Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Kapilyarlıq və ya Kapilyarlıq hadisəsi — maddənin başqa bir maddəni özünə çəkmə hadisəsi. Bir bitkinin ötürmə sistemində və ya nahamar kağızda asanlıqla müşahid

Kapilyarlıq

  • Ana Səhifə
  • Vikipediya
  • Kapilyarlıq

Kapilyarlıq və ya Kapilyarlıq hadisəsi — maddənin başqa bir maddəni özünə çəkmə hadisəsi. Bir bitkinin ötürmə sistemində və ya nahamar kağızda asanlıqla müşahidə oluna bilər. Bir maye ilə başqa bir maddənin molekulyar səviyyədə cazibəsi, mayenin öz molekulları arasındakı cazibə qüvvəsindən daha çox olması nəticəsində meydana çıxır. Bu təsir, mayenin dik bir səthə toxunduğu hissədə maye səthinin menisk adlandırılan konkav halına gəlməsinə səbəb olur. Eyni təsir süngər kimi maddələrin suyu əmməsinədə də görülür.

Beynəlxalq Kosmik Stansiyada, kapilyarlıq hadisəsinin müşahidə edilməsi üçün qurulmuş qurğu

Kapilyarlığı müşahidə etmək üçün ən çox istifadə edilən qurğu kapilyar borulardır. Şüşə bir borunun, dik vəziyyətdə, su kimi bir mayenin içinə batırılması nəticəsində konvak bir menisk meydana gəlir. Səth gərginliyi, maye sütununu, cazibə qüvəsi ilə molekülllar arası qüvələr tarazlığa gələnə qədər yuxarı çəkir. Maye sütununun ağırlığı borunun raidusunun kvadratı ilə, maye və boru arasındakı uzaqlığı borunun radiusu mütanasüb olduğundan dar boru mayeni geniş bir borudan daha yuxarı aparır. Misal üçün 0,5 mm radiuslu şüşə boru suyu  2,8 mm yuxarıya çatdırır.

Əhəmiyyəti

Kapilyarlığın təbiətdə rolu böyükdür. Torpaq qatlarında rütubətin ötürülməsi, torpaqdakı qida maddələrinin bitkilər tərəfindən mənimsənilərək, gövdə və budaqlara ötürülməsi, canlı orqanizmdə qanın kapilyar damarlarla verilməsi kapilyarlıq hadisəsi ilə bağlıdır. Kapilyarlıq hadisəsini tikinti işlərində də nəzərə almaq lazımdır. Belə ki, bir çox tikinti materialları (qum, beton, əhəng), keramik məmulatlar, gil və s. kapilyarlara malikdirlər və su da onlar vasitəsilə otağa nüfuz edə bilər. Inşaat işlərində bunun qarşısını almaq üçün binanın bünövrəsinin divarına tol qatı, qatran və ya digər maddələr çəkilir ki, rütubət divar vasitəsilə yaşayış binalarına keçməsin.

BS

BS-də maye stünunun qalxdığı hündürlük h aşağıdakı düsturla hesablanır:

h = 2 γ cos ⁡ θ ρ g r {\displaystyle h={2{\gamma \cos {\theta }} \over {\rho gr}}} {\displaystyle h={2{\gamma \cos {\theta }} \over {\rho gr}}}

Burada

  • γ {\displaystyle \scriptstyle \gamma } {\displaystyle \scriptstyle \gamma } maye səth gərginliyini (J/m² ya da N/m)
  • θ Maye səthinə çəkilmiş toxunanın qabın şaquli divarı ilə

əmələ gətirdiyi bucaq

  • ρ mayenin sıxlığı (kg/m³)
  • g sərbəst düşmə təcli (m/s²)
  • r borunun radiusudur (m)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Kapilyarlıq haqqında məlumat. Kapilyarlıq nədir? Kapilyarlıq nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Timar

  • Fevral 27, 2026

    Zəngəzur dəhlizi

  • Fevral 27, 2026

    Empetrum nigrum

  • Fevral 27, 2026

    Alpout (Ucar)

  • Fevral 27, 2026

    Salahlı (Ağstafa)

Trend Mahnılar
  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst