Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Müseyib Məmmədcəfər oğlu Hüseynov (1897, Gədəbəy, Yelizavetpol qəzası – 1955) — Azərbaycan həkimi və dövlət xadimi, Azərbaycan SSR xalq səhiyyə komissarı (1935–

Müseyib Hüseynov

  • Ana Səhifə
  • Vikipediya
  • Müseyib Hüseynov

Müseyib Məmmədcəfər oğlu Hüseynov (1897, Gədəbəy, Yelizavetpol qəzası – 1955) — Azərbaycan həkimi və dövlət xadimi, Azərbaycan SSR xalq səhiyyə komissarı (1935–1938).

Müseyib Hüseynov
Müseyib Məmmədcəfər oğlu Hüseynov
Azərbaycan SSR xalq səhiyyə komissarı
11 yanvar 1935 – 8 may 1938
ƏvvəlkiMöhsün Qədirli
SonrakıKübra Fərəcova
Azərbaycan Tibb İnstitutunun direktoru
1934 – 1935
ƏvvəlkiƏziz Əliyev
SonrakıƏziz Əliyev
Şəxsi məlumatlar
Doğum tarixi 1897(1897)
Doğum yeri
  • Gədəbəy, Yelizavetpol qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 1955(1955) (57–58 yaşında)
Vəfat səbəbi siyasi repressiya
Partiya
  • Sovet İttifaqı Kommunist Partiyası
Təhsili
  • Birinci Tiflis gimnaziyası,
  • Bakı Dövlət Universiteti
Fəaliyyəti həkim, siyasətçi
Elmi fəaliyyəti
Elm sahəsi otorinolarinqologiya

Həyatı

Müseyib Hüseynov 1897-ci ildə Gədəbəydə anadan olub. Kasıbçılıqdan Gədəbəydə almanların fəaliyyət göstərdiyi "Simmens" misəritmə kombinatında çalışıb. Burada bolşeviklərə qoşulan Müseyib kombinat fəhlələri, kəndçilər və hətta məktəblilər arasında inqilabi təbliğat aparıb, üzvü olduğu partiyanın kənd özəklərinin yaradılmasında öndərlik edib.

M. Hüseynov 1921-ci ildə Azərbaycan Dövlət Universitetinin tibb fakültəsinə daxil olub. Təhsilini başa vurduqdan sonra universitet rəhbərliyi onu qulaq-boğaz-burun kafedrasında ştatdankənar ordinator kimi saxlayıb. 1928-ci ildfə M. Hüseynov Almaniyanın Münxen şəhərinə göndərilir. Şəhərin tanınmış və yüksək dərəcəli həkimlərinin işlədiyi klinikalarından birində üç il müddətində yetərincə təcrübə toplayır. O, 1931-ci ildə geri qayıtmışdır.

1934–1935-ci illərdə Azərbaycan Tibb İnstitutunun rektoru olmuşdur. 1935-ci ildə Azərbaycan SSR xalq səhiyyə komissarı təyin edilmişdir. Komissar olduğu dövründə tibbi müəssisələrin inkişafında, əhaliyə tibbi yardımın (xüsusilə kənd rayonlarında) təşkilində, milli kadrların yetişdirilməsində, yeni xəstəxana və poliklinikaların açılmasında, orta tibb kadrları çatmazlığının aradan qaldırılmasında və s. çox işlər görmüşdür.

7 iyun 1938-ci ildə NKVD-nin əməkdaşları Avakimov və Gevorkov L-597 nömrəli orderlə Müseyib Hüseynovun evində axtarış aparılmış və həmin gün həbs edilmişdir. Onu "alman casusu" ittihamı ilə həbs ediblər.

Ailəsi

Siyasi və dövlət xadimi, Azərbaycan SSR xalq ictimai təminat komissarı, Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin katibi Rəhim Hüseynovun qardaşı, Azərbaycan Dəri Xəstəlikləri İnstitutunun direktoru, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu Dəri Xəstəlikləri kafedrasının müdiri, tibb elmləri doktoru Məhərrəm Hüseynovun əmisi oğludur.

Alman Rut xanımla evlənmişdir. Onların Oskar və Nazim adlı iki oğulları olub. Oskar Hüseynov Azərbaycanda həm burun boğaz xəstəlikləri üzrə baş həkim, həm də uzun müddət Tibb İnstitutunda baş elmi katib, kafedra müdiri olmuşdur.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Müseyib Hüseynov haqqında məlumat. Müseyib Hüseynov nədir? Müseyib Hüseynov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Tiberia

  • Fevral 27, 2026

    Perucca

  • Fevral 27, 2026

    Çəmbərəkənd

  • Mart 01, 2026

    Ticarət mərkəzi

  • Mart 01, 2026

    103 (ədəd)

Trend Mahnılar
  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst