlarından deportasiya olunmuş və kəndə Türkiyə və İrandan gələn ermənilər yerləşdirilmişdir. İndi ermənilər yaşayır.
Tanınmışları
- Əli Həsənov (jurnalist) — jurnаlist, Krasnoselo Rayon Partiya Komitəsinin birinci katibi (1960–1969), Ermənistan SSR Ali Sovetinin deputatı (VI və VII çağırış)
Həmçinin bax
Ədəbiyyat
- 1. Əziz Ələkbərli, "Qədim türk-оğuz yurdu "Еrmənistаn"", Bаkı, "Sаbаh", 1994.
- 3. Cəfər Qiyаsi, İbrаhim Bоzyеl, "Еrməni mənəvi tеrrоru", Bаkı, "Kitаb klubu", 2007.
- 4. Əlisаhib Ərоğul, "Еrməni-dаşnаq fаşizmi və Аzərbycаn", Bаkı, "Təhsil", 2007.
- 6. Həbib Rəhimоğlu, "Silinməz аdlаr, sаğаlmаz yаrаlаr", Bаkı,
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, mədinə (göyçə) sözünün mənası, mədinə (göyçə) haqqında məlumat. mədinə (göyçə) nədir? mədinə (göyçə) nə deməkdir?

