Mühacir və ya Ekspatriant — öz ölkəsindən başqa bir ölkədə yaşayan şəxs. Geniş bir formada istifadə olunan bu termin öz ölkələrindən kənarda, adətən müstəqil şəkildə və ya şirkətlər, universitetlər, hökumətlər və ya qeyri-hökumət təşkilatları ola biləcək formada işəgötürənlər tərəfindən xaricə göndərilmiş şəxslərə və ya xüsusi tapşırıqları yerinə yetirən peşəkarlara, ixtisaslı işçilərə və ya rəssamlara aid edilir. Bununla bərabər, "mühacir" termini təqaüdçülər və öz ölkəsindən kənarda yaşamağı seçmiş digər şəxslər üçün də istifadə olunur.

Terminin mənası
İngilis dilində expatriate termini adətən Qərb ölkələrindən kənarda yaşayan qərbliləri təsvir etmək üçün istifadə olunsa da, lakin bəzi hallarda bu termin Qərb ölkələrində yaşayan digər qərbliləri, məsələn, Böyük Britaniyada yaşayan amerikalıları və ya İspaniyada yaşayan britaniyalıları təsvir etmək üçün də istifadə edilir. Həmçinin bu termin Avropalıların, məsələn, Birləşmiş Ərəb Əmirliklərində yaşayan şəxsləri üçün də istifadə oluna bilər. Burada əsas meyar mədəni və ya sosial-iqtisadi əlaqədir.
Bu termin hər hansı bir ölkənin vətəndaşı olmayan və həmin ölkədə yaşayan istənilən insanı təsvir etmək üçün də istifadə oluna bilər, lakin adətən xarici ölkədə xidmət edən hökumət məmurlarına aid edilmir.
Ekspatriantlara dəstək
Beynəlxalq şirkətlər əməkdaşlarını xaricdə işləməyə göndərərkən tez-tez onların həyat yoldaşları üçün təlimlər təşkil edirlər, lakin yalnız az sayda şirkət xaricdə işləyən əməkdaşların həyat yoldaşlarının gəlir itkisini kompensasiya edir.
Dəstək səviyyəsi müxtəlif olur: yeni mühitdə həyat yoldaşlarının iş tapmasına kömək etməkdən tutmuş, tərəfdaş strukturlar vasitəsilə tam xidmət göstərməyə qədər. Ekspatriantlara dəstək göstərən layihəyə nümunə olaraq Barselonada fəaliyyət göstərən Gracia Arts Project layihəsi göstərilə bilər.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Mühacir haqqında məlumat. Mühacir nədir? Mühacir nə deməkdir?