Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Filds medalı Beynəlxalq Riyaziyyat Birliyi tərəfindən dörd ildə bir keçirilən Beynəlxalq Riyaziyyat Konqresində yaşı 40-dan çox olmayan iki, üç və ya dörd riyaz

Filds medalı

  • Ana Səhifə
  • Vikipediya
  • Filds medalı

Filds medalı Beynəlxalq Riyaziyyat Birliyi tərəfindən dörd ildə bir keçirilən Beynəlxalq Riyaziyyat Konqresində yaşı 40-dan çox olmayan iki, üç və ya dörd riyaziyyatçıya verilən mükafatdır. Bu mükafat onu təsis edən Kanada riyaziyyatçısı Con Çarlz Fildsin şərəfinə adlandırılmışdır. Filds medalı riyaziyyat sahəsində ən yüksək mükafatlardan biri hesab olunur və həm bu mükafata, həm də riyaziyyatçılara verilən digər bir mükafat olan Abel mükafatına bəzən "riyaziyyatçıların Nobel mükafatı" deyirlər.

Filds medalı
Fields Medal

Tip elmi mükafat[d]
Statistika
Təsis tarixi 1936
mathunion.org/imu-awards…
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Filds medalının ön tərəfi
Filds medalının arxa tərəfi

İlk dəfə 1936-cı ildə Finlandiya riyaziyyatçısı Lars Ahlfors və ABŞ riyaziyyatçısı Cessi Duqlasa təqdim edilmişdir. Bundan sonra, İkinci dünya müharibəsinə görə növbəti mükafat yalnız 1950-ci ildə verilmiş və bu zamandan başlayaraq mütəmadi olaraq hər dörd ildən bir təqdim olunur.

Mündəricat

Laureatlar

1936
  • Finlandiya Lars Ahlfors
  • ABŞ Cessi Duqlas
1950
  • Fransa Loran Şvarts
  • Norveç Atle Selberq
1954
  • Yaponiya Kunihiko Kodayra
  • Fransa Jan-Pyer Serr
1958
  • Böyük Britaniya Klaus Rot
  • Fransa Rene Tom
1962
  • İsveç Lars Hörmander
  • ABŞ Con Milnor
1966
  • Böyük Britaniya Maykl Atiya
  • ABŞ Pol Kohen
  • Fransa Aleksandr Qrotendik
  • ABŞ Stiven Smeyl
1970
  • Böyük Britaniya Alan Beyker
  • Yaponiya Heysuke Hironaka
  • SSRİ Sergey Novikov
  • Böyük Britaniya Con Tompson
1974
  • İtaliya Enriko Bombieri
  • ABŞ Devid Mamford
1978
  • Fransa Pyer Delin
  • ABŞ Çarlz Fefferman
  • SSRİ Qriqori Marqulis
  • ABŞ Daniel Kvillen
1982
  • Fransa Alen Konn
  • ABŞ Uilyam Törston
  • Çin Şin-Tan Yau
1986
  • Böyük Britaniya Saymon Donaldson
  • Almaniya Qerd Faltinqs
  • ABŞ Maykl Fridman
1990
  • SSRİ Vladimir Drinfeld
  • Yeni Zelandiya Von Cons
  • Yaponiya Siqefumi Mori
  • ABŞ Edvard Vitten
1994
  • Rusiya Yefim Zelmanov
  • Fransa Pyer-Lui Lions
  • Belçika Jan Burqen
  • Fransa Jan-Kristof Yokkoz
1998
  • Böyük Britaniya Riçard Borçerds
  • Böyük Britaniya Timoti Qauers
  • Rusiya Maksim Kontseviç
  • ABŞ Körtis MakMullen
2002
  • Fransa Loran Lafforq
  • Rusiya Vladimir Voyevodski
2006
  • Rusiya Andrey Okunkov
  • Rusiya Qriqori Perelman
  • Avstraliya-ABŞ Terens Tao
  • Fransa Vendelin Verner
2010
  • İsrail Elon Lindenştrauss
  • Vyetnam-Fransa Nqo Bao Tyau
  • Rusiya Stanislav Smirnov
  • Fransa Sedrik Villani
2014
  • Braziliya-Fransa Artus Avila
  • Kanada-ABŞ Mancul Bharqava
  • Avstriya Martin Hayrer
  • İran-ABŞ Məryəm Mirzəxani

Bəzi faktlar

Terens Tao, Vendelin Verner və Andrey Okunkov 2006-cı ilin konqresində. Madrid

1954-cü ildə 27 yaşında ikən Filds medalını qazanan ən gənc alim olan Jan-Pyer Serr hələ də bu titulu qoruyub saxlayır.

1966-cı ildə Aleksandr Qrotendik, 2006-cı ildə isə Qriqori Perelman bu medala layiq görülsələr də, onu almaqdan imtina etmişlər.

1970-ci ildə Sergey Novikov, 1978-ci ildə isə Qriqori Marqulis Sovet hökumətinin qoyduğu qadağalara görə mükafatlandırma mərasimlərində iştirak edə bilməmişlər.

1990-cı ildə Edvard Vitten bu mükafatı alan ilk və hələ ki yeganə fizik olmuşdur.

2014-cü ildə Artus Avila bu mükafatı alan ilk Braziliyalı və Latın Amerikalı olmuşdur. Eyni ildə Məryəm Mirzəxani bu mükafata layiq görülən ilk qadın və eyni zamanda ilk İran əsilli şəxs olmuşdur.

Ədəbiyyat

  • Atiyah M., Iagolnitzer D. (eds.) Fields medallists’ lectures. World Scientific, 2003. ISBN 981-238-256-9
  • Casacuberta C., Castellet M. (eds.) Mathematical research today and tomorrow. Viewpoints of seven Fields medalists. Springer-Verlag, 1992. ISBN 3-540-56011-4
  • Monastyrsky M. Modern mathematics in the light of the Fields medals (with a foreword by Freeman Dyson). A K Peters, 1998. ISBN 1-56881-065-2

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Filds medalı haqqında məlumat. Filds medalı nədir? Filds medalı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    Rambler

  • Fevral 27, 2026

    Fədəkiyyə xütbəsi

  • Fevral 27, 2026

    Amül

  • Fevral 26, 2026

    Oldos Haksli

  • Fevral 27, 2026

    Vaqif Cəbrayılzadə

Trend Mahnılar
  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst