Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Eisenia cinsinin Azərbaycanda 5 növü yayılmışdır. Xarakterik növü Muğan eyzeniyası hesab olunur. Nadir relikt növdür.

Muğan eyzeniyası

  • Ana Səhifə
  • Vikipediya
  • Muğan eyzeniyası

Eisenia cinsinin Azərbaycanda 5 növü yayılmışdır. Xarakterik növü Muğan eyzeniyası hesab olunur. Nadir relikt növdür.

Muğan eyzeniyası
Elmi təsnifat
XƏTA: latin parametri doldurulmayıb.
Beynəlxalq elmi adı
XƏTA HAQQINDA MƏLUMAT
Bu parametr doldurulmayıb: latin
Vikianbarın loqotipi
Vikianbarda şəkil
axtarışı

Mündəricat

Qısa təsviri

Bədən silindrik formada olub, boz və ya açıq qəhvəyi rəngdədir. Uzunluğu 53-68, eni 4-6 mm-dir. Buğumlarının sayı 155 ilə 181 arasında dəyişilir. Qılları cüt-cütdür. Kəmərcik 28-ci buğumdan 41-ci buğuma qədər olan sahəni əhatə edir. Pubertat lövhə 35-ci buğumdan 39-cu buğuma qədər uzanır. Bədənin kəmərcik zonasında və kəmərcikdən öndə yerləşən bir neçə buğumlardakı qarınyanı qıllar xüsusi çıxıntıların (papil) üzərində yerləşmişdir. Bədənin 15-ci buğumunun üzərində yerləşən erkək cinsi dəliyin ətrafındakı vəzili sahə yaxşı inkişaf etmişdir (1). Mineral maddələrlə zəngin olan torpaqları sevir. Çürüntülərlə qidalanır. Yaz fəslində çoxalır. Torpağın məhsuldarlığının yüksəlməsində, zooloji tədqiqatlarda, təbiətdə maddə və enerji dövranında əhəmiyyət kəsb edir.

Yayılması

Muğan eyzeniyasına Cənubi Qafqaz, Azərbaycanın cənub (Talış dağları), cənub-şərq (Muğan düzü) və şərq hissələrinin torpaqlarında rast gəlinir. Yaşayış yeri və həyat tərzi: Muğan düzü torpaqları və Azərbaycanın cənub zonasının dəniz səviyyəsindən 1450 m yüksəklikdə olan ərazilər — Qosmalian kəndi, Zuvand dağlarının (Talış dağları) dağ — kserofit kol bitkiləri ilə əhatə olunmuş sahələri s. Münbit və nəm torpaq qatlarında yaşayır.

Azalma səbəbləri

Növün yayıldığı otlaqlarda heyvanların intensiv otarılması, xam torpaqların təbii quruluşunun pozulması (şumlanma) və zəhərli kimyəvi maddələrdən istifadə edilməsi Muğan eyzeniyasının sayının azalmasına səbəb olur.

Tədbiq olunmuş və lazımi mühafizə tədbirləri

Heç bir tədbir görülməmişdir və görülmür. Heyvanın yayıldığı ərazilərin qorunması üçün ərazinin təbii şəraitdə saxlanılması tələb olunur. Növün zəhərli kimyəvi maddələrə həssas olduğunu nəzərə alıb, onun yayıldığı ərazilərdə (xüsusilə Muğan düzündə) heç bir dərmanlama və gübrələmə işləri aparılmamalıdır.

Həmçinin bax

  • Azqıllı qurdlar

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Muğan eyzeniyası haqqında məlumat. Muğan eyzeniyası nədir? Muğan eyzeniyası nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Kazımiyyə

  • Fevral 24, 2026

    Toluy xan

  • Mart 01, 2026

    Müqəddəsi

  • Fevral 27, 2026

    Giresun

  • Fevral 27, 2026

    Ozuna

Trend Mahnılar
  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst