Karvansara — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Qaranlıq (Martuni) rayonunda kənd.
| kənd | |
| Karvansara | |
|---|---|
| 40°02′34″ şm. e. 45°14′38″ ş. u.HGYO | |
| Ölkə | |
| Region | [[Göyçə mahalı]] |
| Rayon | [[Aşağı Qaranlıq rayonu]] |
| Tarixi və coğrafiyası | |
| Saat qurşağı | UTC+4 |
![]() Karvansara | |
Tarixi
Rayon mərkəzindən 10–12 km cənub-şərqdə, Mədinə kəndinin yanında, Əyriçay çayının sahilində yerləşir. Kəndin adı erməni mənbələrində Əyriçay Karvansara və Əyricə Karvansara kimi də qeyd edilmişdir.
Toponimi
Toponim "ticarət yolu üzərində tikili bina" mənasında işlənən karvansara sözü əsasında əmələ gəlmişdir. Relyef əsasında yaranan sadə quruluşlu toponimdir.
Əhalisi
Kənddə 1873-cü ildə 168 nəfər, 1886-cı ildə 205 nəfər, 1897-ci 309 nəfər, 1904-cü ildə 341 nəfər, 1914-cü ildə 441 nəfər, 1916-cı ildə 294 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1828–1832-ci illərdə əhalisi qovulmuş, lakin sonra qayıtmışdır. 1918-ci ildə əhali yenidən qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. 1935-ci ildə Icəvan adlandırılmışdır. Karvansara Səlim də adlanmışdır. Digər adı Ayrıca. 1806-cı ildə Gürcüstandan İrəvan xanlığına qaçıb gəlmiş 400 azərbaycanlı ailəsinin məskunlaşması nəticəsində yaranmış kəndlərdəndir. 1918-ci ildə kəndin sakinləri ermənilər tərəfindən qırğınlarla qovulmuşdur. İndiki Ermənistanda Sovet hökuməti qurulandan sonra sağ qalan azərbaycanlılar öz doğma yurdlarına dönə bilmişlər. Burada 1922-ci ildə 78 nəfər, 1926-cı ildə 45 nəfər azərbaycanlı, 1931-ci ildə 80 nəfər azərbaycanlı, 69 erməni, 29 kürd yaşamışdır. Ermənilər kəndə 1928–1930-cu illərdə köçürülmüşdür. SSRİ Nazirlər Sovetinin xüsusi qərarları ilə kənddə yaşayan azərbaycanlılar 1948–49-cu illərdə tarixi-etnik torpaqlarından deportasiya olunmuş və kənd Mədinə kəndi ilə birləşdirilmişdir.
Həmçinin bax
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, karvansara (göyçə) sözünün mənası, karvansara (göyçə) haqqında məlumat. karvansara (göyçə) nədir? karvansara (göyçə) nə deməkdir?
