Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Hilata (lat. Melanargia hylata) — pulcuqqanadlılar dəstəsinin satirlər fəsiləsinə aid kəpənək növü. Yoxa çıxmaqda olan Talış avtoxtonudur.

Hilata

  • Ana Səhifə
  • Vikipediya
  • Hilata

Hilata (lat. Melanargia hylata) — pulcuqqanadlılar dəstəsinin satirlər fəsiləsinə aid kəpənək növü. Yoxa çıxmaqda olan Talış avtoxtonudur.

Hilata
Elmi təsnifat
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır.
???:
Hilata
Beynəlxalq elmi adı
  • Melanargia hylata
Vikianbarın loqotipi
Şəkil
axtarışı
NCBI  366108
EOL  140062

Mündəricat

Təsviri

Qanadları açıq halda 52–56 mm-dir. Ön qanadın uzunluğu 24–26 mm-dir. Qanadları sarımtıl-krem rəngdə olub kənarları qara-qəhvəyi rəngdədir. Arxa qanadların xarici kənarında 6 ədəd gözşəkilli ləkə vardır. Oxşar ləkələr ön qanadların zirvəsində də vardır.

Yayılması

Azərbaycanın cənub-şərqində (Zuvand) yayılmışdır.

Həyat tərzi

Kserofil bitkili quru, daşlı yamaclarda, əsasən yastıqvari traqakant, gəvən və akantalimon bitən sahələrdə yaşayır. Kəpənəklər mayın sonunda və iyunda uçurlar, ildə bir nəsil verirlər. Tırtıllar apreldə taxıllarla (yerli yulaf növü) qidalanır və küləş içərisində puplaşır. Yumurta mərhələsində qışlayır. Bu kəpənəklər yırtıcı ktır milçəkləri tərəfindən intensiv surətdə ovlanır.

Sayı

R. Əffəndi tərəfindən Talışda 1 kəpənək, 2011-ci ildə V. V. Tixonov tərəfindən 1 kəpənək qeydə alınmışdır.

Məhdudlaşdırıcı amillər

Kəpənəyin yaşayış yerlərinin insanlar tərəfindən zəbt edilməsi, otlaqlara, əkin sahələrinə çevrilməsi tırtıllar üçün kifayət qədər yem bitkisinin olmamasına gətirib çıxarır. Əkin sahələrində küləşin yığılması küləş içərisində puplaşmış kəpənəklərin məhvinə səbəb olur. Həvəskar kolleksiyaçılar tərəfindən kəpənəklərin tutulması da onların sayına mənfi təsir göstərir.

Qorunması üçün qəbul edilmiş tədbirlər

Azərbaycanın Qırmızı kitabının I nəşrinə daxil edilmişdir.

Qorunması üçün məsləhət görülmüş tədbirlər

Kəpənəklərin yaşayış ərazilərinin qorunması, kəpənəyin biologiyasının ətraflı öyrənilməsi, yaşayış ərazilərinə müntəzəm monitorinqlərin təşkil edilməsi qorunması üçün məsləhət görülən tədbirlərdəndir.

Ədəbiyyat

  1. Azərbaycanın Qırmızı kitabı. II cild. Bakı: 2013.
  2. LepIndex: The Global Lepidoptera Names Index. Beccaloni G. W., Scoble M. J., Robinson G. S. & Pitkin B., 2005–06-15.
  3. Рябов М.А. Чешуекрылые Кавказа. Животный мир СССР, т. V, М.–Л.: изд-во АН СССР, 1958, с. 351–475.
  4. Эффенди Р.М. Высшие чешуекрылые Азербайджана. Автореф.дис.канд.биол.наук. Баку: 1971, 24 с.
  5. Коршунов Ю.П. Каталог булавоусых чешуекрылых (Lepidoptera, Rhopalocera) фауны СССР. Энтомологич. обозрение. т. LI. вып. 1–2, 1972, с. 136–154, 352–368.

Həmçinin bax

Talış məxməri kəpənəyi Eyfema Şərqi aleksanor yelkənciyi Xrizip

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Hilata haqqında məlumat. Hilata nədir? Hilata nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Kaktuslar

  • Fevral 27, 2026

    ATP

  • Fevral 20, 2026

    Hüquq

  • Fevral 27, 2026

    II Mirian

  • Mart 01, 2026

    255 (ədəd)

Trend Mahnılar
  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst