Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Müseyib Mirzə oğlu Dadaşov (23 mart 1896, Balaxanı, Bakı qəzası – 13 avqust 1981, Bakı) — Azərbaycan SSR Ali Sovetinin VII, VIII, IX, X deputatı, Azərbaycan Kom

Müseyib Dadaşov

  • Ana Səhifə
  • Vikipediya
  • Müseyib Dadaşov

Müseyib Mirzə oğlu Dadaşov (23 mart 1896, Balaxanı, Bakı qəzası – 13 avqust 1981, Bakı) — Azərbaycan SSR Ali Sovetinin VII, VIII, IX, X deputatı, Azərbaycan Kommunist Partiyası Yardımlı Rayon, Astara Rayon və Gədəbəy Rayon komitələrinin birinci katibi.

Müseyib Dadaşov
Azərbaycan Kommunist Partiyası Gədəbəy Rayon Komitəsinin birinci katibi
193? – 1937
Azərbaycan Kommunist Partiyası Astara Rayon Komitəsinin birinci katibi
193? – 193?
Azərbaycan Kommunist Partiyası Yardımlı Rayon Komitəsinin birinci katibi
1933 – 193?
Şəxsi məlumatlar
Doğum tarixi 23 mart 1896(1896-03-23)
Doğum yeri
  • Balaxanı, Bakı qəzası, Bakı quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 13 avqust 1981(1981-08-13) (85 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Dəfn yeri
  • Birinci Fəxri Xiyaban
Partiya
  • Sovet İttifaqı Kommunist Partiyası (1918–1981),
  • Rusiya Sosial-Demokrat Fəhlə (bolşeviklər) Partiyası (1917–1918)
Fəaliyyəti siyasətçi

Təltifləri "Lenin" ordeni "Oktyabr inqilabı" ordeni — 1971 "Xalqlar dostluğu" ordeni "Şərəf nişanı" ordeni

Mündəricat

Həyatı

Müseyib Dadaşov 1896-cı ildə Balaxanı kəndində fəhlə ailəsində anadan olmuşdur. 1912-ci ildən Xəzər-Qara dəniz mexaniki emalatxanalarının çilingəri olaraq işləməyə başlamışdır.

1957-ci ildən ittifaq əhəmiyyətli fərdi təqaüdçü olmuşdur.

Müseyib Dadaşov 13 avqust 1981-ci ildə vəfat etmişdir. Vəfatı ilə bağlı "Kommunist" qəzetinin 14 avqust 1981-ci il tarixli nəşrinin 2-ci səhifəsində məlumat verilmiş, məlumatın sonunda Heydər Əliyev, Kamran Bağırov, Həsən Seyidov, Süleyman Tatlıyev, Lidiya Rəsulova, Ramiz Mehdiyev, Həsən Həsənov kimi dövlət xadimlərinin imzası əlavə olunmuş idi. O, Fəxri Xiyabanda dəfn olunmuşdur.

Siyasi fəaliyyəti

Müseyib Dadaşov 1917-ci ilin mart ayında Rusiya Sosial Demokrat Fəhlə Partiyası (bolşeviklər) sıralarına daxil olmuşdur. Fevral inqilabından sonra Balaxanı Rayon Deputatları Sovetinin deputatı olmuşdur. Bakı Kommunası dövründə Müseyib Dadaşov Balaxanı Rayon Qızıl Qvardiya Qərargahının üzvü olmuşdur.

Aprel işğalından sonra aktiv siyasi fəaliyyətinə açıq şəkildə davam edən Müseyib Dadaşov Azərbaycan LKGİ-nin I Qurultayının təşkilatçılarından olmuş və Azərbaycan LKGİ Mərkəzi Komitəsinin üzvü seçilmişdir.

1921-ci ildə Müseyib Dadaşov Kommunist İnternasionalının III Konqresində iştirak etmişdir.

Müseyib Dadaşov 1933-cü ilədək Azərbaycan Kommunist Partiyası Nuxa, Şamaxı, Lənkəran qəza komitələrində çalışmış, 1933–1937-ci illərdə Azərbaycan Kommunist Partiyası Yardımlı, Astara və Gədəbəy rayon komitələrinin birinci katibi vəzifəsində çalışmışdır. 1938-ci ildən isə rəhbər təsərrüfat işində fəaliyyətə başlamışdır.

1948-ci ildən Azneft Birliyinin fəhlə təchizatı idarəsində rəhbər vəzifədə çalışmışdır.

Təqaüdə çıxdıqdan sonra Azərbaycan LGKİ Respublika İnqilabi Şöhrət Şurasının sədri olmuşdur.

Müseyib Dadaşov Sovet İttifaqı Kommunist Partiyasının XXIII, XXIV, XXV qurultaylarının nümayəndəsi, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü, Azərbaycan SSR Ali Sovetinin VII, VIII, IX, X deputatı olmuşdur.

Xatirəsi

Vaxtilə Vladimir Lenin ilə görüşüb, onunla söhbət etmiş Müseyib Dadaşovun bu görüşü haqda "İliçin döyünən qəlbi" filmində süjet verilmişdir.

1972-ci ildə isə Əhməd Abdullayevin rejissorluğu, Emil Ağayevin ssenaristliyi ilə Müseyib Dadaşovun həyat fəaliyyətini əks etdirən "O, Lenini görmüşdür" filmi çəkilmişdir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Müseyib Dadaşov haqqında məlumat. Müseyib Dadaşov nədir? Müseyib Dadaşov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Canbərdi Qəzai

  • Fevral 27, 2026

    Matera

  • Fevral 27, 2026

    BTR-70

  • Fevral 27, 2026

    Teatr

  • Fevral 27, 2026

    Ənənəvi animasiya

Trend Mahnılar
  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst