Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Müzəffər Aləm 1882-ci ildə Osmanlı imperiyasının Trabzon şəhərində anadan olmuşdu. Atası Mirzə Əliəkbar xan Mötamədəlvüzəra Qəzvini Bakı, İstanbul, Dəməşq, Bağd

Müzəffər Aləm

  • Ana Səhifə
  • Vikipediya
  • Müzəffər Aləm

Müzəffər Aləm (d.1882-ö.1973) — İranın Xarici İşlər vəziri.

Müzəffər Aləm
Şəxsi məlumatlar
Doğum tarixi 1882(1882)
Doğum yeri
  • Trabzon, Trabzon vilayəti, Osmanlı imperiyası
Vəfat tarixi 1973(1973) (90–91 yaşında)
Vəfat yeri
  • Tehran, Tehran şəhristanı, Tehran ostanı, İran
Fəaliyyəti siyasətçi

Həyatı

Müzəffər Aləm 1882-ci ildə Osmanlı imperiyasının Trabzon şəhərində anadan olmuşdu. Atası Mirzə Əliəkbar xan Mötamədəlvüzəra Qəzvini Bakı, İstanbul, Dəməşq, Bağdad şəhərlərində konsul işləmişdi. Növbəti xidməti yerində Müzəffər xan dünyaya gəldi. İlk təhsilini Bakıda, sonra Tehranda aldı. İstanbulda Osmanlı Hərbiyyə məktəbində oxudu. Sonra Fransaya Sen-Sir (Saint Sier) Artileriya məktəbində təhsilini davam etdirdi.

Müzəffər xan vətənə döndükdən sonra İran Xarici İşlər vəzarətində işə düzəldi. Dəməşq şəhərində konsul kimi xidmət etdi.

Müzəffər xan 1910-cu ildə Xarici İşlər vəzarətindən istefa etdi. Elə həmin ildə sərhəng (polkovnik) rütbəsində Xorasan ordusunda vəzifə tutdu. Ona bu işdə hərbi nazir Əhməd xan Qəvaməddövlə yardım göstərmişdi. Orduda Salari-Müzəffər ləqəbini daşıyırdı. Ardınca sərtib (general-mayor) rütbəsi aldı.

Müzəffər xan 1911-ci ildə Kürdüstan əyalətinə vali göndərildi.

Müzəffər xan Aləm bir müddət nəzmiyyə idarəsinin rəisi Yeprem xanın müavini olmuşdu. 1912-ci ildə Yeprem xan öldürüləndən sonra Nəzmiyyə idarəsinə (İran Polis təşkilatına) rəhbərlik etməyə başladı. Sultan Əhməd şah Qacar ona Sərdari-İntisar ləqəbi verdi.

Müzəffər xan Aləm 1918-ci ildə Mirzə Həsən xan Vüsuqəddövlənin baş nazirliyi dönəmində İsmayıl ağa Simitqonun məhv edilməsi üçün Cənubi Azərbaycana göndərildi.

Müzəffər xan Aləm Cənubi Azərbaycan ordusuna komandanlıq etmişdi. Orda valinin müavini olmuş, Şeyx Məhəmməd Xiyabaniyə qarşı vuruşmuşdu.

Müzəffər xan Aləm sonra İsfahan ordusuna komandanlıq etmişdi.

Müzəffər xan Aləm 1923-cü ildə yenidən İran polisinə rəhbərlik etmişdi. 1924-cü ildə Kürdüstana vali göndərilmişdi. Sonra ard-arda Xəlici-Fars limanına, Lorestan, Fars və Azərbaycan əyalətlərinin başçısı olmuşdu.

Müzəffər xan Aləm 1936-cı ildə İran Ticarət təşkilatına rəhbərlik etmişdi.

Müzəffər xan Aləm 7 mart 1939-cu ildən20 aprel 1943-cü ilədək İranın Xarici İşlər vəziri olmuşdu.

Müzəffər xan Aləm 1973-cü ildə Tehran şəhərində vəfat etdi.

Həmçinin bax

  • İran Xarici İşlər nazirləri
  1. MOẒAFFAR AʿLAM // Encyclopædia Iranica (ing.). / N. Sims-Williams, A. Ashraf, H. Borjian, M. Ashtiany USA: Columbia University, 1982. ISSN 2330-4804

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Müzəffər Aləm haqqında məlumat. Müzəffər Aləm nədir? Müzəffər Aləm nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 25, 2026

    Ud

  • Fevral 27, 2026

    Dinəvəri

  • Fevral 23, 2026

    İyun

  • Fevral 27, 2026

    Məhəmmədəli şah

  • Fevral 28, 2026

    Sərdar Əsəd

Trend Mahnılar
  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst