Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Müasir incəsənət' (ing. Contemporary art) — müasir dövrdə yaradılan və aktual olan incəsənəti ifadə edən termin. Müasir incəsənət Modern incəsənətdən sonrakı sə

Müasir incəsənət

  • Ana Səhifə
  • Vikipediya
  • Müasir incəsənət

Müasir incəsənət' (ing. Contemporary art) — müasir dövrdə yaradılan və aktual olan incəsənəti ifadə edən termin. Müasir incəsənət Modern incəsənətdən sonrakı sənət mərhələsi olan Postmodern incəsənət dövründən başlayaraq bu günə kimi inkişaf etməkdədir. "Modern" və "müasir" sözləri əsasən sinonim kimi işlədildiyi üçün bu adlar altında təqdim edilən incəsənət dövrləri, bəzən qeyri-mütəxəssislər tərəfindən qarışdırıla və ya eyni anlayış kimi qəbul edilə bilir. Təsadüfi deyildir ki, müxtəlif ölkələrdə "Modern İncəsənət Muzeyi" (ing. Museum of Modern Art) və "Müasir İncəsənət Muzeyi" (ing. Museum of Contemporary Art) adı altında fəaliyyət göstərən muzeylərin əksərində eyni sənətkarların əsərləri sərgilənməkdədir.

Mündəricat

Əhatə dairəsi

Faiq Əhməd - Ənənəvi Azərbaycan xalçası müasir təqdimatda

Müasir incəsənəti “bizim həyatımız”ın məhsulu olan incəsənət kimi təqdim edən tədqiqatçılar etiraf edirlər ki, həyat vaxtı və müddəti fərqli ola bilər. Lakin, ümumi qəbul edilmiş fikrə görə bu anlam müəyyən səviyyədə qəbul edilmiş məhdudiyyətlərə malikdir.

Müasir incəsənətin xüsusi incəsənət tipi kimi klassifikasiyası, ingilis dilli mühitdə Modernizmin formalaşması dövrlərindən başlayır. Londonda Müasir İncəsənət Cəmiyyətinin əsası 1910-cu ildə tənqidçi Rocer Fray tərəfindən, ictimai muzeylərin yerinə sənət əsərlərini alan şəxsi cəmiyyət kimi qoyulmuşdur. 1930-cu illərdə bu termindən istifadə edən, əsası 1938-ci ildə Avstraliyanın Adelaida şəhərində qoyulmuş Müasir İncəsənət Cəmiyyəti kimi bir çox institutlar yaradılmış, 1945-ci ildən sonra isə onların sayı daha da artmağa başlamışdır. Bostondakı Müasir İncəsənət institutu kimi bir çox institutlar əvvəllər adlarında istifadə etdikləri “Modern incəsənət” sözündən imtina etməli olmuşlar, Modernizm tarixi bir hərakata çevrilmiş, bir çox modern əsərləri isə artıq müasir incəsənət nümunəsi kimi qəbul edilməmişdir. Müasirin nə olması anlayışı həmişə dəyişməkdə, ilkin başlanğıc dövründən bu günə kimi irəliləməkdədir, 1910-cu illərdə Müasir İncəsənət Cəmiyyətinin aldığı bir çox əsərləri bu gün Müasir incəsənət nümunəsi hesab etmək olmaz.

Təsviri incəsənət stillərində dəyişikliyin konkret punktları İkinci Dünya müharibəsinin sonları və 1960-cı illərdə formalaşmağa başlamışdır. 1960-cı illərdən bəri isə bir çox dəyişikliklər baş vermiş, 2010-cu illərdə müasir incəsənət anlayışı əsasən dəqiq ifadə edilməyən istiqamətlərdə dəyişmişdir. Son 20 ildə Müasir incəsənət bəzi müəlliflərin qeydlərinə görə 1970-ci illərin incəsənətinə kimi olan əsərləri, bəzilərinə görə, XX əsrin sonları-XXI əsrin əvvəllərində yaradılan incəsənəti, bəziləri XX əsrin sonları-XXI əsrin əvvəllərində yaradılan incəsənəti qəbul etsələr də müasir dövrdə yaradılmaqda olan incəsənətdən imtina edirlər; Ümumi istifadədə Müasir incəsənət termini altında bu gün yaşayan sənətkarlar tərəfindən yaradılan incəsənət başa düşülür; 1960-70-ci illərin incəsənəti də aktuallığını saxlayır; Müasir incəsənət əsərlərini toplayan və ya adında müasir və modern sözlərindən istifadə edən muzeylər isə tez-tez kolleksiyalarının köhnəlməsi problemi ilə qarşılaşırlar. Kiçik satış qalereyaları, mağazalar və bu kimi incəsənət məkanları isə termindən bir qədər fərqli formada istifadə edərək, Müasir incəsənət adı altında 2000-ci illərdən sonra yaradılmış incəsənəti təqdim edirlər. Uzun müddət fəaliyyət göstərən sənətkarların yaradıcılığı isə müxtəlif incəsənət stillərinin hakim olduğu dövrə təsadüf edir, buna görə də tədqiqatçılar onların yaradıcılıqlarını müxtəlif cür dövrləşdirirlər.

İnstitutlar

Nyu-Yorkda Solomon Quqqenhaym muzeyi
Monsoro qəsri-Müasir incəsənət muzeyi.

İncəsənətin inkişafı, incəsənət institutları, muzeylər, qalereyalar, qeyri-kommersiya xarakterli sənət məkanları, incəsənət məktəbləri və naşirlərdən, həmçinin sənətkarların şəxsi praktikaları, kuratorlar, yazıçılar, kolleksiyaçılar və filantroplardan asılıdır. İncəsənət dünyasında əsas bölünmə kommersiya və qeyri-kommersiya yönümləri arasında olsa da, son dövrlərdə qeyri-kommersiv şəxsi və qeyri-kommersiv ictimai yönümlər arasında sərhədlər daha da bulanlıqlaşmışdır.

Məşhur sənətkarlar tərəfindən yaradılmış əsas müasir incəsənət əsərləri kommersiv müasir sənət qalereyaları, şəxsi kolleksiyaçılar, sənət hərracları, korporasiyalar, ictimai sənət fondları, müasir incəsənət muzeyləri və ya sənətkarların özləri tərəfindən “artist-run space” şərairtində sərgilənir. Müasir sənətkarlar qrantlar, mükafat və hədiyyələr, həmçinin əsərlərinin satışından gəlirlər əldə edirlər. Karyera sənətkarları ya incəsənət məktəblərində təhsil almağa, ya da məşhur sənətkarların yanında öyrənməyə üstünlük verirlər.

İctimai maliyyələşən müasir incəsənət və kommersiya sektoru arasında sıx əlaqə vardır. Məsələn, 2005-ci ildə nəşr edilmiş “Beynəlxalq incəsənət bazarları və menecment arasında anlaşma” adlı kitabda qeyd edilir ki, Britaniyada bəzi rəssamların dillerləri ilə aparıcı müasir incəsənət muzeyləri arasında anlaşmalar vardır. Nüfuzlu kitablar və jurnallar, həmçinin individual kolleksiyaçılar güclü nüfuza malik ola bilirlər.

Müasir incəsənət əsərlərini öz iş mərkəzlərində nümayiş etdirən, müasir incəsənət mükafatlarını təşkil edən və maliyyələşdirən, bahalı kolleksiyalar yaradan şirkətlər də özlərini müasir incəsənətə inteqrasiya etmiş olurlar. Korporativ reklamverənlər lüks məhsullara diqqət çəkmək üçün müasir incəsənətlə əlaqəli prestij və kulhantinqdən tez-tez istifadə edirlər.

İnstitutlar müasir incəsənətin ifadə etməli olduğu anlam haqqında məlumatları tez-tez dəyişdiklərinə görə tənqid edilirlər. Məsələn, günümüzdə yaradıldığına görə, Art brut, hərfi anlamda müasir incəsənət hesab edilə bilər. Lakin, incəsənət tədqiqatçılarından biri qeyd edir ki, bu cür əsərlər müasir incəsənət nümunəsi hesab edilə bilməz, çünki, onlar həvəskarlar tərəfindən yaradıldığına görə tarixi kontekstdən kənarda qalırlar. Sərgilərdə böyük auditoriyası olmasına baxmayaraq, toxuma işləri kimi əl işləri də müasir incəsənət nümunələri hesab edilmirlər. İncəsənət tənqidçisi Piter Timms qeyd edir ki, əl işləri müasir incəsənət sahəsinə qəbul edilməsi üçün xüsusi dəyərlərə malik olmalıdır. “Gözəlliyin təbiətini əks etdirmək üçün yaradılmış keramik obyekt sadəcə gözəl olmaqla qalmır, həm də müasir incəsənət nümunəsi kimi qəbul edilir.”

İstənilən məkan və ya sənətkarlar qrupu müasir incəsənətin axın istiqamətinə güclü təsir göstərə bilər. Məsələn, Los-Ancelesdə kommersial qalereya olan Ferus Qalereyası 1950-60-cı illərdə Kaliforniya müasir incəsənət səhnəsinin canlanmasına ciddi təsir göstərmişdir.

İctimai münasibət

Manfred Kielnhofer - Zamanın keşikçiləri, 2006

Müasir incəsənət və onun institutları bəzən ictimayətin əhval-ruhiyyəsini əks etdirmədiyinə görə, onunla münaqişədə imiş kimi görünə bilər. 1990-cı illərdə Britaniyada müasir incəsənət populyar mədəniyyətin tərkibinə qatıldı, sənətkarlar isə ulduzlara çevrildilər, lakin, bu, çoxdan gözlənilən “mədəni utopiya”ya gətirib çıxarmadı. Lakin, Culyan Spaldinq və Donald Kuspit kimi bəzi tənqidçilər qeyd edirlər ki, skeptisizm və hətta imtina bir çox müasir incəsənət nümunələrinə göstəriləcək ağılabatan münasibət olmalıdır. Özünün “Axmaq incəsənət” adlı essesində Brayan Eşbi “əksər instalyasiya incəsənəti, fotoqrafiya, konseptual incəsənət, video və başqa post-modern adlandırılan sənət nümunələrini” tənqid edərək nəzəri ifadə şəkilli şifahi izahatlardan çox asılıdır.

Müzakirə və mübahisələr

XX əsrin əvvəllərindən bəri əsas mübahisələr incəsənətin əsas məsələsinin nə olması ilə bağlı olmuşdur. Müasir dövrdə (1950-ci illərdən bu günə kimi) avanqard anlayışı muzeylər, qalereyalar və kolleksiyaçıların incəsənəti qruplaşdırmasında istifadə edilir. Bəzən, hətta Təbliğat və Əyləncə də Müasir incəsənətin növləri kimi qəbul edilir.

Mükafatlar

Müasir incəsənət sahəsi ilə bağlı mühüm mükafatların adları aşağıda qeyd edilmişdir:

  • Monsoro qəsri-Müasir incəsənət muzeyinin
  • Aldriç Müasir İncəsənət Muzeyinin Yeni Sənətkar mükafatı
  • Cənub İncəsənəti üçün Faktor mükafatı
  • Solomon Quqqenhaym muzeyinin Hüqo Boss mükafatı
  • Con Muirs Rəssamlıq Mükafatı
  • 30 yaşdan gənc rus sənətkarları üçün Kandinski mükafatı
  • Corc Pampidu Mərkəzinin Marsel Düşan mükafatı
  • 40 yaşdan gənc fransız sənətkarları üçün Riçard mükafatı
  • 50 yaşdan gənc Britaniya sənətkarları üçün Törner mükafatı
  • Vitni Biennalisində iştirak hüququ
  • Avropa Müasir incəsənəti üçün Vinsent Van Qoq Biennalisinin Vinsent mükafatı
  • Kanada Gil və Şüşə Qalereyasının keramikaçılar üçün Uinfrid Şantz mükafatı
  • Asiya-Sakit okean pivə zavodlarının İmza Sənət Mükafatı
  • 35 yaşdan gənc çex sənətkarları üçün İndrjix Xalupetski mükafatı

Tarixi

Aşağıdakı cədvəldə Müasir incəsənət hərəkatları və stillərinin onilliklər üzrə xronoloji siyahısı verilmişdir:

1950-ci illər

  • Abstrakt ekspressionizm
  • Amerikan fiqyrativ ekspressionizmi
  • Amerikan səhnə rəssamlığı
  • Antipodeanlar
  • San-Fransisko məktəbi
  • KOBRA
  • Rəng sahəsi rəssamlığı
  • Təfriqəşi nəsil
  • Qutay (qrup)
  • Lentikulyar nəşr
  • Plastisien hərəkatı
  • Lirik abstraksiya
  • Balinez rəssamlığı
  • Nyu-York fiqurativ ekspressionizmi
  • Nyu-York məktəbi
  • Seriya incsənəti
  • Situasionizm
  • Qeyri-rəsmi SSRİ incəsənəti
  • Qırmızı köynək fotoqrafiya məktəbi
  • Taşizm
  • Vyana fantastik realizm məktəbi
  • Vaşinqton rəng məktəbi

1960-cı illər

  • Abstrakt ekspressionizm
  • Abstrakt imecinistlər
  • Amerikan fiqurativ ekspressionizmi
  • İncəsənət və Dil
  • San-Fransisko məktəbi
  • BMPT
  • Çikaqo imecinistləri
  • Çiçano sənət hərəkatı
  • Rəng sahəsi rəssamlığı
  • Kompüter incəsənəti
  • Konseptualizm
  • Fluksus
  • Heppeninq
  • Sərt konturlar rəssamlığı
  • Lentikulyar incəsənət
  • Kinetik incəsənət
  • İşıq və dərinlik
  • Lirik abstraksiya (Amerikan versiyası)
  • Minimalizm
  • Mono-ha
  • Neodada
  • Nyu-York məktəbi
  • Yeni realizm
  • Optik incəsənət
  • Performans incəsənəti
  • Plop incəsənət
  • Populyar incəsənət
  • Postminimalizm
  • Xromatik abstraksiya
  • Psixedelik incəsənət
  • Yüngül heykəltəraşlıq
  • Sistem incəsənəti
  • Video incəsənət
  • Zero

1970-ci illər

  • Arte Povera
  • Ascii Art
  • Pis rəssamlıq
  • Bodi-art
  • Rəssamın kitabı
  • COUM Transmissions
  • Envayronment (incəsənət)
  • Feminist incəsənət
  • Froissaj
  • Holoqrafiya
  • İnstalyasiya incəsənəti
  • Lend-art
  • Loubrou (incəsənət hərəkatı)
  • Meyl-art
  • Papunya Tula
  • Fotorealizm
  • Postminimalizm
  • Proses-art
  • Robotik incəsənət
  • Sen-Solel məktəbi
  • Video incəsənəti
  • Fank-art
  • Naxış və dekorasiya
  • Varli
  • Uayldstayl

1980-ci illər

  • NAMES Project AIDS Memorial Quilt
  • Appropriasiya
  • Mədəniyyətin dağıdılması
  • Demosəhnə
  • Elektronik incəsənət
  • Environment (incəsənət)
  • Azad fiqurativlik
  • Fraktal incəsənət
  • Qraffiti
  • Son modernizm
  • Performans incəsənəti
  • Yeni sloven incəsənəti
  • Postmodern incəsənət
  • Neokonseptual incəsənət
  • Neoekspressionist incəsənət
  • Neopop
  • Sound art
  • Transavanqard
  • Transqressiv incəsənət
  • Transhumanist incəsənət
  • Vankuver məktəbi
  • Video instalyasiya
  • İnstitusional tənqid
  • Qərbi və mərkəzi səhra incəsənəti

1990-cı illər

  • Art-intervensiya
  • Bodi-art
  • Bio-art
  • Kiber incəsənət
  • Sinik realizm
  • Dijital incəsənət
  • Hiperrealizm
  • İnformasiya incəsənəti
  • İnternet incəsənəti
  • Massurrealizm
  • Maksimalizm
  • Yeni Leyptsiq məktəbi
  • Mediaincəsənət
  • Yeni Avropa rəssamlığı
  • Münasibət estetikası
  • Proqram təminatı incəsənəti
  • Toyizm
  • Taktiki media
  • Taring Padi
  • Qərbi və mərkəzi səhra incəsənəti
  • Gənc Britaniya rəssamları

2000-ci illər

  • Altermodern
  • Klassik realizm
  • Sinik realizm
  • Kitç hərəkatı
  • Post-müasir incəsənət
  • Metamodernizm
  • Pseudorealizm
  • Remodernizm
  • Bərpa olunan enerji heykəltəraşlığı
  • Strit-art
  • Stukizm
  • Superflat
  • Superstrok
  • Urban-art
  • Videooyun incəsənəti
  • Video-cokey
  • Virtual-art

Ədəbiyyat

Vikianbarda Müasir incəsənət ilə əlaqəli mediafayllar var.
  • Atkins, Robert. Artspeak :A Guide To Contemporary Ideas, Movements, and Buzzwords, 1945 To the Present (3rd.). New York: Abbeville Press. 2013. ISBN 978-0789211514.
  • Kristine Stiles and Peter Howard Selz, Theories and Documents of Contemporary Art, A Sourcebook of Artists's Writings (1996), ISBN 0-520-20251-1
  • Pascal Gielen, The Murmuring of the Artistic Multitude: Global Art, Memory and Post-Fordism. Valiz: Amsterdam (2009).
  • Isabelle Loring Wallace and Jennie Hirsh, Contemporary Art and Classical Myth. Farnham: Ashgate (2011), ISBN 978-0-7546-6974-6

Həmçinin bax

  • Akkulturizasiya
  • Anti-art vэ Anti-anti-art
  • Müasir incəsənət muzeylərinin siyahısı

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Müasir incəsənət haqqında məlumat. Müasir incəsənət nədir? Müasir incəsənət nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Düşənbə

  • Fevral 27, 2026

    Bernar Verlak

  • Fevral 27, 2026

    Solomon Dodaşvili

  • Fevral 26, 2026

    19 mart

  • Fevral 27, 2026

    Uzunburun

Trend Mahnılar
  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst