Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Mürsəl Tağı oğlu Bədirov (27 oktyabr 1931, Mahaçqala – 26 fevral 2003, Bakı) — Azərbaycanın bariton səsli opera müğənnisi, Azərbaycan SSR Xalq artisti (1979).

Mürsəl Bədirov

  • Ana Səhifə
  • Vikipediya
  • Mürsəl Bədirov

Mürsəl Tağı oğlu Bədirov (27 oktyabr 1931, Mahaçqala – 26 fevral 2003, Bakı) — Azərbaycanın bariton səsli opera müğənnisi, Azərbaycan SSR Xalq artisti (1979).

Mürsəl Bədirov
Mürsəl Tağı oğlu Bədirov
Mürsəl Tağı oğlu Bədirov
Mürsəl Tağı oğlu Bədirov
Ümumi məlumatlar
Doğum tarixi 27 oktyabr 1931(1931-10-27)
Doğum yeri
  • Mahaçqala, Dağıstan MSSR, RSFSR, SSRİ
Vəfat tarixi 26 fevral 2003(2003-02-26) (71 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni
Fəaliyyət illəri 1951 – 2003
Janr opera
Səs tembri bariton
Mükafatları "Azərbaycan SSR xalq artisti" fəxri adı — 19791979 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1964
"Əməkdə fərqlənməyə görə" medalı — 19591959

Mündəricat

Həyatı

Mürsəl Bədirov 27 oktyabr 1931-ci ildə Dağıstanda anadan olub. O, orta təhsilini Dağıstanda alıb. 1951-ci ildə Azərbaycan Milli Konservatoriyasının Vokal şöbəsinə daxil olub. Tələbə vaxtı opera tamaşalarında epizodik rollarda oynayıb. 1956-cı ildə təhsilini başa vuran Mürsəl Bədirov Opera və Balet Teatrında solist kimi fəaliyyət göstərib.

Mürsəl Bədirov teatrda işlədiyi illərdə bir çox tamaşalarda fərqli obrazları canlandırıb. O, Jorj Bizenin "Karmen" (Eskamilo və Morales, Dankayro), Pyotr Çaykovskinin "Yevgeni Onegin" (Onegin), Cakomo Puççininin "Toska" və "ÇioÇio-San" (Sezar Anjelotti, Şarples), Şarl Qunonun "Faust" (Valentin), Sergey Raxmaninovun "Aleko" (Aleko), Leo Delibin "Lakme" (Frederika), İvan Dzerjinskinin "İnsanın taleyi" (Andrey Sokolov), Rucero Leonkovallonun "Məzhəkəçilər" (Silvio), Boris Zeydmanın "Alay oğlu" (Əsgər) operalarında ifa edib.

Mürsəl Bədirov həmçinin azərbaycanlı bəstəkarların da yaradıcılığına müraciət etmişdir. O, Üzeyir bəy Hacıbəyovun "Koroğlu" (Alı), "Leyli və Məcnun" (Nofəl), Müslüm bəy Maqomayevin "Şah İsmayıl" (Qoca ərəb), Cahangir Cahangirovun "Azad" (Xan və Həcir), Fikrət Əmirovun "Sevil" (Atakişi), Ramiz Mustafayevin "Vaqif" (Eldar), Süleyman Ələsgərovun "Bahadır və Sona" (Soltan) operalarında ifa edib.

Opera müğənnisi Mürsəl Bədirov 1972-ci ildən etibarən Konservatoriyanın vokal kafedrasında çalışıb. Habelə 1992-ci ildə professor elmi adını alıb.

Ölümü

Mürsəl Bədirov 2003-cü il fevral ayının 26-da Bakı şəhərində vəfat edib.

Mükafatları

  • "Əməkdə fərqlənməyə görə" medalı — 9 iyun 1959
  • "Azərbaycan SSR Əməkdar artisti" fəxri adı — 29 iyun 1964
  • "Azərbaycan SSR Xalq artisti" fəxri adı — 23 fevral 1979
  • Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 3 dekabr 2001

Filmoqrafiya

  • Sevil (film, 1970)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, mürsəl bədirov sözünün mənası, mürsəl bədirov haqqında məlumat. mürsəl bədirov nədir? mürsəl bədirov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Tonqa bayrağı

  • Mart 01, 2026

    I Levon

  • Fevral 24, 2026

    Halikarnas

  • Mart 01, 2026

    Hilata

  • Fevral 27, 2026

    Antonim

Trend Mahnılar
  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Mart 06, 2026

    Lord Vertigo & Sevinc Urek - Umrumda Deyil 2026 ( Yeni Klip )

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst