Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Dursun Müsavat Dərvişoğlu (1 fevral 1960, Ankara) — İYİ Partiyanın ikinci sədri (2024-cü ildən), Türkiyə Böyük Millət Məclisi XXVII və XXVIII çağırışlarının mil

Müsavat Dərvişoğlu

  • Ana Səhifə
  • Vikipediya
  • Müsavat Dərvişoğlu

Dursun Müsavat Dərvişoğlu (1 fevral 1960, Ankara) — İYİ Partiyanın ikinci sədri (2024-cü ildən), Türkiyə Böyük Millət Məclisi XXVII və XXVIII çağırışlarının millət vəkili, TBMM İYİ Partiya fraksiyasının sədri, sabiq sədr müavini, İYİ Partiyanın məhəll idarələrdən məsul sabiq sədr müavini, Ülkü Ocaqları Təhsil və Mədəniyyət Vəqfinin başqanı.

Müsavat Dərvişoğlu
İYİ Partiya sədri
Vəzifədədir
27 aprel 2024-cü ildən
    ƏvvəlkiMeral Akşenər
    Türkiyə Böyük Millət Məclisi XXVII və XXVIII çağırışlarının millət vəkili
    Vəzifədədir
    7 iyul 2018-ci ildən
      Seçki dairəsi2018 — İzmir
      2023 — İzmir
      TBMM İYİ Partiya fraksiyasının sədri
      Vəzifədədir
      1 may 2024-cü ildən
        ƏvvəlkiKoray Aydın
        TBMM İYİ Partiya fraksiyasının sədr müavini
        2 avqust 2019 – 1 may 2024
        SədrOrxan Çakırlar (2018-2020)
        İsmayıl Tatlıoğlu (2020-2023)
        Koray Aydın (2023-2024)
        ƏvvəlkiYavuz Ağırəlioğlu
        SonrakıBuğra Kavuncu
        İYİ Partiyanın məhəlli idarələrdən məsul sədr müavini
        27 oktyabr 2017 – 2 avqust 2019
        Əvvəlkivəzifə təsis edildi.
        Sonrakıvəzifə ləğv edildi.
        Ülkü Ocaqları Təhsil və Mədəniyyət Vəqfinin başqanı
        1987 – 1989
        ƏvvəlkiAyhan Acar
        SonrakıAli Metin Tokdemir
        Şəxsi məlumatlar
        Doğum adı Dursun Müsavat Dervişoğlu
        Doğum tarixi 1 fevral 1960(1960-02-01) (66 yaş)
        Doğum yeri
        • Ankara, Ankara ili, Türkiyə
        Partiya
        • MHP (–1980),
        • Milliyyətçi Çalışma Partiyası[d] (1985–1993),
        • MHP (1993–2017),
        • İYİ Partiya (2017)
        Təhsili
        • Qazi Universiteti
        Fəaliyyəti siyasətçi
        Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

        Mündəricat

        Həyatı

        Dursun Müsavat Dərvişoğlu 1 fevral 1960 tarixində Ankara şəhərində Ordu ili Fatsa ilçəsindən olan ailədə anadan olmuşdur. İbtidai və orta təhsilini Fatsada, lisey təhsilini isə Ankara, Fatsa və Samsunda tamamlamışdır. Ali təhsilini Ankara İqtisadi və Ticari Elmlər Akademiyasının İdarəetmə (İşlətmə) fakültəsində idarəetmə ixtisası üzrə almışdır. 12 sentyabr 1980-ci il dövlət çevrilişi səbəbi ilə məcburi olaraq ali təhsilinə ara verən Müsavat Dərvişoğlu daha sonra elan olunan tələbə əfvlərindən yararlanmış və təhsilini Qazi Universiteti İqtisadi idarəetmə elmləri fakültəsində tamamlamışdır. 1991-ci ildən bəri İzmirdə yaşayır.

        Müsavat Dərvişoğlunun Azərbaycan Respublikasının sabiq Prezidenti Əbülfəz Elçibəy ilə tanışlığı var idi.

        Kutlu Savaş tərəfindən Susurluq qəzası üçün hazırlanan Susurluq Raportunda Mehmet Eymür ilə əlaqəli olduğu bildirilən Kocaeli Cinayət Təşkilatı başçısı Hadi Özcan Türkiyə Böyük Millət Məclisi Susurluq Komissiyasında verdiyi ifadədə Dərvişoğlunun Mehmet Eymürün adamı olduğunu iddia etmişdir. Vətən Partiyası lideri Doğu Pərinçək Müsavat Dərvişoğlunun ştatlı Milli Kəşfiyyat Təşkilatı agenti olduğunu və onun Pərinçəkə sui-qəsd planladığını iddia etmişdir. Müsavat Dərvişoğlu isə bu iddiaları təkzib etmişdir.

        Ailəsi

        Ailəlidir və 1 qızı var. Qardaşı Məhəmməd Dərvişoğlu 2014-cü ilədək Milli Kəşfiyyat Təşkilatı müşaviri Hakan Fidanın müavini və 2014–2017-ci illərdə isə İctimai Asayiş və Təhlükəsizlik müşaviri olmuşdur. 2017-ci ildə vəzifəsindən istefa vermişdir. O, Abdullah Öcalanla görüşən heyətin tərkibində də olmuşdur.

        Siyasi fəaliyyəti

        Milliyətçi Hərəkat Partiyası dövrü

        Ülkücü və milliyətçi ideologiyada olan Müsavat Dərvişoğlu siyasətə Milliyətçi Hərəkat Partiyasında başlamışdır. 1978-ci ildə Ülkücü Gənclik Dərnəyinin Fatsa İlçə Təşkilatının başqanı olmuşdur. 1987–1989-cu illərdə o, Bizim Ocaq dərgisi və ardınca 1988-ci ildə Gənclik, Mədəniyyət və Sənət Ocaqları Vəqfi adı altında təşkilatlanmış Ülkü Ocaqları Təhsil və Mədəniyyət Vəqfinin başqanı olmuşdur. 1989-cu ildə Ülkü Ocaqları başqanı vəzifəsindən Alparslan Türkeş tərəfindən azad edilmiş və Milliyətçi Çalışma Partiyası Mərkəzi Aparatında vəzifəyə təyin olunmuşdur. Daha sonra, o, yenə Türkeş tərəfindən partiyanın İzmir İl Təşkilatında vəzifələndirilmişdir.

        Siyasi həyatına Milliyətçi Hərəkat Partiyasında davam edən Müsavat Dərvişoğlu 2000–2011-ci illərdə partiyanın İzmir İl Təşkilatının başqanı vəzifəsini daşımışdır.

        Müsavat Dərvişoğlu 2006-cı il tarixli Milliyətçi Hərəkat Partiyası VI Qurultayında namizədliyini açıqlamış Ümid Özdağı deyil, mövcud sədr Dövlət Baxçalını dəstəkləmişdir. O, türkün liderini qurultay nümayəndələrinin yox, kainatın seçdiyini söyləmiş və sədaqətin də əslində ona itaətdən ibarət olduğunu açıqlamışdır.

        2009-cu il bələdiyyə seçkilərində Müsavat Dərvişoğlu Milliyətçi Hərəkat Partiyasından İzmir Böyükşəhər Bələdiyyə başçılığına namizəd olmuşdur. Seçkilərdə 137 765 səs (6.99%) toplayan Dərvişoğlu Cümhuriyyət Xalq Partiyası namizədi Əziz Qocaoğlu və Ədalət və İnkişaf Partiyası namizədi Taha Aksoyun ardınca seçkiləri 3-cü sırada tamamlamışdır. 2011-ci il parlament seçkilərində partiyasının İzmir 1-ci bölgə üzrə deputatlığa namizədlər siyahısında Oktay Vural və Şenol Balın ardınca 3-cü sırada qərarlaşmışdır. Partiyası o seçki bölgəsi üzrə topladığı səslərə əsasən sadəcə 1 millət vəkili mandatı qazandığı üçün deputat seçilə bilməmişdir. 2012-ci ildə keçirilən Milliyətçi Hərəkat Partiyası X Qurultayında 43 qurultay nümayəndəsinin imzası ilə Dövlət Baxçalı və Koray Aydın ilə birgə partiya sədrliyinə namizəd olmuşdur. Baxçalının 725, Aydının 441 səs topladığı sədr seçkisində Dərvişoğlu məğlub olmuş, Baxçalı isə növbəti dəfə sədr seçilmişdir.

        Müsavat Dərvişoğlu Milliyətçi Hərəkat Partiyasının 2016-cı il tarixli fövqəladə qurultayında Meral Akşenəri dəstəkləmişdir. 17 aprel 2017-ci ildə Dərvişoğlu partiyasından istefa vermişdir.

        İYİ Partiyada

        Müsavat Dərvişoğlu 25 oktyabr 2017-ci ildə təsis olunan İYİ Partiyanın qurucu üzvü olmuşdur. O, həmçinin, partiyanın ilk Ümumi İdarə Heyətinə seçilmişdir. İki gün sonra o, Akşenər tərəfindən məhəlli idarələrdən məsul sədr müavini vəzifəsinə təyin olunmuşdur. Dərvişoğlu 2018-ci il parlament seçkilərində İYİ Partiyanın İzmir 1-ci bölgə vahid namizədlər siyahısında 1-ci yerdə qərar tutmuş və deputat seçilmişdir.

        Dərvişoğlu 2019-cu il bələdiyyə seçkilərində Cümhuriyyət Xalq Partiyası və İYİ Partiya arasında qurulmuş ittifaq üçün aparılan görüşmələrdə təşkilatlardan məsul sədr müavini Koray Aydınla bərabər partiyasını təmsil etmişdir. 2 avqust 2019-cu ildə o, başqa vəzifəyə təyinat alan Yavuz Ağırəlioğlunun ardınca TBMM-də İYİ Partiya fraksiyasının sədr müavini seçilmişdir. Bu səbəblə Müsavat Dərvişoğlu 4 avqust 2019-cu il tarixli İYİ Partiya IV Qurultayında seçkili orqanlara namizəd olmamışdır.

        Dərvişoğlu 2023-cü il parlament seçkilərində yenidən İYİ Partiyanın İzmir 1-ci bölgə vahid namizədlər siyahısında 1-ci yerdə qərar tutmuş və deputat seçilmişdir. Müsavat Dərvişoğlu parlament seçkilərinin ardınca 7 iyun 2023-cü ildə yenidən TBMM İYİ Partiya fraksiyasının sədr müavini seçilmişdir. Dərvişoğlu 2024-cü il bələdiyyə seçkilərində Cümhuriyyət Xalq Partiyası ilə müttəfiqliyə qarşı çıxmışdır. Seçkilərdə ağır məğlubiyyət yaşayaraq öncəki seçkilərə nəzərən səslərini 7,76%-dən 3,6%-ə, son parlament seçkilərinə nəzərən isə 9,69%-dən 3,6%-ə endirmiş İYİ Partiyada seçkilərə tək başına girmə strategiyası olan "Hür ve Müstakil İYİ Parti" strategiyasını müdafiə etmiş sədr Meral Akşenər 27 aprel 2024 tarixinə fövqəladə qurultay təyin etmişdir. O, qurultayda namizəd olmayacağını açıqlamışdır. Dərvişoğlu 8 aprel 2024 tarixində sədrliyə namizədliyini açıqlamışdır. Mediada Dərvişoğlu Akşenərin namizədi və "əmanətçi namizəd" olaraq anılsa da, bütun bu iddiaları rədd etmiş və özünün əmanətçi olacaq xarakterdə olmadığını, Akşenərin isə belə bir zehniyyətdə olmadığını qeyd etmişdir. 27 aprel 2024-cü ildə keçirilmiş İYİ Partiya IV Fövqəladə Qurultayında sədrliyə seçkilərin birinci turunda Koray Aydın 472, Müsavat Dərvişoğlu 370, Mehmet Tolga Akalın 327, Günay Kodaz isə 2 səs toplamışdır. İlk iki turda partiya nizamnaməsinə əsasən 1302 qurultay nümayəndəsinin yarısından çoxunun səsini toplayan sədr seçildiyi üçün seçkilər ikinci tura qalmışdır. İkinci turda namizəd Mehmet Tolga Akalın heç bir namizədə dəstək verməyərək namizədliyini geri çəkdiyini açıqlamışdır. İkinci turda Müsavat Dervişoğlu 570, Koray Aydın 565, Mehmet Tolga Akalın 15, Günay Kodaz isə 3 səs toplamışdır. Seçki ən çox səs toplayan 2 nəfər arasında ən çox səs toplayanın sədr seçiləcəyi üçüncü tura qalmışdır. Namizəd Günay Kodaz üçüncü turda Koray Aydını dəstəklədiyini açıqlamışdır. Üçüncü turda Dərvişoğlu 611, Aydın isə 548 səs toplamışdır. Beləliklə, Müsavat Dərvişoğlu Meral Akşenərin ardınca İYİ Partiyanın ikinci sədri seçilmişdir.

        vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Müsavat Dərvişoğlu haqqında məlumat. Müsavat Dərvişoğlu nədir? Müsavat Dərvişoğlu nə deməkdir?

        ←Növbəti YazıƏvvəlki Yazı→
        Ən Oxunanlar - Vikipediya
        • Fevral 27, 2026

          Stratifikasiya

        • Fevral 27, 2026

          Fars ədəbiyyatı

        • Fevral 27, 2026

          Eric Burdon

        • Fevral 25, 2026

          Kleptokratiya

        • Fevral 27, 2026

          Tamillər

        Trend Mahnılar
        • Fevral 21, 2026

          Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

        • Fevral 24, 2026

          Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

        • Fevral 17, 2026

          Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

        • Fevral 21, 2026

          Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

        • Fevral 25, 2026

          Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

        Studia

        • Vikipediya
        • Musiqi

        Xəbər Bülleteni Abunəliyi

        Əlaqə Saxlayın
        Bizimlə Əlaqə
        © 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
        Müəllif hüquqları: Dadash Mammadov
        Üst